Hamiləlik əyləncəli olduğu qədər də çətindir. Xüsusən qadın işləyirsə, sənədlər, işlər arasında ürək bulanması, ayaqların şişməsi, hormonların çoxalması ilə mübarizə aparmalıdır. Bu prosesdən rahat şəkildə çıxmaq üçün tövsiyələrimizə diqqət edin.

1. Mümkündürsə, ofisdə mütəmadi olaraq fasilə verin.


2. Evdə ikən imkan daxilində istirahət edin və erkən yatmağa çalışın. Bu, yeni günə daha enerjili başlamanıza səbəb olacaq.


3. Rahat ayaqqabı və paltarlar seçin.

4. Yüngül səhər yeməyi yeyin.

5. Yeməyi az-az, davamlı şəkildə yeyin. Yorğunluq və aclıq səhər bulantılarını pisləşdirir.

6. Pendir və kraker, çörək, düyü, dənli bitkilər və ya meyvələr kimi karbohidratla zəngin və sağlam qidalar yeməyə çalışın.


7. Bədən istiliyinizi normallaşdırmaq üçün həmişəkindən daha çox su için.

8. İş həyatınızı necə asanlaşdıracağınızı düşünün. Məsələn, gəliş və gediş saatlarınızı dəyişdirib izdihamdan uzaq ola bilərsiniz.


9. Yanınıza gələ bilməyən insanlar varsa, toplantıları konfrans zəngləri ilə edin.


10. İnsanlar qarnınız haqqında danışa və hətta toxunmaq istəyə bilərlər. Özünüzü narahat hiss edirsinizsə, bunu dilə gətirməlisiniz.