reklam
Üzdəki tükləri tökən maska Üzdəki tükləri tökən maska https://xanim.az/uploads/news/1624446494uz-maskalari-3.jpg
n2006

n2006 Maskalar 22-07-2022, 09:00

Üzdəki tükləri tökən maska

Üzdəki tükləri tökən maska
Bir çox qadınlar üzlərindəki tüklərə görə kompleksə girir və müxtəlif üsullarla onlardan qurtulmağa çalışırlar.

Üzdəki tüklənmənin ciddi bir sağlamlıq problemi olmadığı bilinir, ancaq bəzən hormonal dəyişikliklər də buna səbəb ola bilir. Lent.az üzdəki arzuolunmaz tüklərdən təbii yollarla qurtulmaq üçün reseptlər təqdim edir.

Bal və limon suyu resepti
Lazım olanlar:

- 3 xörək qaşığı şəkər tozu

- 1 xörək qaşığı bal

- 1 çay qaşığı limon suyu

Hazırlanması:

Bir kasaya bal və şəkər tozunu əlavə edin. Qarışımı 2-3 dəqiqə mikrodalğalı sobada saxlayın. Şəkər tozu əridikdən sonra ona limon suyunu əlavə edib qarışdırın. Qarışım soyuduqdan sonra tük olan yerlərə yavaşca sürtün. Daha sonra üzünüzdən dartaraq qoparın. Bu üsul azacıq ağrılı olsa da, tükləri mükəmməl bir şəkildə yox edəcək.

Qarğıdalı unu, yumurta və şəkər tozu

Lazım olanlar:

- 2 xörək qaşığı qarğıdalı unu

- 1 yumurta

- 1 xörək qaşığı şəkər tozu

Hazırlanması:

Yumurtanın ağını bir kasaya qoyun. İçinə qarğıdalı unu və şəkər tozunu töküb qarışdırın. Qarışımı üzünüzdə tük olan yerə sürtərək, qurumasını gözləyin. Daha sonra bu maskanı üzünüzdən çəkib çıxarın və ilıq su ilə üzünüzü durulayın.

Təsirli nəticə almaq üçün bu maskanı həftədə 3-4 dəfə vura bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 179 194 203 186 152

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.