Dinimiz insanın güzəştli olmasını istəyir Dinimiz insanın güzəştli olmasını istəyir https://loading.az/uploads/posts/2021-03/thumbs/1615706230_loading.az_11-14-50-1505065626_45f8c911f5c5373b7e.jpg
İslam Dini 212 338 1561 14 mar 2021
Dinimiz insanın güzəştli olmasını istəyir
Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, çoxlu güzəşt edər, ömrü uzun olar”.

İmam Hüseyn (ə) buyurur: “Ən çox güzəşt edən insan o kəsdir ki, qüdrəti olan zaman güzəşt edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Bir-birinizə güzəşt edin ki, aranızda olan kin aradan getsin”.

İmam Rza (ə) “Güzəşt et, gözəl güzəşt” ayəsi haqqında buyurur: “Məqsəd cəzalandırmadan, kobudluq etmədən güzəşt etməkdir”.

İmam Əli (ə) buyurur: “Ən pis insan o kəsdir ki, başqalarının səhvini bağışlamaz. Eybini gizlətməz”.

İmam Əli (ə) buyurur: “(Yaxşılıq və pisliyə) yaxşılıqla mükafat ver və pislikdən keç. Bir şərtlə ki, dinə zərər dəyməsin və ya İslamın qüdrəti zəifləməsin”.

İmam Sadiq (ə) buyurur: “Üç şey vardır ki, hər kimdə olarsa, sərvərdir: qəzəbi yatızdırmaq, pis rəftara güzəşt etmək, can və malınla sileyi-rəhm etmək”.

İmam Sadiq (ə) buyurur: “Sizə deyim ki, məkarim əxlaq nədir? İnsanlara güzəşt etmək, (din) qardaşına maddi kömək etmək və Allahı çoxlu yada salmaq”.

İmam Əli (ə) buyurur: “Sənə tövsiyə edirəm ki, insanlarla mehriban olasan, alimlərə hörmət edəsən, (din) qardaşlarının günahına güzəşt edəsən. Çünki ilk və son sərvər sənə ədəb öyrətmək üçün deyərlər: “Sənə zülm edənə güzəşt et, səninlə rabitəsini kəsənlə rabitə yarat, səndən malını əsirgəyənə sən əta et”.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizi özümə bənzəyənə xəbərdar edimmi?” Dedilər: “Bəli”. Buyurdu: “O kəs ki, xoş əxlaq, mülayim xasiyyət, qohumlarına yaxşılıq edən, din qardaşlarına qarşı dostcasına, haqqa səbirli, qəzəbini yatızdıran, güzəşt edən, qəzəbi və razılığı insaflı olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah mənə yeddi şeyi tövsiyə etmişdir: aşkar və gizlində ixlaslı olmaq, mənə zülm edənə insaflı olmaq, məni məhrum edənə güzəşt etmək, mənimlə rabitəsini kəsənlə rabitə yaratmaq, təfəkkürlə olan sükut, ibrətlə olan baxış”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim səhvə güzəşt edərsə, Allah da ona güzəşt edər”.
1 nəfər yazıb
Etkadan kənar şərh yazmaq olmaz
Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.
Paylaşın
Məlumat
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.