1 həftə Sonra
Həyat mənim üçün eyni şəkildə davam edirdi. Hisslərimdən tam əmin ola bilmirdim. Qorxularımdan əl çəkə bilmirdim. Qorxmalıda deyildim... Məni narahat edən sey nə idi? Fikirləşirdim hec nə tapa bilmirdim...
Dərs çıxışında Zəfər ilə Sənana rastladım. Bu bir həftədə onlarla yola getməyə çalışırdım. Sənan Gülaya yaxınlaşdığıdan məcbur qalaraq üzlərini görməli olurdum. Sənan Zəfərin arxasına keçib gizlənməyə çalışaraq "Nuray bir sey desəm əsəbləşmərsən mənə" dedi
"Sənan səni Zəfərin arxasından görürəm. Nə gizlənirsən?"
"Mən gizlənmirdimki, işimi etibarlı tuturdum"
"Sözünü de"
"Gülay, Gülaya de onunla görüşmək təklifimi qəbul etsin. Sənin sözünə bəlkə qulaq asar"
"Mən ona hec nə deyən deyiləm"
"Pis Nuray! Mənə kömək etsəydin 32 dişimi qırardım onsuz"
Məni gülmək tutdu. Bu oğlan həqiqətən səmimi və ürəyi yumşaq biri idi. Güldüyümü görüb üzünü asdı
"Zəfər ona bir sey de. Mənə gülür!" dedi.
Zəfər altdan yuxarı ona baxıb başının arxasından yavaş bir şillə vurub
"Bəsdi uşaq kimi mızmızlandın. Çıx qızın qarşısına de ki, gəl bu gün görüşək. Bir az ürəkli ol" dedi
"Mən şir ürəyi yeyə bilmərəm. Ümümiyyətcə mənim ürək yeməklə işim yoxdu"
"Sənan get gözüm görməsin səni!"
"Neynədime mən! İndi şir ürəyi yeyə bilmirəm deyə günahkar oldum!"
"Mən sənə pişik ürəyi qızardıb gətirəcəm. Səndə pişik ürəyi var!"
"Mən toyuq ürəyindən başqa ürək yeyə bilmirəm"
"Ciddi - ciddi sənə pişik ürəyi gətirəcəyimi düşündün? Səninlə dost olduğum gün başıma daş yağaydı"
"Daş yağsaydı başın zədə alardı. Sən sevinki mənim kimi dostun var"
Oların bu söhbətlərinə qulaq asmaq xoş olsada evə getmək işini xatırlayıb "Susacaqsız bu gün?" dedim. Zəfər danışacağı sırada dodaqlarını bağladı. Sənan isə susmağa niyyətli deyildi
"Mən onda sizin cəsarət verici sözlərinizin qarşılığında gedirəm Gülay ilə üz üzə danışmağa. Mən şans diləyin" dedi
Zəfər dodaqlarının arasında "Şans səninlə olsun dostum" dedi. Bir birilərini çox sevdikləri necədə bəlli idi. Sənan yanımızdan ayrıldıqdan sonra Zəfəri gülən gördüm
"Dostunun bu halına gülürsən?"dedim
"Onun xoşbəxtliyi ilə məndə xoşbəxt oluram. Görmürsən uşaq kimi necə sevinir"
"Görürərəm. Məncə xoşbəxt olmağa layiq bir insandı"
"Son vaxtlarda səni beyni qarışıq görürəm"
"Mən özümü tanıyandan bəri beynim qarışıqdı"
"Danışmaq istəsən dinləyərəm səni"
"Dinləsən belə çarə tapa bilmərsən"
"Sən danış mən bir yol taparam"
"Ayaq üstü danışılası bir sey deyil"
"Sənə hara rahatdısa ora gedib danışa bilərik"
"Dənizkənarı park bulvara gedək? Orda mənim xatirələrim varda" dedim, Ruslanla ora getdiyimiz günü xatırlayıb. İlk dəfə dənizi onda görmüşdüm. Dediyi kimidə olmuşdu... Mən dənizi izləmişdim. O, isə məni...
