23-cü bölüm.
-------
Yanağımda hiss etdiyim istilik dik atılmağıma səbəb oldu. Yuxulu gözlərlə Kənana baxdım. Harada olduğumu indi dərk edirdim.
Kənan: Sabahın xeyir..
Mən: Sabahın xeyir. ( Gülümsədim)
Kənan: Oyatmasam oyanmazdın..
Mən: Çox yorğun olanda... gec oyanıram..
Kənan: Kresloda rahat yatmısan? (göz qırpdı)
Mən: Əlbəttə..
Kənan kinayə ilə dediyim sözə güldü. Kresloda necə rahat yatmaq olardı ki...
Kənan: Yeməyə heç nə yoxdur evdə. Birbaşa getməli olacağıq şəhərə. Yolda yeməyə nəsə alaram.
Mən: Önəmli deyil.
Kənan:Hə, bu arada..Kərim zəng edir bayaqdan.
Mən: Ahh.. Unutmuşam..Bu gün sərgi var..
Kərimə zəng etdim. Kənan başımın üstündə dayanıb nə danışdığımı dinləyirdi. Qarşı tərəfdən Kərimin səsi eşidildi: "Nazlı.. Sabahın xeyir."
Mən: Sabahın xeyir. Bağışla, zəngini eşitməmişəm.
Kərim: Önəmli deyil. Bu gün.. bilirsən də..
Mən: Fotosərgini deyirsən? Bilirəm.
Kərim: Yəqin ki,bu olanlar bizim işimizə təsir etməyib.
Mən: Təbii ki.. Çox əziyyət çəkmisən. Qarşılığını almalısan..
Kərim: Nazlı, çox sağ ol.
Mən: Heç nə etmədim ki,Kərim. Sərgi saat neçədə baş tutacaq?
Kərim: Axşam 9-da...İlk sərgi olduğu üçün evimizdə təşkil etmək istədim...
İstəmədən gözlərim dolmuşdu..Kənana baxdım...Kərimin səsi eşidildi: Nazlı, oradasan?
Mən: Hə..Gələcəm,Kərim..
Kərim: Nazlı, Kənanın da gəlməsini istəyirəm. Yəni o da istəsə gələ bilər...
Mən:Yaxşı. Deyərəm.. Hələlik..
Telefonu masanın üstünə buraxıb Kənana baxdım. Bir söz demək istədimsə də nə deyəcəyimi bilmədim. Hər dəfə eyni sözü təkrarlamaq yormuşdu məni. Evə gedib axşama hazırlaşmalı idim. Vaxt itirmədən evdən çıxdıq. Kənanla yol boyu heç nə danışmadıq. Binanın yanında dayananda Kənana baxdım..
Mən: Kənan, mənlə bölüş düşüncələrini..
Kənan: Bilmirəm, Nazlı.. Hər şey o qədər qarışdı ki.. Ağlıma gəlməyən nə varsa başıma gəldi.
Mən: Mən də sənlə eyni haldayam. Ancaq, birlikdə hər şeyi həll edə bilərik. Axşam mənimlə gəl.
Kənan: O qadın.. Bilmir onun oğluyam..Amma, mən bunu bilə-bilə necə üzləşəcəm onunla? Bəs Kərim? Qardaşımın birini torpağa verib acısıyla yaşayarkən, öz qanımdan olan bir qardaşımın varlığından xəbərim olmadan yaşadım.. Bəs onunla necə üzləşəcəm?
Heç nə deyə bilmədim.. Çıxılmaz vəziyyətdə qalmışdıq.. Bəs Mən atamla necə üzləşəcəkdim? Başqa söz deməyib aşağı endim.. Arxadan Kənanın səsi eşidildi: " Axşam 9-da hazır ol. Səni mən aparacam".
Maşın sürətlə məndən uzaqlaşdı. Kənanın bu sözləri ilə gülümsədim. Məni tək qoymayacaqdı. Vədlərini yerinə yetirməyə başlamışdı...
Rutin işlərimi bitirib hazırlıq etməyə başladım. Uzun müddətdir heç yerə getmədiyim üçün normal geyimim yox idi. Evdən 15 dəqiqəlik məsafədə yerləşən geyim mağazasına getdim. Bəlkə, buradan özümə uyğun geyim tapardım. Nəhayət, dizdən bir az yuxarı qara rəngli don tapdım. Evə qayıdanda Sara zəng elədi. Ahh..Saranı unutmuşdum.. Telefonu açıb salamlaşdım.
