reklam
Pensiya yaş həddi 75-ə qaldırılmalıdır Pensiya yaş həddi 75-ə qaldırılmalıdır http://duz.az/uploads/posts/2017-03/1488784065_66466.jpg
ADMiN

ADMiN Azərbaycan 6-03-2017, 11:07

Pensiya yaş həddi 75-ə qaldırılmalıdır

Pensiya yaş həddi 75-ə qaldırılmalıdır

Milli Məclisin yaz sessiyasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirə olunacaq. Dəyişikliyə görə, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

Yeni dəyişikliyə münasibət birmənalı deyil. Fərqli yanaşmalar mövcuddur. Sputnik Azərbaycan-ın əməkdaşı pensiya yaş həddinin artırılması ilə bağlı sosial şəbəkə istifadəçilərinin rəyini öyrənib.

Murad Uğur: "Heç bir narazılığım yoxdur və məsləhət görürəm ki, yaş həddini 75-ə çatdırsınlar".

İstambul İsmayil: "Necə olur, ömür boyu işlə, DSMF pulunu ödə, sonra da ölənə yaxın 1-2 il təqaüd versinlər? Ədalətsiz yanaşmadır". 

Bəxtiyar Hacıyev: "Münasibətim çox mənfidir. Fikrimcə, Milli Məclisin bu addımı Prezident İlham Əliyevin yeritdiyi sosial siyasətə birbaşa ziddir. Azərbaycan əhalisinin təqribən 40 faizi Bakıda yaşayır. Məlum olduğu kimi, meqapolislərdə, iri şəhərlərdə də stress və problemlər səbəbindən insan ömrü bölgə sakinlərinə nisbətən qısa olur. Deməli, parlament bu yolla dövlət büdcəsində nəzərdə tutulan pensiya xərclərini yarıbayarı azaltmaq niyyətindədir. Amma bu, qeyri-məqbul addımdır". İlkin Pirəli: "Münasibətim çox yaxşıdır, mütərəqqi addımdır. Onsuz da pensiyanın miqdarı çox az idi, elə birdəfəlik yaş həddi qaldırılsın ki, onu da heç kim almasın. Məsələn, mən inanmıram ki, o yaşa çatım".

Bəxtiyar Məmmədli: "İndiki məqamda pensiya yaşını fikirləşmək, pensiya almaq niyyəti güdmək sadəlövhlükdür. Çünki Azərbaycanın pensiya sisteminin özü elə qurulub ki, nə olsa belə, qəpik-quruş alırsan. Sadəcə, insanlar çalışıb pensiya yaşına qədər və pensiyaya ümidli olmamaq üçün müəyyən gəlir mənbələrinə sahib olmalıdır. Əks halda, 70 oldu, yoxsa 65, fərq etmir".

İlqar Bacarani: "Amerikada 65 yaşdan yuxarı insanların hamısı pulsuz tibbi yardım alır. Təklif edirəm ki, 65 yaşdan sonra bizim vətəndaşları da məcburi ora göndərsinlər". 

Ruslan Nadir: "Birdəfəlik ləğv etsinlər pensiyaları. Onsuz da heç kim o yaşa kimi yaşamır". 

Rauf Alagözov: "Təklif edirəm ki, pensiyalar ümumiyyətlə ləğv olunsun. Nəyə görə kiməsə havayı pul verilməlidir? Nə olsun ki, yaşlıdır? Gedib işləsin də. İşləməyən dişləməz". 

Əliağa Ramazanov: "Pensiya yaş həddini 75 yaşa qaldırmaq lazımdır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
295 336 373 437 358 301

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.