Sevgi …Sevgililər .Necə gözəl , necə məlahətli səslənir elə deyilmi? Axı bizim uzaqdan baxdığımız çox şeylər bizə gözəl və asan görünür. Bəli, sevgi unudulmaz, ülvi, pak bir hissdir. Fəqət yaşamağı , sevməyi bilənə...

Amma iki ayrı insanın əl-ələ verib eyni yolda, cığırda irəliləməsi və həyatın saysız-hesabsız oyunlarına tap gətirə bilməsi heç də asan iş deyil , ümumiyyətləsevgi , sevmək asan iş deyil .Axı hər gözəllik, hər qələbə qurbanlar tələb edir.
Sevgi –Məhəbbət həyatın ən böyük qələbəsidir♥♥♥

Çox adam bağçasında güllər əkir, amma hər kəs o güllərə eyni qayğı ilə mi qulluq edir. Onu ayazlardan, qardan, soyuqdan hər şeydən qoruya bilirmi , onu eyni təravətdə gözəllikdə saxlaya bilirmi...Kiminsə gülləri baxımsızlıqdan yanıb məhv olur , kimin gülləri isə vaxtından tez solur... Çalışın sevgini qoruya bilin bir Vətən kimi, bir ana həsaslığı ilə, bir sevgili gözü ilə , bir həyat sevgisi ilə, bir cənnət arzusu , bir nəfəs zərurəti ilə...


Ona həyat bağçanızın ən zərif , ən nadır qönçəsi kimi baxın. Daim ona qayğı göstərin , qoruyun ...Əgər gül soldusa , ləçəkləri quruyacaq töküləcək həyatınıza əbədi payız gələcək....Sevgisiz bir həyat çılpaq quru ağaca ləçəkləri tökülmüş bir gülə bənzər.Həyat bağçanızda daim bahar nəsimi əssin , çiçəkləriniz hər gün yeni doğulmişkimi başlasın həyata♥♥♥

Sevgini bir çox şeylərə bənzətmək olar, axı həyatın hər parçasında sevgi var,ama heç biri ilə müqayisə edilməz. Sevgini qeyd etmək üçün hər gün yeni birşansdır , hər bayram bir bəhanə...


Fərqi yoxdur nə vaxt hər zaman bu fürsətləri qiymətləndirin, qeyd edin , bir- birinizə sevginizi ifadə edən gözəl sözlər deyin, amma unutmayın bu o qədərdə vacib deyil sevgi dolu unudulmaz bir baxışda yetər. Bütün sevənlər Sevgililər hər birinizi təbrik edirəm , sevginizi qoruyun , onu doya-doya yaşayın , heç nəyə macal vermədən heç həyatın özünə belə...♥♥♥


Ay Dünyanın sevgisindən pərvanətək onun başına dolanır. Günəş də bu sevgini alqışlayıb onlara əbədi işıq saçır. Siz də sevginlinizin eşqindən onun yanında pərvanə olun pərvanə tək vəfalı olun , taleyiniz isə bu sevgiyə günəştək işıq saçsın....!