reklam
Qəhvə hamilə qadınlara ziyandır Qəhvə hamilə qadınlara ziyandır https://duz.az/uploads/posts/2022-11/medium/1668346713_cofee-735x400.jpg
n2006

n2006 Hamiləlik 14-11-2022, 07:30

Qəhvə hamilə qadınlara ziyandır

Qəhvə hamilə qadınlara ziyandır
Danimarkalı alimlər hamilə qadınların gündə 3 fincandan artıq qəhvə içməsinin təhlükəli olduğunu bəyan ediblər.

Danimarkada 88 min 500 qadın üzərində 6 il müddətində aparılan araşdırma zamanı alimlər bu qənaətə gəliblər ki, gün ərzində 3 fincandan artıq qəhvə içmək hamilə qadınların bətnindəki körpəsini itirməsinə səbəb ola bilər.

Səkkiz fincan qəhvə içmək isə bu riski daha da artırır. www.infox.ru saytı yazır ki, hamiləlik zamanı qəhvənin tərkibindəki kofein bədəndən çətin xaric olunur. Ancaq çayın orqanizmə belə mənfi təsir göstərmədiyi aşkarlanıb. Lakin çay sevməyənlərə kofeinsiz kofe içmək tövsiyə edilmir. Belə ki, kofeinsiz qəhvə ürək xəstəliklərinə yol açır.

Bu mülahizə üç ay müddətində aparılan tədqiqatlar nəticəsində təsdiqini tapıb. Alimlər söyləyirlər ki, kofeinsiz qəhvə içən şəxslərin qanında yağların və xolesterinin miqdarı artır ki, bu da ürək xəstəliklərinin yaranma ehtimalını yüksəldir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
172 163 136 149 180 158

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.