reklam
SAÇLARI SÜRƏTLƏ UZADAN BALQABAQ MASKASI SAÇLARI SÜRƏTLƏ UZADAN BALQABAQ MASKASI https://xanim.az/uploads/news/1465223972_45655.jpg
n2006

n2006 Maskalar 1-11-2022, 11:30

SAÇLARI SÜRƏTLƏ UZADAN BALQABAQ MASKASI

SAÇLARI SÜRƏTLƏ UZADAN BALQABAQ MASKASI
Xanımların çoxu saçlarının gec uzanmasından şikayətçidir.

Çox effektiv və asan hazırlanan balqabaq maskasının reseptini təqdim edirik.

Balqabaq A, C vitamini və kalium baxımından zəngindir. A vitamini baş dərisi üçün mükəmməl antioksidantdır. C vitamini saçın sağlamlığını və uzanmasını təmin edir. Kalium isə saçı qidalandırır.

Balqabaq maskası bütün saç tipləri üçün istifadə edilə bilər.

Ərzaqlar:
4 xörək qaşığı suda pörtmüş balqabaq püresi
2 yemək qaşığı qatı hindqozu yağı
2 yemək qaşığı bal
Qeyd: Həmin ərzaqlar saçları uzun və gur olanlar üçün nəzərdə tutulub. Seyrək saçlılar isə bu reseptin yarısını istifadə etməlidirlər.

Hazırlanması:
Balqabağın tumlarını çıxarıb xırda-xırda doğrayın, mikrodalğalı sobada, yaxud suda qaynadıb pörtün.

Əldə edilmiş 4 yemək qaşığı balqabaq püresinə 2 xörək qaşığı qatı hindqozu yağı və 2 xörək qaşığı bal əlavə edib yaxşıca qarışdırın.

Maskanı saç diblərinə və saçlara sürtüb 15 dəqiqə gözləyin. İlıq su ilə yaxalayın. Bunu həftədə 2 dəfə etməlisiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
192 142 168 137 144 154

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.