Çox şey istəmirəm səndən həyat..

Çox şeymi istəyirəm həyatdan?
Sadəcə biraz sevgi istəyərəm, sadəcə bir az dəyər…

Yalanın olmadığı, insanların aldadılmadığı bir dünya…

Sadəcə sevgiylə dolu ürəklər axtarırıq, nifrətdən təmizlənmiş, kindən uzaqlaşmış sevgilər…



Çox şey istəmirəm səndən həyat…

Sadəcə gerçək sevgi…

Sadəcə gerçək toxunan əl…

Sadəcə gerçək baxan bir cüt göz…

Sadəcə xəyanətsiz və yalansız bir sevgi…

Sadəcə məni, mən olduğum üçün sevən bir ürək…

Sadəcə qarşılıq gözləmədən sevən bir ürək…



Çox şey istəmirəm səndən Sevgili;

Ürək hazır sevməyə, yetər ki gerçək olsun baxışların…

Ürək hazır qucaqlamağa, yetərki gerçək olsun gəlişlərin…

Saflığınla gəl mənə, eləcə gir ürəyimə…

Ürəyində nə varsa məndən əvvəl yaşanmış at ürəyindən…

Sadəcə mənim adım olsun yaddaşında…

Sadəcə mənim gözlərim olsun gözlərində…

Yatdığında bir tək mən gəlim ağlına…



Sən yalnız əlimi tutmağı bil, mən heç vaxt buraxmaram əlini…