Sevgi-hər şeyi gözə almaqdır.Sevgi qorxmamaqdır.Qorxular dağ kimi üstünə gəlsə də.Sevgi göz görə-görə dəli olmaqdır.Sevgi bütün ilkləri etdirəndir.Sevgi ömür boyu əlinə qələm almayanı şair edəndir.Rəqs etdirən, mahnı oxutdurandır.Sevgi sadəcə sevdiyində öləndir. Məsələn : Baxışlarında, qollarında, toxunuşunda...Sevgi O‘nu danışdırmadan,sadəcə üzünə baxıb gülümsəməkdir.Həm ruhən,həm cismən.Sevgi əsarətdir,sadəcə O’na aid olmaq kimi.Sevgi cəsarətdir, hər kəsə meydan oxuyacaq qədər.Sevgi çoxalandır,hər gün daha da çoxalan, O‘nu daha da çox istəmək kimi.Sevgi həyəcandır.Hər dəfə ilk dəfə görürmüş,ruhunda kəpənəklər uçuşurmuş kimi həyəcanlanmaq.Sevgi möhtəşəmdir.Qarşındakı ilə duyğuların ən gözəlini yaşayacaq qədər möhtəşəm.Sevgi qısqanmaqdır, gülüşünü belə.Sevgi hər gün Sən‘ə min dəfə aşiq olmaqdır.Sən kimi,Sən‘in kimi🖤






Bəli, sənə ehtiyacım var.Çünki bir buludun kölgəsi və bir düşüncənin musiqisi haqqında söhbət edə biləcəyim tək insan Sən‘sən♥️






Həyatda elə insanlar var ki,onları sadəcə sevirsən.Sadəcə elə,belə,səbəbsiz...Onun yaşadığını bilmək belə səni yaxşı hiss etdirir.Onlar çox uzaqda ola bilər,ayrı şəhərlərdə,hətta ayrı ölkələrdə,amma sadəcə bilirsənki onlar da səni sevir.Sadəcə sevir💙






Sonumuz necə bitəcək bilmirəm, amma səninlə yaşadığım heç nəyin bənzəri yoxdur.Hər kiçik anımızın,yanımda aldığın hər nəfəsin, etdiyin zarafatın, gözəl gülüşünün təkrarı yoxdur.İlk dəfədir sevilməkdən çox sevməyə aşiqəm.İlk dəfədir öz əksik qalan parçalarımı tamamlamağa çalışmaq yerinə başqa birini tamamlamağa çalışıram.Daha çox gül, daha çox yaxşı hiss et istəyirəm.Ayrı qalsam ölürəm, yanında olsam qopa bilmirəm.Səhər-axşam danışsam, səsini eşitsəm belə bəs etmir.Hara baxsam sən, kimə baxsam biz♥️






Sənə ehtiyacım var.Çünki bir dəfə qucaqlasam,əllərimin sənin bədəninə qovuşması ilə axacaq dərdlərim barmaqlarımdan aşağı.Bir dəfə başımı boynuna qoymağımla səmaya qarışacaq sıxıntılarım.Çünki qucaqlamaq eşqin kəlimələrdən barmaqlara düşmüş halıdır,sevməyin birləşmək,1 vuraq 1'in 1 etməsi halıdır. Çünki yalnızca sənə toxunanda dönüb sən oluram.Çünki biz olmaq çox da çətin deyil amma birinə qarışıb "o" olmaq dünyanın ən mürəkkəb hadisəsidir.Və mən bu hadisəni sevirəm.Sənə qarışmağı sevirəm💙






"Başını çiynimə qoy, hiss edim məhəbbətini. İkimiz də başımızı aşağı salıb musiqi dinləyək. İstəsən danış, sənin anlatdığın cəfəngiyyat mənim üçün ən şah əsər olar. İstəsən susaq. Qəlb döyüntümüz danışsın. Ya da qalxıb rəqs edək. Bizim kimi çox aşiq var dünyada, biz çox aşiqin etməyə çəkindiyi şeylər edək. Əlini qoy qəlbimə və hiss et içimdəki püskürən sevda vulkanlarını. Sənsiz yamacı susuz bir dağam mən. Sənsiz daxma evin daman tavanı, sənsiz ən lazım anda sönən çırağam mən. Əlimi tut. Buna əl-ələ tutuşmaq desinlər. Biz isə buna incəsənət deyək♥️"






Səninlə yaşadığım hər saniyə ömürdən getsə belə, dayanacağı olan həyatda sonsuzluğu qazanıram mən🖤






"Hər kəs dilimin ucunda, sən canımın içindəsən♥️"