Zəfər razılaşdığı üçün maşınına minib yola düşdük. Yad bir insanla danışmağa ehtiyyacım vardı. Hüsniyə ilə Gülay bizi tanıdığından məni başa düşmürdülər. Ruslan yaxşıdı biri deyirdilər. Ancaq mən isə əmin olmaq istəyirdim...
Dənizin dalğalarına baxırdım. Zəfər mənsən bir az aralı oturmuşdu. Oda mənim kimi dənizi izləyirdi. Həmdə baxışlarında bir boğunuqluq olaraq...
"Bilirsən, mən dəniz görməmiş qız idim. Ruslan mənə dənizi görsədən ilk insan oldu" dedim.
Baxışlarını dənizdən çevirib mənə zillədi.
"Ruslanı sevirsən?"dedi
"Mən sevginin necə bir sey olduğunu bilmirəm. Hisslərimdən əmin deyiləm"
"Gəl bir test edək. Onda Ruslanı sevib sevmədiyini biləcəyik"
"Necə bir testdi bu?"
"Mən sənə suallar verəcəm. Səndə mənə cavab"
"Yaxşı başladıq onda"
"Ruslanı görəndə həyəcanlanırsan?"
"Arada olur"
"Onu görməyəndə darıxırsan"
"Buna hec düşünmədən 'hə' deyirəm"
"Yatanda ağılına gəlir?"
"Ağılımdan hec çıxmırki"
"Yanında qız görəndə dəliyə dönürsən?"
"Qısqanmaq kimi?"
"Həə qısqanmaq kimi"
"Tanımadığım qız olduğunda dəlidən betər oluram"
"Test bitdi"
"Cavab nədi?"
"Keçmiş olsun Luna... Sən onu sevirsən"
Bu idimi? Nə yəni qısa bir testlə onu sevmişmi oldum?
"Yox mən sənə inanmıram"
"Sən Ruslana bir şans verməlisən"
"Mən ona şans verə bilmərəm. Özümü buna hazır hiss etmirəm"
"Səbəb nədi?"
"Sən mənim həyatımı bilmirsən... Mən Gəncədə yaşayırdım. Ailəm 16 yaşımda məni məcbur evləndirdi. Evləndiyim varlıq mənə işgəncə verdi... Onun əlindən məni xalam xilas etdi. Başladım onla yaşamağa. 3 il psixoloqa getdim. Sonra günlərin bir günündə tanımadığım nömrədən mənə bir mesaj gəldi. Səhv düşübmüş... Amma biz başladıq danışmağa. Birdə gördük ayrıla bilmirik. O bir gün Gəncəyə gəldi. Söz verdiyi kimi mənə limon almışdı. Çünki mən limon sevən idim. O gündən sonra mən dəyişildim"
"Bu insan Ruslandı?"
"Özüdüki var"
"İtirmə onu Luna... Səni olduğun kimi sevən birini itirmə"
Susdum... Üzümü başqa tərəfə çevirdim. Onu itirməyi fikirləşdiyimdə ürəyimin üstünə bir ağırlıq çökürdü. Məni nəsə incidirdi. Bu ağrıya dayana bilmirdim. Susqunluğumu görən Zəfər
"Başına gələnlərə pis oldum... Amma birdə yaxşı tərəfindən bax. Onları sənə unutdurmaq istəyən biri var həyatında. Ondan bərk yapış"dedi
Zəfər hisslərimi sorğulağıma kömək etmişdi mənə. Ruslan isı onun haqqında çox başqa düşüncədə idi. Bu düşüncələrimi Zəfərdən gizlətməyəcəkdim.
