reklam
Allahın qadağan etdiyi yeyəcəklər və əməllər Allahın qadağan etdiyi yeyəcəklər və əməllər https://duz.az/uploads/posts/2021-03/thumbs/1615566997_loading.az_40327971-the-holy-quran-and-tasbih1816365160.jpg
KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 12-03-2021, 21:30

Allahın qadağan etdiyi yeyəcəklər və əməllər

Allahın qadağan etdiyi yeyəcəklər və əməllər
Allahın Quranda qadağan etdiyi bir sıra haram yeyəcəklər və əməllər vardır ki, bir müsəlman bunlara mütləq şəkildə əməl etməlidir. Verəcəyim ayələrdə biz bu haramların nələrdən ibarət olduğunu görəcəyik. Lakin, Peyğəmbərdən sonra onun adına uydurulan rəvayətlərdə Qurandan kənar, Quranla heç bir sübutu olmayan haramlar əlavə edilmişdir. Məsələn: Kişiyə ipəyin və qızılın haram olması, heyvanın içalatındakı piylərin haram olması, saqqal qırxmağın haram olması, qadının qaş almasının haram olması, it əti, pişik əti, çəyirtkə və.s. Guya haşa Allah bunlara Quranda yer tapmayıb hədislərlə bildirib 200 il sonra da kimlərsə bu hədisləri yığıb “Quranı tamamlayıb”
Əlbəttə bu iddiaların heç bir əsası yoxdur. Allah Kitabda buyurur ki “söz qıtlığı çəkməz”. Yani ki, lazım olan bütün əmrlər Quranda göstərilmişdir. Allahın haram etmədiyi, haqqında susulduğu bütün şeylər halaldır və istifadəsi insanın öz öhdəsinə buraxılmışdır. Məsələn: Bir məzhəbçi deyə bilər ki Allah it ətini haram etməyib əgər səmimisənsə ye o əti. Bu iddia olduqca gülməlidir. Məsələn mərciməyə paxlava atıb yeyərsinizmi? Bu haram deyil amma yemək də mümkün deyil, çünki ağız dadına uyğun deyil. İt əti də elə haram deyil amma yeyilib, yeyilməməsi insana qalıb. 1,5 milyondan çox heyvan növü var onlardan 1000-lərlə növ var ki, zəhərlidir yeməli deyil onların hamısının adı Quranda yazılsaydı zoologiya kitabından fərqi olmazdı ki. Yəni bir şeyin yeməli olmaması onun haramlığına dəlalət eləmir.
Ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, vurulmuş, yıxılaraq ölmüş, vurulub öldürülmüş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş-canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır-dikinə qoyulmuş daşlar üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa, günaha meyil etmək niyyətində olmayaraq zəruri ehtiyacını ödəyəcək qədər bu haramlardan yeyə bilər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
244 246 262 247 253 246

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.