İnsanlar nə üçün intihar edir?

Anton Çexov: Necə də gözəl gündür! Çaymı dəmləyim, özümümü asım, qərar verə bilmirəm.

Alber Kamyu: İnsanın hər gün etdiyi ən yaxşı şey intihar etməməyə qərar verməkdir.

Arthur Schopenhauer: İntihar etmək istəyən insan əslində yaşamağı ən çox istəyəndir, lakin həyat şərtlərindən məmnun deyildir.

Alber Kamyu: Nəticə etibarilə yaşamaq intihar etməkdən daha çox cəsarət tələb edir.

Şüur altındakı normal olmayan davranışlar insan həyatını sona çatdırmağa məcbur edə biləcək mənfi düşüncələr daşıya bilməkdədir. İntihar. Bu hiss şüur altında şəxsə məxsus basqı, çarəsizlik, əlacsızlıq kimi çıxılmaz qəbul edilən zaman ortaya çıxır. İlk əvvəl passiv halda yer almağa başlayan bu duyğular depressiya və digər hislərdən dolayı vaxt keçdikcə şüur üstünə çıxar. Başlıca səbəbindən biri də, gələcək qayğısıdır.

Tamamı ilə şüur altı bir hadisə olan bu davranış, qeyri normal qərar olaraq qəbul edilməkdədir. Ən keçmiş yazılı qaynaqlardan günümüzə qədər bütün xalqların mədəniyyətində qınanan intihar buna baş vuranlar tərəfində bir çıxış yolu olaraq qəbul edilsə də, bu sadəcə bir əlacsızlıq simvolundan başqa bir şey deyil. İnsanın beyninin içində bəslədiyi bu hiss onun ən yaxın düşmənidir.

Başlıca iki şəkildə görülən intihar şəkli vardır. Bunlardan biri yalançı intihardır ki, insanlar bu yolla çarəsizliyini çatdırmağa çalışmaqda eyni zamanda kömək istəməkdədir. Daha çox yetkinlik yaşlarında olanlarda müşahidə edilən bu hal planlanmamış intihar şəkli ilə diqqəti çəkməkdədir.

İkinci intihar şəkli isə, insanın heç bir çixış yolu olmadıqda baş vurulan cana qəsd şəkillərindəndir. Daha çox 35 yaş və üzəri insanlarda görünən bu intihar cəhdləri, yaxşı şəkildə planlanmış olması ilə diqqət çəkməkdədir. Bəzən bir intihar içində bir neçə planlanmış öldürücü cəhdin olduğuna da rast gəlmək mümkündür.

İnsanlar nə üçün intihar edir?

- Yazar və Sənətçilər cəmiyyətin digər üzvlərindən 18 qat daha artıq intihar etmə ehtimalları yüksəkdir.

- Ən çox intihar edilən gün bazar ertəsidir.

- San Fransiskodakı Golgen Gate körpüsü ən çox intihar edilən yerdir.

- Greenlandiyada hər yüz nəfərdən 25-i intihara marqlıdır.

- New Yorkda intihar edənlərin sayısı cinayətdən ölənlərdən çoxdur.

- İntihar bir çıxış yolu deyil.