reklam
" Heç kim unudulmur, heç nə yaddan çıxmır " " Heç kim unudulmur, heç nə yaddan çıxmır " http://duz.az/uploads/posts/2017-03/1489598764_t3zipupj.jpg
ADMiN

ADMiN Azərbaycan 15-03-2017, 21:24

" Heç kim unudulmur, heç nə yaddan çıxmır "

" Heç kim unudulmur, heç nə yaddan çıxmır "


Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub.

1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib.

1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin

lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin

Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi.

Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz

Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra

Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında

reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan

miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi.

Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında

gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri

və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan

senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından

məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi

muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu.

Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da

tamaşaçılar məhz müharibədn məlumat verən telequrum kimi qəbul edirdilər.

Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinn 1992-ci ilə qədər

olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən

operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla

yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə

pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da,

dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə

Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı.

O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı.

O cəbhədə bir əskər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni

öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə

verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə

Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.

Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı

kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın

Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan

Çingiz sonadək kameranı söndürmədi.

Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.

Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
[/b]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
307 322 312 285 340 255

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.