reklam
Hamiləlik dövründə stress körpədə BU POZULMALARA səbəb olur Hamiləlik dövründə stress körpədə BU POZULMALARA səbəb olur https://duz.az/uploads/posts/2023-01/medium/1673952263_beremennost_063.jpg
n2006

n2006 Hamiləlik 17-01-2023, 14:45

Hamiləlik dövründə stress körpədə BU POZULMALARA səbəb olur

Hamiləlik dövründə stress körpədə BU POZULMALARA səbəb olur
Hamilə qadının stress keçirməsi gələcək körpəsinin orqanizminə, zehni fəaliyyətinə təsir göstərir. Ana stress keçirən zaman plazmada kortizol, adrenalin kimi stress hormonlarının səviyyəsi artır.

Bu səbəbdən uşaqda immun hüceyrələrin yaranması prosesi zəifləyir. Stress immun sistemi ilə yanaşı körpənin beyninin inkişafına da öz təsirini göstərir.


LoadinG.Az bildirir ki, hamiləlik dövründə stress anaya, körpəyə mənfi təsir edir və erkən doğuma səbəb ola bilər. Buna görə də hamilə qadının yaxın ətrafı bu müddət ərzində ona mənəvi dəstək olmalıdır.

Hamiləlik zamanı ağır stress keçirən anaların uşaqlarında gələcəkdə diqqət dağınıqlığı, hiperaktivlik, depressiya kimi psixoloji problemlərə rast gəlinir.

Ananın səsi bətnindəki körpənin ən çox vərdiş etdiyi səsdir. Səsdə narahatlıq, təşviş, həyəcan hiss olunarsa, bu ilk növbədə körpəyə təsir edir.

Bu vəziyyətdə hamilə qadının ətrafında olan insanlar onu hər cür ruhlandırmalı, stress və həyəcandan qorumalı, ona qarşı mehriban, nəvazişli olmalıdır. Bu hamiləliyin gedişatı və gələcək körpənin sağlamlığı üçün olduqca vacibdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
136 140 176 156 139 172

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.