Mən: Əziz rəfiqəm..
Sara: Nazlııı... Bilirəm yenə deyəcəyin söz var.. Ancaq, haradan başlayacağını bilmirsən...
Saranın bu sözlərini möhkəm güldüm. Məni necə də yaxşı tanıyırdı.. Saraya hər şeyi danışdım. Anama isə heç bir söz deyə bilməzdim indiki halda.. Sara məni diqqətlə dinlədi. 1 saatdan çox idi ki, danışırdıq.. Yenə bəlkələr, yenə ehtimallar.. Sara deyəcək söz tapmırdı..
Mən: Bax, Sara.. Ürəyimin səsi məni haralara gətirdi.. Hanı yaxşı olan hər şey? Hanı mübarizə?
Sara: Belə danışma. Bu yolun yarısıdır hələ.
Mən: Bilirəm.
Sara: Kənan Və Nazlı.. Ahhaha
Mən: Nəyə gülürsən hə??
Sara: Elə bəlli idi. Universitetdə oxuyan zamanları deyirəm.. baxışları ilə səni izləyirdi..
Mən: Sara... heç 1 il olmadı ki.. çıxıb getdi.. məni buraxdı..
Sara: Buraxıb gedən adam indi sənin yanında nə gəzir? Deməli, Sənə Aşiqdir. Əks halda qayıtmazdı yanına..
Mən: Sara, özümdə deyiləm.. Çox qorxuram.. Daha nələr baş verəcək..
Sara: Məncə,bunları düşünmə.. Həmişə deyirəm ürəyinin səsinə qulaq as. Elə qərarlar ver ki, sonra peşman olma...
.......
Saat 7 idi. Hazırlaşmağa çalışırdım.
Saçlarım dalğalı olduğu üçün xəfif düzləşdirməyə çalışdım. Beynimdə düşüncələr rəqs edirdi, sanki. Ürəyim nə deyirdi? Qorxularımı unutmuşdum. Hisslərimə əmin idim... Əmin olmuşdum Ki, Kənanı sevirəm. Sevgimiz qarşılıqlı idi. Bu xoşbəxtlik üçün bəs edərdi? Sevgimiz çətinliklərlə baş edə biləcəkdimi? Fikirlərimdən qopub Saçlarımı aşağıdan topladım, makiyaj etməyə başladım. Son dəfə Saranın toyunda normal makiyaj etmişdim. Makiyajımı bitirib güzgüyə baxdım.. O qədər də pis deyildi. Kənan kimi göz qırpmağa çalışdım. Bu hərəkətimə güldüm: " Ah, Nazlı.. Sən ki, Ağıllısan. Kənan kimi dəli olma."
Uzaqdan telefonumun səsi eşidildi. Harada unutmuşdum. Nəhayət, telefonu çarpayının altından tapıb açdım.
Kənan: Hazırsan?
Bu adam salamlaşmağı bacarmırdı.
Mən: Nə? Saat 9 olub?
Kənan: Yox. Mən tez gəlmişəm.
Mən: Hazırlaşıram hələ..
Kənan: Gözləyirəm.
Mən: 15 dəqiqəyə enirəm aşağı..
Hazırlığımı bitirib işıqları söndürdüm, pillələri cəld enərək Kənanın yanına qaçdım...