"Ruslan sənin haqqında mənfi düşünürdü. Ancaq sən mənə Ruslanın tərəfini tutursan. Elə bil tanışın odu mən deyil"
"Ruslan sevdiyi üçün məni pis gözündə görüb. Haqqlıdı bir yandan. Bu cür yaraşıqlı oğlanam"

"Egonu sevinsinlər sənin!"
"Egomu arada yedizdirirəmki ac qalmasın. Ac qalanda çox pis olur. Nəysə, harda qalmışdım. Hə, deyirdim axı O sevdiyi üçün məni qısqanıb buda normal bir seydir. Məndə olsam sevdiyim qızı qısqanardım"
"Elə ancaq mənim həyatımdan danışdıq. Sənin sevdiyim varmı? Ya olubmu?"
"Bu mövuzlara hec girməyək. Dadımız qaçmasın"
"Yox mənimdə bilmək haqqımdı. Sənə bu qədər sey danışdım"
"Qızım danış deyə yalvardımmı sənə mən?!"
"17 yaşlı ərgənsən? Qızım nədi?"
"Luna susasan çox gözəl olacaq"
"Mənə nə, mənə nəəə. Məndə bilmək istəyirəm"
Bezmiş bir formada üzümə baxdı. Nəfəs alış verişi getdikcə sürətlənməyə başladı. Hətda burnu ilə nəfəs alır desəm daha doğru olardı.
Almacıq sümkülərini sıxdığını hiss etdiyimdə "Yaxşı danışmaq istəmirsənsə danışma" dedim.
"Bəlkədə danışmaq lazımdı. İçimdə qaldıqca mən özümə yer tapa bilmirəm" dedi
Ardından əlində olan üzüklərlər oynamağa başladı. Üzüyün birini çıxardıb barmaqlarına çevirməyə başlayaraq "Məktəbdən bir qızı sevirdim. Oda məni sevirdi. Sevirdi yox sevdiyini düşünmüşəm. Necə təmiz sevirdim onu... Sən demə təmiz sevdiyim qız hər gün bir ilə kirlənirmiş... 18 yaşı vardı.. 18 yaş nə yaşdıki? Mən əlindən tutmağa qıya bilməzkən, O... Nəysə Luna... Danışmaq istəmirəm" dedi
Bunu hec gözləməzdim... Çox az müddətdə tanısamda içinin gözəl olduğu üzünə yansımışdı. İnsanlara kömək etmək istəyən birindən zərər gəlməzdi...
"Danışsan rahatlayarsan" dedim
"Danışmaq olmur. Nə də rahatlamaq... Gördüyüm görüntüsü gözümün qarşısından getmir. Yaxşıki o gün qatil olmaqdan məni Sənan xilas elədi. Yoxsa indi yox idim burda"
"Sizi hər kəs çox fərqli tanıyır"
"Danışdıqlarımdan hec kimin xəbəri olmasın. Hec kim bilmir... Kiminsə bilməyin istəmirəm"
"O qızı görürsən?"
"Arada sırada hə... Bizə uzaq qonşudu deyə... İyrənirəm ondan"
"Sən bununla barışmalısan. Məndə sənin kimi bəzi görüntüləri ağılımdan hələdə silə bilmirəm amma cəhd göstərirəm. Çalışıram buna"
"Necə getsin... Başqa bir oğlanla yarı çılpaq bir vəziyyətdə gördüyüm qız necə getsin? Hələ zövqdən çıxan səsini demirəm... Çox ürək bulandırıcı idi... Nifrət edirəm. O mənim qadınlara qarşı olan inanmımı güvənimi qırdı. Mən çətin birdə kimisə sevəm"
Ortada itirilən seylərdən biri inam idi biridə güvən. Bu ikisi olmadıqdan sonra insanın həyata qarşı yaşamaq eşqi ölürdü. Eynən mənim kimi... Amma məni yenidən inam və güvən bəxş edən biri həyatıma daxil olmuşdu.
