Sevgi Popurisi — Sözləri


Sevgi elə bir hissdi
Təmizdi xalisdi
Sevirsən sevilirsən
Bunun nəyi pisdi

Sevgi elə bir hissdi
Təmizdi xalisdi
Sevirsən sevilirsən
Bunun nəyi pisdi

Sənsiz dayanmaq olmur
Sənnən ayrı dolanmaq olmur
Bəlkədə nə vaxtsa alışaram
Amma yox inanmaq olmur

Sən məni çox qırdın
Ürəyimi sındırdın
Getmə dedim getdin
Köksümə dağ vurdun

Sən məni çox qırdın
Ürəyimi sındırdın
Getmə dedim getdin
Köksümə dağ vurdun

Sən məni sevsəydin əgər sənə görə
Ölədə bilərdim ölədə bilərdim
Yarsı sənin yarsı mənim qəlbimi
Bölədə bilərdin bölədə bilərdin

Kimlərəsə məni satmaya bilərdin
Yalan danışıb aldatmaya bilərdin
Gözlərimi ağritmaya bilərdin
Gülədə bilərdim gülədə bilərdim

Üzülmüsən bilirəm
Soyuqluğunu görürəm
Hər şeyə son qoyuram
Yenədə yanına gəlirəm

Üzülmüsən bilirəm
Soyuqluğunu görürəm
Hər şeyə son qoyuram
Yenədə yanına gəlirəm

Desəmki heç kimim yoxdu
Desəmki dərd qəmim çoxdu
Yarım olarsanmi olarsanmi

Desəmki peşman olmuşam
Halı pərişan olmuşam
Yarım olarsanmi olarsanmi

Ürəyim olub yarə
Olub parə parə
Səbirli olmalıyıq
Yoxdu başqa çarə

Ürəyim olub yarə
Olub parə parə
Səbirli olmalıyıq
Yoxdu başqa çarə

Sevgi adamın ağlın alır
Əzyətin çəkirsən onun
O isə sənnən ayrı qalıb
Həsrətin çəkirsən onun

Sevən insan getməyəcək
Getsə belə
Ya unudulursan yadaki
Diqqətin çəkirsən onun

Qırmasağ biz ürək
Edər Allah Kömək
Bağışlayandı o bizdə
Bağışlayaq gərək

Qırmasağ biz ürək
Edər Allah Kömək
Bağışlayandı o bizdə
Bağışlayaq gərək

Papirozdan çəkə çəkə
Hər gün özümü üzə üzə
Gör nə günlərə düşmüşəm
Mən yazıq

Acılardan keçə keçə
Qəmli qəmli gəzə gəzə
Gör nə günlərə düşmüşəm
Mən yazıq

Gərək oturaq danışaq
Yolun tapaq qovuşaq
Biz küsəndə hər dəfə
İstəmişəm barışaq

Gərək oturaq danışaq
Yolun tapaq qovuşaq
Biz küsəndə hər dəfə
İstəmişəm barışaq

Nə sənnən ayrılmaq olur nədəki uzaqlaşmaq
Sən başımın bəlasısan bəlasısan bəlası
Ağlınada gətirməki ayrılaram sənnən
Ürəyimin parasısan parasısan parası

Sevgi elə bir hissdi
Təmizdi xalisdi
Sevirsən sevilirsən
Bunun nəyi pisdi

Sevgi elə bir hissdi
Təmizdi xalisdi
Sevirsən sevilirsən
Bunun nəyi pisdi