Aradan uzun zaman keçdi. Aramızdan birşey ola bilmədi çünki aramızda üçüncü şəxslər vardı.
Aradan uzun zaman keçdi. Səndən, məndən tonla adam keçdi. Mən sənin buraxdığın o yerlərdə deyiləm. Məni harada buraxmışdın xatırlayırsan? Məni metro qatarlarının önündə buraxmışdın və “gəlmə sən” deyib getmişdin. O gün bu gündür səni məndən ayıran qatarları, vaqonları söyürəm. Sən gedərkən yerimdə bir neçə dəqiqə donub qalmışdm, gözüm dolmuşdu. Elə bilmə gözüm gedişinçün dolmuşdu, sürətlə gələn qatarın sürətini gözümü doldurmuşdu. O qatar bizim arılıq qatarımız idi. Elə oradaca buraxdın məni. Birinin beynində ayrılıq varsa hər nə söz desən sözlərin dəyərin tək yerə düşəcək.
Həyatıma yeni-yeni sevgililər girdi çıxdı. Hər sevgili anlıq yaşadığım sevgilərdən ibarət oldu. Artıq tərk etmək nədir bilirəm. Dilimin şirin yalanları sevənimi tora saldı. Sonra tərk etdim. Gedərkən o qadınların gözlərində iki cüt göz yaşı buraxdım. Artıq bilirəm tərk etmək nədir. Bilirəm axan göz yaşının qarşında duran qəlbin necə daş bağlamasını. Bilirəm nədir birinin ümidlərini, xəyallarını sənin başıva bağlamasını. Bilirəm sevərkən sevdiyinin səni tərk etməsini. Bilirəm yarıyalamaq ortada qalmaq nədir. İnan çox yaxşı bilirəm birinə dünyaya nifrət etdirməyi, birinin dünyaya nifrət etməsini. Bilirəm artıq qatil olmaq nədir. Ölməyi bilirdim ama öldürmək nədir bilmirdim. Artıq bilirəm, bilirəm artıq bir qadının göz yaşına, bir qadının qadına toxunmaq nədir. Artıq hər şeyi bilirəm. Artıq hardasan bilmirəm ama mən sənin buraxdığın yerdə deyiləm. Mən sənin buraxdığın halda deyiləm. Mən sənin tərk etdiyin o adam deyiləm.