"Mənim qarışma Ruslan çıxdı. İnanıram sənində qarışına səni yenidən sevgiyə inandıra biləcək bir qız çıxacaq"
"Mən hec kimi istəmirəm. Sevgisiz daha rahatdı mənə. Nəyinki birini sevib xəyanət görmək"
"Bəs yaxşı mənə nəyə görə Ruslana bir şans ver deyirsən?"
"Ruslanda xəyanət edəcək bir tip yoxdu Luna"
"Mənə Luna deməyi kəs! Mən Nuram"
"Kimin nuru?"
"Ruslanın"
"Üzünə bir təbəssüm gəldi" dediyində əlimi yanaqlarıma basdırdım. Yanımda yox ikən belə üzümü güldürməyə adı bəs edirdi...

Axşam düşmüşdü. Zəfər bizə dərs etməyə gəlmişdi. Sənan isə səbəbsizcə yanına taxılıb gəlmişdi! Ya da yox onun səbəbi bəlli idi. Gülayın canına yapışmışdı və qopmurdu. Zəfərlə dəniz kənarında olan söhbətlərimiz beynimdə fırlanırdı. Mən özümə etiraf etməli idim. Qaçacaq bir yerim yox idi. Qaçdıqca daha dərinə düşürdüm. Dərsimiz bitdikdən sonra otaqdan çıxıb qonaq otağına keçdik. Bir az oturub Sənanın şit söhbətlərinə qulaq asdım. Bu vaxtı qapı döyüldü. Ruslanın gəldiyini düşünürək qapını açdım. Gülərək "Xoş gəldin" dedim. Amma onun üzündə hec bir xoş sima yox idi. Əksinə çox kəsgin baxırdı.
"Xoş gördüm. Mən bura bir sey deməyə gəldim" dedi
"Çöldə qalma içəri keç" dedim.
İçimdən yaxşı bir seyin olmadığı keçdi. İçəri keçdiyində ətrafa baxdı. Bizimkiləri gördüyündə "Salam" dedi qısa səsi ilə.
"Mən sizlərə bir sey demək istəyirəm. Sizləri nişanıma dəvət edirəm" dedi
Nə nişanı? Nişan nə idi?
Donub qaldım... Baxışlarım sadecə Ruslanın üstündə gəlib getdi
"Nişan nədi?!" deyib sərt çıxdım
"Nişanlanıram. Nə vaxta qədər subay qalacam. Özündə bilirsən evdən evlən - evlən deyirdilər. Anamın tapdığı qız ilə evlənəcəm"
"Ruslan ciddisən?!"
"Həə... Nişanlana bilmərəmki mən?"
"Sənə xoşbəxtliklər!"
"İndi gedirəm nişanlım ilə danışmağa. Hələlik" deyərək gəldiyi kimi çıxıb getdi. Gözlərim dolub durmuşdu... Evdə bu qədər adamın içində qala bilməzdim mən. Arxasıyca məndə çıxdım evdən. Qapını bağlayıb piləkanın başında oturdum. Gözlərimdən yaşlar süzülməyə başladı. Onu sevdiyimi qəbul edərkən niyə belə bir sey etmişdi?
Az sonra qapı açıldı. Evdən Zəfər çıxıb yanıma gələrək aşağı oturdu
"Ağlama"
"Nə vaxt ağlayıb, ağlamayacağıma sən qərar verə bilməzsən!"
"Onda bir şərtim var"

"Nə şərt?"
"Hər ağladığında, məni qucaqlayacaqsan"
Şərtini yerinə yetirə bilməyəcəyimə görə, göz yaşlarımı silməyə başlayıb ağlamağımı kəsdim. Üzündəki gülüşü ged gedə artmağa başlayarkən "Ağlayışını kəsdin" dedi.
"Məcbur etdin!"
"Qucaqlasaydım, ağlamağına davam edə bilərdin"
"Bunun ola bilməyəcəyini çox yaxşı bilirsən!"
