reklam
Kosmetoloji prosedurlar xəstəliklərə səbəb olur - QADINLAR DİQQƏTLİ OLSUN Kosmetoloji prosedurlar xəstəliklərə səbəb olur - QADINLAR DİQQƏTLİ OLSUN https://duz.az/uploads/posts/2023-04/medium/1680712408_kosmetoloji_prosedur.jpeg
sonsuz_sevgi

sonsuz_sevgi Kosmetologiya 5-04-2023, 20:33

Kosmetoloji prosedurlar xəstəliklərə səbəb olur - QADINLAR DİQQƏTLİ OLSUN

Kosmetoloji prosedurlar xəstəliklərə səbəb olur - QADINLAR DİQQƏTLİ OLSUN
Rusiyalı dermatoveneroloq Oksana Pavlenko xarici KİV-lərə müsahibəsində mikro cərəyanlarla son vaxtlar məşhur olan prosedurların riskləri barədə ətraflı danışıb.
Mütəxəssisin sözlərinə görə, mikrodalğalı terapiya dərinin gəncliyini və təravətini həqiqətən bərpa edə bilsə də, nəzərə alınmalı olan müəyyən risklər var.
Oksana Pavlenko deyir ki, hamıya mikro cərəyanlar olmaz.
"İlk seansdan əvvəl kosmetoloqunuza bildirilməli olan əks göstərişlər var. Hər hansı bir xroniki xəstəliklərin kəskinləşməsi, kardiostimulyator halında mikro cərəyan terapiyasından imtina etmək lazımdır. Kontrendikasyonlar siyahısına cərəyanlara qarşı yüksək həssaslıq və prosedura fərdi dözümsüzlük daxildir",- deyə mütəxəssis bildirib.
Həkim vurğulayır ki,hər hansı kosmetik prosedur keçirtmədən öncə həmişə bütün xəstəlikləriniz və allergiyanız haqqında kasmetoloqnuza mütləq Məlumat verin.
Qeyd edək ki, mikro cərəyanlarla terapiya limfa drenajı, detoksifikasiya və regenerasiya effekti verir ki, bu da ilk prosedurlardan sonrakı görünüşdə özünü göstərir. Normal halda bu cür seanslar gözəllik salonlarında mütəxəssislər tərəfindən həyata keçirilir, lakin bəzi prosedurları evdə də icra etmək mümkündür.
Mütəxəssis evdə mikro cərəyan terapiyası olan cihazların həftədə iki dəfədən çox olmayaraq 15-20 dəqiqə istifadə edilməsini məsləhət görür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
191 120 173 176 175 120

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.