reklam
Evlilikdə ən yaxşı yoxsa doğru olan ? Evlilikdə ən yaxşı yoxsa doğru olan ? https://duz.az/uploads/posts/2021-07/1625479762_loading.az_img_20210614_233209_948.jpg
ÊLfidÂ

ÊLfid Evlilik 5-07-2021, 15:00

Evlilikdə ən yaxşı yoxsa doğru olan ?

Evlilikdə ən yaxşı yoxsa doğru olan ?
Evlilikdə ən yaxşını deyil, doğru olanı axtarmaq lazımdır. Çünki "yaxşı" elə bir anlayışdır ki, ondan daha yaxşısının olacağına əsaslanır. Yəni, nisbidir. Bir yaxşıdan daha yaxşı biri daha var deməkdir ki, bu da gedilən məntiqlə hər dəfə "yaxşı"nı dəyişməyə aparıb çıxaracaq. Xəyanəti doğuran səbəblərdən birinə dönəcək.
Evi, işi, pulu, maşını olsun, özü də bir az adama oxşasın bəsdir-Bu kriteriyalar evlilikdən əvvəl, onsuz da normal insan kriteriyalarıdır. Çox qaçınılmaz halları saymazsaq, müəyyən yaşa çatmış birinin ən azından işi olmalıdır. Bunlar var deyə bir adama "hə" demək, bunlar olmadıqda ondan ayrılmaq və ya evlilikdə dözülməz hala gəlmək deməyə gəlir ki, bu da maddi əsaslı evliliklərin sonudur.
Yedirir, içirir, arada da gəzdirir, əslində yaxşı insandır- Yaxşı, bəs bu sadalananlar hansı hallarda sadalanır adətən? Mütləq hansısa ciddi pis vərdişdən sonra təsəlli kimi. Xəyanət edir, amma filan, filan. Bütün günü dostları ilədir, amma arada filan, filan. İçki içəndə məni alçaldır, amma adi halda filan, filan və sairə. Yəni, qadın özünü yemə, içmə və arada gəzmə vasitəsi kimi görürsə, bu artıq o evdə sadəcə canlı olaraq var olduğunu göstərir.
Sevgi ilə ailə qurmayın, heç kimin əli bala batmayıb - "Heç kim" başından böyük iddiadır. Və hər tanışlıq da sevgi demək deyil. İdraksız hər duyğu bədbəxlik gətirir. Dərk edilməyən, içində sədaqət, vicdan, hörmət olmayan hər münasibət bədbəxtliklə nəticələnir.
Evlilikdə anlaşılmalı olan ilk amil öz tayını tapmaqdır. Evlilik məcburiyyət deyil, seçimdir. Yaşı yoxdur, doğru zamanı var. Sırf olsun deyə qurulmaz. Onu gördükdə için titrəmirsə burax getsin o adama ki, onu görəndə içi titrəyəcək. Heç kim heç kimdən "tay" oğurlamasın ki, nikah balansı nəhayət ki, qorunsun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
246 256 246 256 252 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.