reklam
Saçqıranın səbəbləri və ÇARƏSİ Saçqıranın səbəbləri və ÇARƏSİ https://duz.az/uploads/posts/2023-02/medium/1675259349_sacqiran_sebeb.jpg
n2006

n2006 Kosmetologiya 1-02-2023, 17:50

Saçqıranın səbəbləri və ÇARƏSİ

Saçqıranın səbəbləri və ÇARƏSİ
Bir çox qadınlar saçqıran problemi ilə üzləşir. Bunun səbəbləri çoxdur:

- saçlara düzgün olmayan baxım, "aqressiv" vasitələrdən istifadə (saçların tez-tez boyanması, kimyəvi vasitələrdən - lak, gel və s. - istifadə, fendən və saç ütüsündə sui-istifadə və s.)


- uzun və nazik saçlar. Belə saçlar tez-tez dolaşır ki, daranma zamanı saçqıran əmələ gəlir.

- viamin və mineral çatışmazlığı

- irsiyyət

- havanın təsiri

- bəzi saç və baş dərisi xəstəlikləri (məsələn, quru seboreya)

- streslər

- doğuş. Doğuşdan sonra qadın orqanizmində güclü hormonal dəyişikliklər baş verir ki, bu da həmçinin saçların vəziyyətinə təsir edir.

- menopauza.

LoaDinG.Az sizə saçqıran probemini həll etməyə kömək edən bəzi vasitələr təqdim edir:

1. Xüsusi müalicəvi şampunlardan istifadə edin.

2. Qoruyucu balzam alın.

3. Təbii maskalardan istifadə edin. Məslən, belə maska yaxşı kömək edə bilər: 1 x.q. zeytun yağı, 1 yumurta sarısı, 1 ç.q. bal qarışdırın, baş dərisinə çəkin, saçları sellofana və dəsmala bükün, 1 saatdan sonra yuyun.

4. Saçlarınızı kəsdirin. Bu saçqıran probleminin ən yaxşı həllidir.

5. Yaş saçınızı daramayın. Saçlar dolaşıbsa, əvvəl onları barmaqlarınızla ayırın, yalnız sonra ehtiyatla darayın.

6. Soyuq havada papaq taxın.

7. Saçları sıx yığmayın.

8. Düzgün qidalanın. Balanslaşdırılmamış pəhrizlər öz "təsirini" ilk növbədə dəri və saçlarda göstərir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
199 213 199 193 204 209

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.