Allaha eylə pənah ondan istə hacətini,
Qul ol O Xudaya sən Verəcək qiymətini.

Tanrı dostu ilə dost ol başqasına nə gərək,
Yalnız düşməninə bəslə kini,nifrətini.

Bir onun dostlarının heç nədən qrxusu yox,
Baxsan hər bir tərəfə göstərəcək qüdrətini.

O,həlim O,mehribandır vəfalı qullarına,
Adını zikr eləsən yox edər hər çətini.

Ona düşmən olanın yeri dəhşət məkanı,
Bir səcdə etsən belə qaldırar şöhrətini.

Xalida,fani dünya malına etmə tamah,
Kim aparıb haqq evinə varını, dövlətini?