reklam
"Müharibə davam edir, düşməni daha pis aqibət gözləyir" - Polkovnik "Müharibə davam edir, düşməni daha pis aqibət gözləyir" - Polkovnik http://duz.az/uploads/posts/2017-03/1488470189_xetai_baxishov_polkovnik3.jpg
ADMiN

ADMiN Azərbaycan 2-03-2017, 19:55

"Müharibə davam edir, düşməni daha pis aqibət gözləyir" - Polkovnik

"Müharibə davam edir, düşməni daha pis aqibət gözləyir" - Polkovnik
Fevralın 25-də cəbhənin Füzuli-Xocavənd istiqamətində 5 hərbçimizin şəhid olmasından 3 gün sonra Ermənistan ordusuna məxsus zirehli texnika vurulub, üstündən bir gün sonra isə atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına artilleriya zərbəsi endirilib, bundan əlavə kəşfiyyat-diversiya qrupu məhv edilib. Bütün hallarda düşmən xeyli itki verib.

Hadisələrin bu cür gedişatını təbii adlandıran hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov Milli.Az-a açıqlamasında bildirib ki, işğalçıları daha pis aqibət gözləyir

"Bu müharibədir. Bu göstərir ki, müharibə bitməyib, davam edir. Bu, belə də olmalıdır, özü də daim. Bu, bizim hər əsgərimizə görə qisas alacağımızın, onları torpaqlarımızı işğal altında saxladıqlarına görə hər gün peşman edəcəyimizin göstəricisidir. Yenə deyirəm, bu, müharibədir və belə zərbələr hər gün səhər-axşam olmalıdır. Biz işğalçı Ermənistanın heç bir əsgərini torpaqlarımızda rahat oturmağa qoymalı deyilik. Biz onları dalbadal məhv etməliyik!"

Ekspertin sözlərinə görə, artıq bu cür addımlar öz səmərəsini verib, erməni cəmiyyətinin canına qorxu salıb: "İrəvanda mitinqlər başlayıb. Artıq özləri deyirlər ki, Qarabağı istəmirik. Hökumətə deyirlər ki, bu münaqişəni tezliklə həll edin bitsin. Ermənistanda adi camaat bunu istəyir.

Ona görə də cəbhədə düşməni daim təzyiq altında, gərginlikdə saxlamaq, məhv etmək lazımdır. Ali Baş Komandanımızın dediyi kimi, əgər erməni əsgərləri Qarabağda ölməsini istəmirlərsə, Azərbaycan torpağından rədd olub getsinlər!"

Polkovnik bununla yanaşı hesab edir ki, Azərbaycan ordusu da ehtiyatını əldən verməməlidir: "Biz onlara başlarını qaldırmağa belə imkan verməməliyik. Eyni zamanda, bizim hər bir əsgərimiz, hərbçimiz öz işini, ixtisasını peşəkarcasına bilməli, eyni zamanda maksimum ayıq-sayıq və ehtiyatlı olmalıdır. Çünki ehtiyat igidin yaraşığıdır. Əks halda boş yerə qurban gedə bilərlər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 293 342 292 298 392

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.