reklam
Dadlı Tuna Balıqlı Plov Dadlı Tuna Balıqlı Plov https://duz.az/uploads/posts/2022-06/medium/1655108763_dadli-tuna-baliqli-plov-768x432.jpg
n2006

n2006 Mətbəx 13-06-2022, 12:27

Dadlı Tuna Balıqlı Plov

Dadlı Tuna Balıqlı Plov
Milli mətbəximizin şahı olan plovu tuna balığı ilə hazırlayın. LoaDinG.Az tuna (ton, tunes) balıqlı plovun reseptini təqdim edir

Tuna Balıqlı Plovun Tərkibi:

2 stəkan uzun düyü
3 ədəd soğan
2 qab konservləşdirilmiş tuna balığı
kərə yağı
duz, istiot, paprika, sarıkök
Tuna Balıqlı Plovun Hazırlanma Qaydası:
Düyünü yarım saatlıq duzlu suda gözlədin. Tuna balığını süzgəcə töküb suyun süzün. Soğanları yarımhalqa doğrayın. İlk öncə yarım halqa doğranmış soğanları kərə yağında qovurun. Qovrulan soğana duz, istiot, paprika və sarıkök əlavə edib qarışdırın. Suyu süzülmüş konservləşdirilmiş tuna balığını qovrulmuş soğanın üzərinə əlavə edib 5-7 dəqiqə bişirin.

Düyünü bişirmək üçün qazanda su qaynadın. Kənarda duzlu suda gözlətdiyiniz düyünü qaynayan suda bişirin. Dəmə qoyduqda bişəcəyi üçün, düyünü çox bişirməyin. Bişmiş düyünü süzün. Plovu dəmə qoyacağınız qazana yağ töküb əridin. Qazanın dibinə düyüdən bir az tökün. Düyünün üzərindən soğanlı balıqdan bir az tökün, təkrar üstünə düyü əlavə edin.Düyünün üzərinə hər dəfə sarıkök səpə bilərsiniz. Bu qaydayla düyü və soğanlı balığı qat-qat düzün və ən sonda düyü ilə üzərini örtün. Sarıkök səpib qazanın qapağına dəsmal keçirib bağlayın. Üzərinə yağ tökməyə ehtiyac yoxdur. Vam odda yarım saatlıq dəmə qoyun.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
169 165 159 151 201 171

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.