— Külək əsir, saçlarım dağılır!
— Daha təbiisən...

— Makiyajsızam, mənə baxma!
— Daha şirinsən…

— Bu gün geyimim çox adidi!
— Daha sadəsən...

— Üzümdəki bu xaldan zəhləm gedir!
— Gözəllik verir...

— Ehhh… Yenə ağlatdı bu film məni
— Kövrək mələyim...

— Saçlarımı bəyənmədim, uşağa oxşatdı!
— Balaca balamsan...

— Bu rəng mənə düşmür deyəsən!
— Yaraşır...

— Səndə hər şeyimi bəyənirsən! Axı mən heçdə qəşəng deyiləm...
— Sən dünyanın ən gözəlisən !!!

— Belə de… Bəs mən niyə güzgüdə dünyanın ən gözəlin görmürəm?
— Mənim gözlərimlə baxmaq istəyərsən?

— Dəyişən bir şey yox… Yenə özümü görəcəm!
— Özünü deyil, məndəki «Sən»i görəcəksən..