reklam
İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan ən xoşbəxtdir. - Oşo İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan ən xoşbəxtdir. - Oşo https://duz.az/uploads/posts/2021-08/1629953785_loading.az_cesaret-haqqinda-aforizmler-cesarete-aid-qorxu-cesur-insan-qorxular.jpg
n2006

n2006 özünü 🙁 darıxan hiss edir. Statuslar 28-08-2021, 15:28

İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan ən xoşbəxtdir. - Oşo

İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan ən xoşbəxtdir.   - Oşo
Ağıl, Mehribanlıq və Cəsarət.

Bunlar insanın, dünyanın hər yerində qəbul edilmiş üç mənəvi dəyəridir.

- Konfutsi



Cəsarət qorxunun yoxluğu deyil, qorxuya müqavimət göstərmək, qorxuya hökm etməkdir.

- Mark Tven



Mən tam dərk etmişəm ki, cəsarət - qorxunun olmaması deyil, ona qalib gəlməkdir. Cəsur insan qorxusuz deyil, qorxuyla mübarizə aparandır.

- Nelson Mandela

Cəsarət, qorxunun yoxluğu deyil, qorxunun içindən gedib sizin üçün əhəmiyyətli olan məqsədi qovmaqdır.

- Robin Şarma



Cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir.

- Uinston Çörçill



Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir.

- Onore de Balzak




Əgər bir adam həqiqətən yaşamaq istəyirsə, işləməsi və cəsarətli olması lazımdır.

- Vinsent van Qoq



Çox az adamın çatdığı uğurları əldə etmək üçün, çox az adamın cəsarət edə bildiyi şeyləri edin.

- Robin Şarma



Ardıycan gedə biləcək cəsarətiniz varsa, bütün arzularınız həyata keçə bilər.

- Uolt Disney



Mən bunu bacaracağam! Çünki mənim cəsarətim, istəyim və inancım var!

- The Company Men



Əgər hər hansı bir şeyi sınamaq üçün cəsarətimiz olmasa həyatımız necə olar?

- Vinsent van Qoq



Bil ki, günəşə baxmağa cəsarəti olmayan, kölgədə qalmağa, kölgəni işıq sanmağa məhkumdur.

- Mövlana Cəlaləddin Rumi



Cəsarət heç bir halın sarsıda bilməyəcəyi enerji mənbəyi, mükəmməl iradə qüvvəsidir.

- Samuel Smayls



Cəsarətli olmayan insan, iti kənarı olmayan bıçağa bənzər.

- Bencamin Franklin



Qazandıqlarımın hər birini cəsarətimə və çalışqanlığıma borcluyam.

- Napoleon Bonapart



Dünyada təqlid edilməyən tək şey cəsarətdir.

- Napoleon Bonapart



Cəsarət qüvvətlə birləşəndə biraz da artar.

- Aristotel



Cəsarət ağıldan gəlirsə cəsarətdir, bilgisizlikdən gəlirsə cəhalətdir.

- Mövlana Cəlaləddin Rumi



Sözdə cəsarətli olmaq asandır.

- Rabindranat Taqor



Uzaqdan cəsur olmaq asandır.

- Demosfen




Sahili gözdən itirməyə cəsarət etmədikcə insan, yeni okeanlar kəşf edə bilməz.

- Andre Jid



Həqiqi cəsarət fəlakət vaxtı üzə çıxır.

- Volter



Sabah sözü uşaqlar ve cəsarətsiz adamlar üçün uydurulub....



Sevginin ilk əlaməti kişidə cəsarətsizlik, qadındasa cəsarətdir.

- Viktor Hüqo



Çətin olduğu üçün cəsarət edə bilmədiyimiz şeylər, əslində biz cəsarət edə bilmədiyimiz üçün çətindir.

- Ernesto Çe Gevara



Bu gün cəsarət edə bilmədiyin üçün edə bilmədiyin şeyləri, sabah zamanın olmadığı üçün etməyə bilərsən.

- Paulo Koelyo



Hər kəsin başqası kimi olmağa çalışdığı bir dünyada, sən cəsarətlə və dürüstcə olduğun kimi ol.

- Anonim



Göründüyü və ya olduğu kimi olmaqdan qorxan adam cəsarətli deyildir.

- Edqar Allan Po



Mal itirən, bir şey itirmişdir, qürurunu itirən bir çox şey itirmişdir. Lakin cəsarətini itirən hər şeyini itirmişdir.

- Yohann Volfqanq Höte



Bir saatlıq bir vaxtı belə itirməyə cəsarət edə bilən bir kimsə həyatın mənasını qavraya bilməmiş deməkdir.

- Çarlz Darvin



‎Bəzən elə danışmalısan ki, qarşındakı cavab verə bilməməlidi. Bəzən də elə susmalısan ki, qarşındakı danışmağa cəsarət edə bilməməlidi .

- Qabriel Qarsia Markes



Ən sadə yalanları gözümə baxaraq söyləyən axmaqlar gördüm. Mənsə onların Cahil cəsarətlərinə və quş beyinlərinə heyrandım.

- Kiçik İskəndər



İnsan əxlaqi cəhətcə nə qədər yüksəkdirsə, o qədər cəsarətlə də özünün zəif və nöqsan cəhətlərini görə bilər.

- Vissarion Belinski




Ən böyük acı, başqaları ilə paylaşmağa cəsarət edə bilmədiyin ağrıdır.



Cəsarətin ölçüsü ölmək deyil, yaşamaqdır.

- Vittorio Alfieri



Yaşamaq ölməkdən daha böyük bir cəsarət tələb edir.

- Çarlz Bukovski



Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur.

- Tomas Vilson



Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.

- Heydər Əliyev



İgidlik cəsarət və iradədən doğur.

- Mişel de Monten



Əsgərdən ilk növbədə dözüm və səbir tələb olunur, cəsarət bundan sonra gəlir.

- Napoleon Bonapart




Əsl düşməndən sərhədsiz bir cəsarət qalar sizə.

- Frans Kafka



Həqiqətə qarşı cəsarət — fəlsəfə tədqiqatının birinci şərtidir.

- Georq Vilhelm Fridrix Hegel



Bağışlamaq, cəzalandırmaqdan daha cəsarətli bir addımdır. Zəif bağışlaya bilməz. Bağışlamaq güclüyə xas olan xüsusiyyətdir.

- Mahatma Qandi



İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan ən xoşbəxtdir.

- Oşo



Sülhün bərqərar olması bütün güclülərdə insaf, gücsüzlərdə isə cəsarət olmalıdır.

- Rabindranat Taqor

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
376 404 382 356 402 440

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.