"Məndə sənə bunu sübut etməyə çalışırdım"
"Nəyi?"
"Birinə görə ağlamağa dəyməz"
"Biri dediyin adam, məni yenidən həyata qaytaran insandı. İndi isə məni tərk edir! Başqa biri ilə nişanlanır!"
"Ortalıqda nişan falan söhbəti yoxdu məncə. Bu mövzuda mənə inan"
"Sənin həyatın başdan ayağa səhv olarkən, sənə niyə inanım mən?!"
"Hissiyyat Luna... Hissiyyat... Mən hisslərimə çox güvənirəm. Və mənim 6 cı hissim deyirki, sən ona aşiqsən"
"7 ci hissin nə deyir bəs? Onunla məndən bir sey alınacaq?"
"Hal hazırda 7 ci hissim yemək yeməklə məşğuldu. Xahis edilir, 7 ci hissimi bir az sonra narahat edəsiz" dediyində güldüm. Həm məni əsəb edirdi, həmdə güldürməyi bacarırdı.
"Şərtim sona qədər qüvvədə qalacaq"
"Hansı şərtin?"
"Əgər birdə ağladığını görsəm, məni qucaqlamalı olacaqsan Luna"
Yenə Luna? Mənə Ay deməkdən nə vaxt bezəcəkdi görəsən?!
"Mənə Luna demə! Mən Ruslanın Nuruyam!"
"Ruslanın Nuru, Ruslan başqa qızla nişanlanır"
"Mənə nişan söhbəti yalandı deyən sən idin!"
"Sözümü geri götürürəm. Sən get onun evinə. Yaxsına yapış. Durduq yerə nə nişanlanmaq?"
Məncədə! Gedib Ruslanın yaxasına yapışacaqdım! Göz yaşımı silib Zəfərin yanından ayağa qalxdım
"Mən gedirəm Ruslanın yanına. Sənana şans dilədiyin kimi mənədə şans dilə!" dedim.
"Şans səninlə olsun Luna" dedi.
Luna deməsini görməzdən görüb aşağı düşdüm. Ruslanın qapısını döydüm. Nişanlanmaq nəydi?!
Qapını üzümə açar açmaz "Nişanlamayacaqsan!" dedim. Yox bu aralar mənə böyük cəsarət gəlmişdi! Gülmək istəsədə gülüşünü üzündə saxlamağı bacardı
"İçəri keç. Qonşular səsinə çıxacaq bir azdan" dedi
İçəri keçdim. Ancaq hec sakit qalmayacaqdım!
"Hanı sən məni sevirdin?!" dedim
"Bunu sənə kim" dedi?"
"Almobun arxasında yazdığın sözü gördüm"
"Bunun bir mənası var sənin üçün?"
"Dəli! Mənası olmasa niyə qarşına keçib hesab soruşum səndən?!"
Əsəblə dediyim sözə gülməyə başladı. Gülmə adam gülmə! Tam qarşısına keçdim. Dişimin dibində "Gülmə!" dedim
"Səndə məni sevirsən?" dedi
Sevirdim... Özümə etiraf edə bilmədiyim bir seyi indi ona deməli idim. Amma O, başqa bir nişanlanmaq istəyirdi. Bunu mənə, bizə necə etmişdi?
"Sevirdim... Nişanlanacağını öyrəndiyim ana qədər!" dedim
Üzünə bu dəfə saf bir təbəssüm gəldi. Mavi gözlərinin içi parıldadı.
"Axırki... Axırki məni sevdiyini öyrəndim. Səni sevirəm Nur... Səni hec bir qarşılıq gözləmədən sevirəm" dedi
Nə baş verirdi? Nişanlamaq istəyən adam nəyə sevinirdi?
"Ruslan məni sevirsənsə başqa biri ilə niyə nişanlanırsan!"
