reklam
Qubadlının Xanlıq Plovu Qubadlının Xanlıq Plovu https://duz.az/uploads/posts/2022-07/medium/1656828609_qubadlinin-xanliq-plovu-768x432.jpg
n2006

n2006 Mətbəx 4-07-2022, 17:00

Qubadlının Xanlıq Plovu

Qubadlının Xanlıq Plovu
Xanlıq – Qubadlı rayonunun ən böyük kəndidir. Qubadlı mətbəxinin bir çox dadlı yeməkləri var. Bunlardan biri də noxudlu, maş lobyalı Xanlıq plovudur. LoaDinG.Az dadlı Xanlıq plovunun reseptini təqdim edir.

Tərkibi:

2,5 stəkan uzun düyü
150 qr maş lobya
150 qr noxud
150 qr üzüm qurusu
1 ədəd kənd toyuğu
2 ədəd soğan
1 armudu stəkan zoğal qurusu
zövqə görə duz
1 çay qaşığı istiot
yarım çay qaşığı sarıkök
zövqə görə zəfəran
200-250 qr kərə yağı
Hazırlanma qaydası:

İlk öncə toyuğu doğrayıb bişirin. Xırda doğranmış soğanın üzərinə duz əlavə edib qarışdırın. Suyu çıxması üçün bir neçə dəqiqəlik kənara qoyun. Suyu çıxan doğranmış soğanı əlinizlə yaxşıca sıxıb başqa boşqaba qoyun. Suyu sıxılmış soğanın üzərinə duz, istiot və zoğal qurusu əlavə edib qarışdırın. Daha sonra bişmiş toyuğun tikələrini bu zoğallı soğana yaxşıca bulayın. Qabın üzərinə streç salafan keçirib 1-2 saatlıq kənara qoyun.
Düyünü 1 saat əvvəlcədən suda isladın. Noxudu və maş lobyanı suda bişirin. Üzümü qurusunu yuyub süzün. Bişmiş noxudların qabığını soyub ikiyə ayırın. Suda isladılmış düyünü duzlu suda bişirib süzün. Zəfəranı da armudu stəkanda dəmləyin. Aşı bişiricəyiniz qabın dibinə yağ tökün. Daha sonra tikə ətləri də qazanın dibinə düzün. Ətlərin üzərindən düyünün yarısını tökün. Düyünün üzərinə bişmiş noxudun, maş lobyanın və üzüm qurusunun yarısını tökün və sarıkök səpin. Qalan düyünün yarısını da əlavə edin. Noxudu, maş lobyanı və üzüm qurusunu da səpib yayın. Ən sonda düyüylə üzərini örtün. Sarıkök və dəmlənmiş zəfəran səpin. Kərə yağı da əlavə edib qazann qapağını (dəsmala keçirilmiş) örtün. Plovu 1 saatlıq dəmə qoyun.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
187 168 217 173 186 183

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.