Hər bir adam öz evinin qarşısını süpürsəydi bütün dünya təmiz olardı.
Robin Şarma, Titulsuz lider: işdə və həyatda gerçək uğur qazanmaq haqqında müasir hekayə

İnsan zirvəyə çıxanda ona elə gəlir ki, sanki dünyanın o biri ucunu görür.
Jojo Moyes, Səndən öncə mən

İstənilən qızın üzünə taxdığı “güclü” maskasının altında
sevgiyə möhtac balaca qız uşağı yaşayır…
Məsudə Cabbar, Ən

Bilirsən…Ürəyin çox dolanda, günəşin batmasına tamaşa etmək yaxşı olur…
Antoine de Saint-Exupéry, Balaca Şahzadə

Heç kim və heç nə səni səndən daha yaxşı motivasiya edə bilməz. Özünün müəllimi olmağı öyrən.
Nadir Adilov, Gəncsən ? Başla!

Bəli, qış da olacaq, soyuq da düşəcək, bərk tufan da qopacaq, ancaq bahar da gələcək…
Çingiz Aytmatov, Qırmızı Yaylıqlı Qovağım Mənim

Mark Tvenin çox gözəl bir sözü vardır:
“Həyatım boyunca çoxlu qorxunc hadisələrlə qarşılaşdım. Bunlardan bir neçəsini isə həqiqətən yaşadım.”
Richard Carlson, Xırda Şeyləri Dərd Etməyin


“Qəribədir, bircə günəşin işığı insanın qəlbində nələr edə bilərmiş?”
Fyodor Dostoyevski, Alçaldılmış və Təhqir Edilmiş İnsanlar


– Mənim mehribanlığım üçün bu, həddən artıq çoxdur, – rahib etiraz etdi.
– Heç zaman belə danışma. Həyat bunu eşidib, növbəti dəfə az verə bilər, – Kimyagər dedi…
Paulo Coelho, Kimyagər

Yalnız mövcud olmaq onu təmin etmirdi; o, həmişə daha böyük bir şeyin arzusunda idi.
Fyodor Dostoyevski, Cinayət və Cəza

Əkdiyin bir ağacın kök atıb-atmadığını bilmək üçün hər gün çıxarıb saçaqlarına baxsan heç vaxt kök atmaz!
Mümin Sekman, Hər şey səninlə başlar


İnsanlara elə gəlir ki, onları canlı edən özləri barədə düşünməlidirlər, ancaq onlar eyni bir məhəbbətlə yaşayırlar.Kim ki bu məhəbbətin içindədir,o Allahın himayəsindədir,çünki Allah məhəbbət deməkdir
Lev Tolstoy, İnsan Neyle Yaşar?

Adamlar unutqandır, hərçənd mən bunu onların xoşbəxtliyi sayıram.
Aqata Kristi, 13 müəmma

Anlamı olmayan söz danışmaq olar, ancaq anlamı olmayan sözə inanmaq olmaz.
Lev Tolstoy, Din Nə Deməkdir və Onun Mahiyyəti Nədir?


…Sonralar da mən başa düşdüm ki, bizim xalq hər şeyi bağışlayır, ancaq qorxaqlığı yox.
İlyas Efendiyev, Seçilmiş Əsərləri 3. Cild


Bir-birimizə rast gəlməmişdən əvvəl həyatımız, doğrudan da ancaq bir-birimizi axtarmaqdan ibarət olmuşdur… Həm də nə aradığımızı bilmədən axtarmışıq… İndi isə ürəyim sakitdir, çünki nə axtardığını tapan və daha başqa bir şey istəməyən adam kimi rahatam… Dünyada bundan da böyük xoşbəxtlik varmı?”
Sabahattin Ali, İçimizdəki Şeytan

Sevgi inamın təsdiqidir və zəif inananın sevgisi də zəif olur
sevgi odur ki, öz xoşbəxtliyindən çox başqasının xoşbəxtliyini düşünəsən. Nəyin bahasına olur olsun! Seçim sənin üçün nə qədər ağrılı olsa da!
Erix From, Sevmək sənəti

Hər insanın xatirələrində hər kəsə aça bilmədiyi, bəlkə ancaq dostlarına deyə bildiyi şeylər var. Elə şeylər də var, onları heç dostlarına da aça bilməz, ancaq özünə açar, həm də ancaq sirr olaraq. Nəhayət elə şeylər də var, insan onu özünə belə açmağa qorxur və belə şeylər hər bir ləyaqətli insanın içində üst üstə qalaqlanır. Hətta belə də demək olar: insan nə qədər ləyaqətlidirsə, belə şeylərin sayı da bir o qədər çoxdur. daha az
Fyodor Dostoyevski, Yeraltından Qeydlər

Sən zəhmətkeş olmaq istəmirsən, onda qul olacaqsan. Zəhmət bizi əldən buraxırsa da, ancaq ona görə buraxır ki, sonra yenə də tutsun, ancaq bu dəfə başqa cürə tutsun; sən onun dostu olmaq istəmirsən, onda qulu olacaqsan.
Viktor Hüqo, Səfillər

Xoşbəxtkən görməməzlikdən gəldiyimiz şeylər, bədbəxt qəlbimizi qırar. Çünki insan səhvlərini xoşbəxtkən yox, bədbəxtkən anlayar.”
-Anton Çexov, Vişne Bahçesi

Dinc həyatda iki və daha artıq adamın qətlinə görə ən ağır cəza, müharibədə isə orden və medal verirlər.
Çingiz Abdullayev Uzun Çəkən Sözardı

Lap beş il, yaxud iyirmi il , lap ömürlük həps cəzası versinlər, kürəyimi isti dəmirlə dağlasınlar , qollarımda dəmir qandal gəzdirərəm ömür boyu . Ancaq həyatımı əfv etsinlər, mənə bağışlasınlar!
Axı məhbus heç olmasa gəzir, hərəkət edir, günəşi görür?!
Viktor Hüqo, Edama Məhkumun Son Günü

İnsanı əsarətdə saxlamaq üçün qorxu ən yaxşı vasitədir
B. A. Paris, Bağlı Qapılar Arxasında

Qadını təhsil görməyən cəmiyyət heç bir uğur qazana bilməz. Heç nə əldə eləyə bilməz!”
Khaled Hosseini, Min Möhtəşəm Günəş


Həqiqət qapısına çatana kimi, çoxlu səhv qapılar döyməlisən. Həyat belədir. Əgər birdən-birə doğru qapıya rast gəlsən, onun doğru olduğunu anlaya bilməzsən.
Nəticə olaraq, heç bir cəhd israf deyil. Bütün cidd-cəhdlər sənin böyüməndəki son nöqtəyə çatmağına töhfə verir. Belə ki, qətiyyətsiz olma, səhv etməkdən bu qədər qorxma. Problemlərdən biri də budur, insanlara səhv etməmələri öyrədildi və onlar o qədər qərarsız, qorxaq və səhv etməkdən ürkək oldular ki, sıxılıb qaldılar. İndi hərəkət edə bilmirlər – birdən səhv nəsə olar deyə qorxurlar. Buna görə qaya kimi oldular: bütün hərəkətlərini itirdilər.
Mümkün qədər çox səhv et, amma bir şeyi unutma: Eyni səhvi təkrarlama. Beləliklə, böyüyəcəksən. Yoldan çıxmaq azadlığının parçasıdır.
Oşo, Tale, azadlıq və ruh. Həyatın mənası nədir?