reklam
Qadının pəhrizi uşağın cinsiyyətinə təsir edirmi? Qadının pəhrizi uşağın cinsiyyətinə təsir edirmi? https://duz.az/uploads/posts/2023-01/medium/1673962620_usagin_cinsiyyetini_planlasdirmaq.jpg
n2006

n2006 Hamiləlik 17-01-2023, 17:35

Qadının pəhrizi uşağın cinsiyyətinə təsir edirmi?

Qadının pəhrizi uşağın cinsiyyətinə təsir edirmi?
Uşağın cinsiyyətinin planlaşdırılması insanları qədim zamanlardan maraqlandırır.

LoaDinG.Az xəbər verir ki, İnternetdə qız və ya oğlana hamilə qalmaq üçün müxtəlif "üsullar" təqdim olunur. "Mütəxəssislər" qan qruplarına, qadının doğulduğu tarixinə və s. əsaslanaraq gələcək uşağın cinsini planlaşdırmağa cəhd edir.


Belə üsullardan biri də pəhrizdir. Belə hesab olunur ki, bəzi qidaların ananın pəhrizindən çıxarılması, digər qidaların isə əlavə olunması ilə gələcək uşağın cinsini planlaşdırmaq mümkündür.

Nəzərinizə çatdıraq ki, elmdə bu təsdiq olunmayıb və heç bir araşdırma ananın pəhrizi ilə gələcək uşağın cinsiyyəti arasında əlaqəni aşkar etməyib.

Ümumiyyətlə ana ilə bağlı olan heç bir belə "planlaşdırma üsulu", heç bir "hesablama" və s. nəticə verə bilməz. Nə üçün? İlk növbədə bilmək lazımdır ki, uşağın cinsiyyəti fiziki olaraq qadından asılı deyil. Qadın orqanizmində 2 eyni cinsi xromosom var - XX. Kişi orqanizmində isə cinsi xromosomlar fərqlidir - XY.

Mayalanmada iştirak edən kişi və qadının cinsi hüceyrələrində yalnız 1 cinsi xromosom olur. Qadınlarda bu yalnız X, kişilərdə isə X və ya Y. Beləliklə qadın cinsi hüceyrəsi kişinin X xromosomunu daşıyan hüceyrə tərəfində mayalanarsa, XX əmələ gəlir ki, bu da o deməkdir ki, dünaya qız uşağı gələcək.

Qadının pəhrizi uşağın cinsiyyətinə təsir edirmi?

Qadın cinsi hüceyrəsi kişinin Y xromosomunu daşıyan hüceyrə tərəfindən mayalanarsa, XY dəsti yaranır ki, bu da onu göstərir ki, oğlan uşağı doğulacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
130 138 180 153 173 142

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.