"Zəfər zəng etdi bu gün mənə. Onunla bu gün söhbətləşimisiz... Söhbətinizdən bəhs etdi mənə. Sonra bizə bu planı qurdu. Nişanlanacağını de, Nur gəlib sənə hisslərini etiraf edəcək dedi. Dediyi kimidə oldu"
"Sizinin ikinizidə indi boğa bilərəm!"
"İstəyirsən boğ, istəyirsən öldür. Məni sevdiyini deməyin hec bir sey dəyişdirməz"
"Amma siz mənə plan qurmusunuz!"
"Nur hər seyi geridə qoyub bir dəfədə içindən gəldiyi kimi davransan mənə?"dedi
İçimdən gələn tək sey onu qucaqlamaq idi. Bunuda bacara bilməzdim...
"Qucaqlamaq... Qucaqlamaq istəyirəm... Bacara bilərəm görəsən?" dedim, ona bir addım atarkən. Bir addımda O atıb, mavi gözlərini mavliklərimə dikdi.
"Gözünü yum..." dedi
Dediyini edib gözümü yumdum. Gözümü yumarkən tək xəyal etdiyim sey onu qucaqlamaq oldu
"Əllərini qaldır" dedi
Əllərimi yavaşca qaldırdım. Əllərimi onun əllərində təsəvür etdiyimdə nəfəsim kəsilmiş oldu. Əllərimin onun sinəsinə dəydiyini hiss etdiyimdə gözümü daha möhkəm sıxmağa başladım. Ancaq geri çəkilməyəcəkdim...
"Nurum... Əgər sənə ağır gələcəksə, qucaqlamayada bilərsən. Mən səni özünü hazır hiss etdiyin vaxta qədər gözləyərəm" dedi
Yox... Biz onsuzda çox gözləmişdik. İndi cəhd etməsəm bir daha cəh göstərə bilməzdim.
"Qucaqla məni... Mən səni hiss etmək istəyirəm" dedim
Başımı qarşıya əyib sinəsinə yasladım. Burnuma dolan şirin parfüm qoxusu üzümdə təbəssüm yaratdı. İlk dəfə idi ona bu qədər yaxın dayanmışdım. 2 - 3 dəqiqədən sonra belimdə bir əl hiss etdim. Əli belimdə tam dayanmırdı. Gah barmaqlarının hamısını hiss edirdim, gahda bir ikisini... Məni qucaqlamaqdan qorxurdu?
"Nur... Nur... Mən bu anı bir ildən çoxdu gözləyirəm. Amma indi edə bilmirəm. Səni uzaqdan sevməyə o qədər öyrəşmişəmki... Sənə toxunmaq, məni qəribə hiss etdirir"dedi
"Mənə toxunmaq ən çox sənin haqqındı. Mən sənin incə toxunuşlarından narahat olmaram" dedim
Əllərimi aşağı salıb belinə keçirtdim. Ruslanda digər əlini kürəyimə tonxudurub məni özünə tərəf sıxdı. Onunda gözünün yumlu olduğuna adım kimi əmin idim. Çünki gözəl seylər yalnız gözlər yumulduğunda daha mənalı olar. Saclarımın üstündə nəfəsin hiss etdim. Ardından dodaqlarını saclarıma basdırdı. Mən daha əvvəl ona niyə icazə verməmişdim? İtirmək hissi içimə daxil olandamı başa düşdüm hər seyi...
"Lənətimdən xilas etdin məni" dedim
"Sən mənim üçün lənətli deyildin. Sən mənim üçün balaca qızcığaz idin. O qızcığazı aldım. Yaralarına məlhəm oldum. Onu sağalatdım. O qızcığaz üçün özümü dəyişdirdim. Və buna dəydi... Səni sevmək hər seyə dəydi Nur. Sənə ömrümün sonuna kimi limon alacam" dedi.
Mən artıq lənətli deyildim... Bunu hər kəsə yayın. Bilməyən qalmasın...

Davam edən son
Müəllif:Goncha