reklam
Susmaq zızıl deyil(Bəhruz Nifdəliyev)söylədi Susmaq zızıl deyil(Bəhruz Nifdəliyev)söylədi https://duz.az/uploads/posts/2022-04/medium/1648891314_432b009c-b1cf-44fb-93eb-36bd4c7bcfbd.jpeg
aynure

aynure Xəbərlər 2-04-2022, 13:22

Susmaq zızıl deyil(Bəhruz Nifdəliyev)söylədi

Susmaq zızıl deyil(Bəhruz Nifdəliyev)söylədi
Bəhruz NİFTƏLİYEV


Hər kəs kədərlənər bu həyatda ... Ən çox da itirəndə . Hər kəs ağlar . Ən çox da kədərlənəndə. Ani xoşbəxtliklər və dəqiqələrə sığan sevinclərlə doludur yaşantımız. Amma qəmimiz qəlbimizin elə bir yerində olar ki, onu nə dodaqlar, nə qucaqlar nə də qollarımız daşıya bilər. Sadəcə, gözlərimizin ən dərinində və susqunluğumuzdadır .

Susmaq qızıl deyil, səbr etməkdir. Olanlara, qalanlara, ya da əlimizdən gedənlərə ... Susmaq söz tapmamaqdır. Deyilənlərə , ya da gizlədilənlərə. Susmaq dayanmaqdır. Məsələn, yollarda... Gözlərinin çəkdiyi yollarda ... Susmaq qızıl deyil. Əgər belə olsaydı, lal olub zənginliyə yelkən açardıq. Əgər belə olsaydı, dilimiz qızıldan ibarət idi indi, səslərdən sözlərdən yox. Heç sevincdən susan gördünüzmü? Kədərdir susmaq və kədər qızıl deyil. Susmaq qorxmaqdır. İtirməkdən, səhv etməkdən, hətta əfv etməkdən qorxmaq. Susmaq yaşamaqdır, sadəcə nəfəs alaraq ... Yaşlanmaqdır, sadəcə vaxt öldürərək. Susmaq məhv olmaqdır. Arzularını dilinin altında basdırmaqdır. Sitəmləri istəklərindən üstün tutmaqdır. Susmaq qızıl deyil! Ac -yalavac canavar yalnızlıqdan ulayar. Susmaq üsyanlarını boğmaqdır.
Ətraflı

Sükut deyilən bir məhfum yoxdur əslində. Sadəcə eşidə bilmədiyimiz səslər var. Susmaq içimizdəki vicdanın səsini dinləməkdir və dinməməkdir. Susmaq cavab gözləməkdir, verdiyin, ya da vermədiyin suallara və bəzən cavabın özüdür susmaq.
Susmasan özün-özünlə dialoq qura bilmərsən. Susmasan yorularsan. Susmasan ölərsən! Susmaq qızıl deyil, amma... Və ya əksinə sussan etiraf edə bilməzsən, sussan ifadə edə bilməzsən, sussan bir də susa bilməzsən.... Burda qızıl hanı?
Özümü lap qızılaxtaran kimi hiss elədim. Daha doğrusu, qızıl axtarıb tapmayanlar kimi . Susmaq qızıl deyil. Susmaq sakitləşməkdir. Susmaq danışmağa susamaq üçündür... Danışmaq isə gümüşdür? Əlbəttə ,yox!
Susmaq səssiz qalmaq deyil. Çıxış edənlər, nitq söyləyənlər var susaraq. Susmaq üstündən keçməkdir. Susmaq kor olmaqdır, ya da görməməzlikdən gəlmək. Məsələn , elə qızılın özünü. Susmaq sınmaqdır,bəzən. Riyanın həqiqət üzərində qələbəsi kimi. Susmaq öyrənməkdir. Həyatın ən yaxşı tələbəsi kimi ...
Susmaq razılıq əlamətidir deyirlər. Bəlkə də elə ona görə daha çox susur insan övladı. Etiraz əlaməti haqqında düşünmək üçün. Məni heç kəs inandıra bilməz ki, susmaq qızıldır. Özünə haqsızlıq etməkdir susmaq.
Məsələn qardaş Türkiyəmizdə baş verən Soma faciəsində ölənlər susanlardır. Şəraitsizlik, təhlükə, ağır iş rejimi və həyatın bahalılığına susanlar. Susdular və həyatları bahasına dərs verdilər hamıya. "Susmaq qızıl deyil" dərsini.
Sakit adamların qəzəbi daha kəskin olur, deyirlər. Bu çox normaldır. Çünki danışmağı öyrənəndən susanlar daha çox içlərini yeyərlər. Nəticədə isə daha çox əsəblərini tar-mar edər , daha çox danışmağa, dalaşmağa , hayqırmağa ehtiyac duyarlar. Dalğalanmaq onlar üçün deyil artıq, sunamiyə çevrilərlər beləliklə.
Susmaq məhrum olmaqdır, gözəl cümlələr qurmaqdan. Xoş təsir etməkdən, təsəlli verməkdən, sevinc, ümid bəxş etməkdən məhrum olmaq . Susmaq qızıl deyil, danışmaqdır azadlıq. Azadlıq isə xoşbəxtlikdir. Azadlıq əxlaqsızlıq deyil, amma... Soyunmaq, ya da söymək deyil. Azadlıq doğrularını bilmək və buna görə yaşamaqdır. O doğrular ki, özündə dəyəri ehtiva edir. O doğrular ki, dəyərli olduqları üçün doğrudular və ya əksinə.... Hər kəsin bir susmaq haqqı var, amma susmaq haqq deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
272 216 238 225 247 287

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.