Bəzən etiraf etmək çox çətindir...Hətta özünə etiraf etmək...O qədər çətindirki düşüncələrinin yalan olduğunu qəbul etmək. O qədər çətindir ki dediyin sözlərin yalan olduğunu anlamaq.O qədər çətindir ki, özünə verdiyin sözü tuta bilmədiyini anlamaq...
Bir anlıq zəiflik olur və anlayırsanki aylardı içində saxladığın qəzəbin əslində sadəcə sənin yaratdığın bir obrazdır. Bir bir yadına salmağa başlayırsan səni ağlatdığı günləri, etdiyi səhvləri..
Aylardı sənə nifrət etdiyimi düşünürdüm..Sən həyatımda ən yaxın dostum idin...Qızla oğlanın dostluğu nə ilə bitər?Arada sevgi olduqda...Amma səni məni itirməmək üçün hisslərini gizlətməyinə heyran idim.Bəzən şübhələnməyim deyə “Gəl səni ərə verim” deyə zarafatlarına heyran idim. Sənə heyran idim. Ən gözəl dostluğu sən yaşatdın mənə. Səninlə bağlı o qədər zarafatlarım var idiki.Bir birimizə sataşmaqlar..Hər gün məni sevindirəcək,məni güldürəcək hərəkət edərdin..Amma mənə həyatımda ən böyük zərbəni də sən dostum etdin.O an hər şey alt-üst oldu həyatımda..Səni tanıya bilmədimmi??Görəsən budurmu iç üzün??Budurmu dostluğun ? Bu suallarla hər gün dəli olurdum sanki...Aylardı sənə nifrət etdiyimi düşünürdüm.Nə adını eşitmək nə üzünü görmək istəyirdim.Ölmüşdün mənim üçün. Həqiqətəndə ürəyimdə belə qəddarlığın yaşaması məni qorxutmurdu. Sanki həzz alırdım sənə nifrət etməkdən. Hər səni gördüyümdə yad,soyuq baxışla gözlərinə baxıb səni incitmək mənə zövq verirdi. Sənin gözlərindəki peşmanlıq mənim ürəyimdəki buzları əritmirdi. Bağışla sözlərinin qarşısında ürəyimdəki hisslər daha da qəddarlaşırdı.Məni belə incitməyini sənə heç vaxt bağışlamayacam.Əslində bağışlamayacam demişdim.Amma....Özümə etiraf etmək zamanı gəldi.