****Kənan'dan****
Bir günlük təklik mənə yaxşı gəlmişdi. Neçə içki şüşəsi bitirmişdim?3-4? Bilmirəm. Nazlını düşünürdüm yenə. Həyatımda baş rolda idi. Hər Kəsdən Öncə Gəlirdi.. Kaş yanımda olardı... Lənət olsun ki hər dəfə onu buraxırdım. İçki şüşəsini divara vurdum.. Eşitdiyim qışqırtı ilə dünyaya qayıtdım. Nazlı burada idi. Yenə onu qorxutmuşdum. Ardınca gedib onu dayandırdım. Qorxanda gülməli görünürdü. Qaşlarına qədər titrəyirdi.. İçkinin qoxusu xoş gəlməmişdi. Üzünü turşudurdu. Köynəyimi çıxarıb yerə atdım. Donub qalmışdı. Hesab edirdi ki, özümdə deyiləm.. Bura qədər gəlmişdi. Keçən gecədən əmin olmuşdum ki, məndən uzaq qalmaq üçün başqasını sevdiyini bəhanə eləmişdi... Sonra susub Nazlını dinləmişdim. Kərimin qardaşım olduğunu biləndə ürəyimin dayanacaqdı sanki.. Azadın acısı ilə yaşayarkən, varlığından xəbərim olmayan qardaşım vardı. Anam.. Gedişi ilə nələri məhv etmişdi... Mən getməkdə ona bənzəmişdim. Yox..yox.. Nazlını buraxmayacaqdım.. Yaşadıqlarımızı bir daha yaşamağa imkan verməyəcəkdim.. Nazlı qarşı tərəfdəki rəfin üstündən gitaranı götürdü. Sual dolu baxışlarla onu seyr edirdim. Bunu anlayıb gülümsədi: " Məktəbi bitirənə qədər gitarada ifa etməyi öyrənmişdim.. Amma sonra.. Atam çox sevirdi gitaranı.. Məktəbi bitirəndən sonra başqasına verdim gitaramı.. Unutdum..İnsan sevdiyi bir şeyi unudarmış"..
Mən də gitaramı unutmuşdum.. Son dəfə Leyla üçün ifa eləmişdim ..O gedəndən sonra gitaramı atmışdım bir kənara. Nazlı qorxduğum nə varsa üzləşdirirdi məni.. Barmaqlarını gitaranın üstündə gəzdirib mahnı zümzümə etməyə başladı. İncə səsi ürəyimə toxundu..Gözlərimə heç baxmadığı halda bu gecə gözlərimdən çəkmədi gözlərini.
N'olursun kaç kurtar kendini bu diyardan, yar
Güneşi ararken peşini bırakmaz ay
Sar bu şehrin başından yak..İyice yak
Kim der ki: Bu rüyadan uyan? Ona uzat.
Bu gecə tək ağlamırdıq.. Birlikdə ağlayırdıq..Əlimdən tutdu.. Əllərini ovuclarım arasına alıb möhkəm sıxdım.
Nazlı: Sanki heç buraxmayacaqsan.
Mən: Heç buraxmayacam.
Nazlı: Həmişə gedişini izləmişəm..
Mən: Daha getməyəcəm.
Nazlı: O qədər çox sevdiyini anladın, deməli.
Mən: Elə-belə deyil.. Mənim kimi buz bir adamı əridib dəli edəcək sevgi ilə sevirəm səni.
Nazlı: Hələ məni demirsən..
Nazlı anidən üzümdən öpüb Ayağa qalxdı. Heyrətdən donmuşdum. An içində nə baş vermişdi? Məni sevirdi. Özümə gəlməyə çalışanda üzümə doğru su atdı. Bu son damla idi. Onu öldürə bilərdim hazırda. Qaçıb ona çatmağa çalışdım. Yenə ilişmişdi. Evdə bəlkə salamat qalan son əşya divan idisə , o da sınmışdı. Dayana bilməyib güldüm. Gecənin sükutunu gülüş səslərimiz pozdu. Məni ürəkdən güldürən tək Nazlı idi. İllərdir unutduğum duyğular onunla canlanırdı..Birlikdə mübarizə aparacağımıza söz verdik bu gecə. Kresloda yerini rahatlayıb yatmağa çalışdı. Yenə onu səhərə qədər izlədim. Telefonuna gələn zəngə baxdım. Kərim zəng edirdi. Telefonu açmaq istəsəm də daşındım fikrimdən. "Biz qardaşıq"demək keçdi könlümdən. Nazlıya yaxınlaşıb yanağına toxundum. Bu halı ilə də məni özünə cəlb edirdi. Yanağından öpüb cəld geri çəkildim. Oyansa da bundan xəbəri olmadı. Kərimin zəng etdiyini deyəndə ona geri zəng edib axşam baş tutacaq fotosərgi haqda danışdı. Kərim Nazlı ilə mənim aramda olan münasibəti az-çox bilirdi. Məni də dəvət eləmişdi. Qərarsız qalmışdım. O qadınla qarşılaşmaq istəmirdim.. Susub düşünməyi üstün tuturdum.. