RƏSULULLAHın (səv) DUA İLƏ ƏLAQƏDAR SÖZLƏRİ

1- "Allah qatında, duadan daha qiymətli bir ibadət yoxdur."

2- "Qulun, Rəbbinə ən yaxın olduğu hal, səcdə halıdır. Onun üçün səcdədə duanı çoxaldın."

3- "Dua etdiyində, duasının qəbul edilməsində ən kiçik şübhəsi olmayan üç adam vardır: Zülmə uğrayan məzlumun duası, qonağın duası və atanın uşağına olan duası."

4- "Kim, Müsəlman qardaşının arxasından dua etsə, mələklər, dua edən adam üçün də "Amin! Eynisi sənə də olsun!" deyərlər.

RƏSULULLAHın (səv) DUALARI

1- Allahım! Məni, səhvlərimdən, ağ paltarı çirkdən təmizləyər kimi təmizlə.

2- Allahım! Sən hər şeyin sahibisən, səndən başqa heç bir ilah yox. Sən mənim Rəbbimsən, mən də sənin qulunum. Özümə təəssüf etdim, günahımı etiraf edirəm. Bütün günahlarımı bağışla ki, səndən başqa günahları bağışlayan yox. Məni əxlaqın gözəlinə çatdır! Əxlaqın ən gözəlinə ancaq sən çatdırarsan. Əxlaqın pisindən məni uzaqlaşdır. Əxlaqın pisindən, başqası deyil, ancaq sən uzaqlaşdırarsan. Allahım! Əvvəldən etdiklərimi, sonraya buraxdıqlarımı, içimdə gizlədiklərimi, aşkar etdiklərimi, həddindən artıq davranışlarımı və mənim haqqımda məndən daha yaxşı bildiklərini, mənim üçün bağışla. Qalıcı olan sənsən, səndən başqa heç bir ilah yox.

3- Allahım! Günahlarımın bütününü, kiçiyini, böyüyünü, ilkini, sonunu, açığını gizlisini bağışla.

4- Allahım! Qəzəbindən razılığına, cəzandan əfvinə sığınaram. Səndən sənə sığınaram. Sənin üzərində tərifi bir-bir saysam bitirə bilməm. Sən, öz böyük və uca şəxsini necə təriflədinsə, şübhəsiz ki eləsən.

5- Allahım! Məni əsirgə, mənə mərhəmət et, mənə hidayət et və mənə ruzi ver.

6- Allahım! Səni zikr etməkdə, sənə şükr etməkdə və sənin ibadətini yaxşı etməkdə mənə kömək et.

7- Allahım! Ürəklərimizi xeyr üzrə qaynaşdır, aramızı tap, bizi qurtuluş yollarına çatdır və bizi qaranlıqlardan qurtarıb nura qovuşdur. Açıq, gizli bütün həyasızlıqlardan bizi uzaqlaşdır. Qulaqlarımızı, gözlərimizi, ürəklərimizi və həyat yoldaşlarımızı bizim üçün mübarək et. Tövbələrimizi qəbul et ki sən tövbələri çox qəbul edən və sərhədsiz mərhəmət edənsən. Nemətinə qarşı bizi şükr edənlərdən et, bizə çoxca verib nemətlərini tamamla.

8- Allahım! Təkkən də, insanlar içindəykən də, səndən yalnız səndən qorxmağı diləyirəm. Razılıq və hirs hallarımda da, səndən ixlas sözünü diləyirəm. Kasıblıqda və zənginlikdə tutumlu olmağı diləyirəm. Səndən, bitməyən neməti istəyərəm. Səndən qəzadan sonra razılığı istəyərəm. Səndən, kəsilməyən göz işıqlığı istəyərəm. Səndən, ölümdən sonra gözəl bir həyat diləyirəm. Camalına baxmaq və sənə qovuşmaq ləzzətini diləyirəm. Kimsənin zərərinə uğramamağı və aldadici fitnəyə düşməməyi diləyirəm. Bizi iman bəzəyi ilə bəzə. Bizi doğruya çatan və doğru yolu göstərənlərdən et.
9- Allahım! Qəbir əzabında, Məsihi Dəccal fitnəsində, həyatın və ölümün fitnəsində və günah işləməkdən və borca batmaqdan sənə sığınaram.
10- Allahım! Əxlaqın pisindən, işlərin pisindən və arzuların pisindən sənə sığınaram.

11- Allahım! Faydası olmayan namazdan sənə sığınaram.
12- Allahım! Doğrunu mənə ilham et. Məni nəfsimin pisliklərindən qurtar.


13- Ey ürəkləri çək-çevir edən! Ürəyimi dinin üzərində sabit et.

14- Allahım! Acizlik, tənbəllik, qorxaqlıq, yaşlılıq, xəsislik, qocalıq və qəbir əzabından sənə sığınaram. Allahım! Nəfsimə təqvasını ver və onu təmiz et. Onu tək sən təmiz edərsən. Onun qoruyucusu və əfəndisi sənsən. Allahım! Fayda verməyən elmdən, qorxmayan ürəkdən, doymayan nəfsdən və qəbul olunmayan duadan sığınaram.

15- Allahın adıyla! Allaha təvəkkül etdim. Allahım! Zillətə düşməkdən, pozğunluğa uğramaqdan, zülm etməkdən, zülmə uğramaqdan, cahillikdən, haqqımızda cəhalətə düşülməsindən sənə sığınaram.

16- Allahım! Biz səndən, Peyğəmbərin Məhəmmədin (səv) istədiyi xeyiri diləyərik. Peyğəmbərin Məhəmməd (səv) sənə hansı şərlərdən sığınmış isə, biz də o şərlərdən sənə sığınarıq. Sən özündən kömək dilənilənsən. Çatış tək sənədır. Qüdrət və qüvvət ancaq Allah ilədir.