reklam
Üzünüzdəki ləkələrdən xilas olmaq istəyirsinizsə Üzünüzdəki ləkələrdən xilas olmaq istəyirsinizsə https://duz.az/uploads/posts/2022-10/medium/1665148179_5f65a1e7-c053-47ae-8fc7-262a2c8c18d6.jpeg
aynure

aynure Maskalar 7-10-2022, 17:10

Üzünüzdəki ləkələrdən xilas olmaq istəyirsinizsə

Üzünüzdəki ləkələrdən xilas olmaq istəyirsinizsə


Üzünüzdəki ləkələrdən xilas olmaq istəyirsinizsəPiqment ləkələri gün şüalarının dəriyə təsirindən,müxtəlif keyfiyyətsiz kosmetik vasitələrdən sonra əmələ gələ bilir.Ləkələr kosmetik görüntünü pozduğuna görə əksər qadınlarda psixoloji diskomforta səbəb olur.
Piqment ləkələrinin əmələ gəlməsinin səbəbi mədə-bağırsaq, qaraciyər və öd kisəsində olan xəstəliklərlə də bağlı ola bilir. Bu zaman ləkələrdən xilas olmaq üçün kosmetolqla, terapevtin birlikdə müalicəsi lazımdır. Belə ki, bu zaman mədə-bağırsaqları təmizləməklə yanaşı, müxtəlif dərman vasitələri qəbul eləmək və ləkə təmizləyicilərdən istifadə eləmək lazımdır.
Gün şüalarından və keyfiyyətsiz kosmetikalar səbəbindən əmələ gələn ləkələrdən isə ev şəraitində xilas olmaq mümkündür. Bunun üçün aşağıdakı vasitələrdən istifadə edilir:
* Xiyar sürtkəcdən keçirilir və dəriyə yaxılır. Bu dəri ləkələrini ən yaxşı təmizləyən vasitədir.
* Turşumuş qatıq üz və bədənin digər nahiyələrində olan ləkələri ağardır və yox edir.
* Ağ kələmin suyu sıxılır və buz kub halına salınır. Kələm suyundan hazırlanmış buzla üzü sürtdükdə dəri ağarır və ləkələrdən təmizlənir.
* Limon şirəsi üzə sürtülür və 20-30 dəqiqə sonra ilıq su ilə yuyulur. Vaxtaşırı üzə limon şirəsi sürtmək dərini ağardır və ləkələri təmizləyir. Limon şirəsi sürtülən zaman onun gözlərdən qorumaq lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
187 147 164 144 155 164

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.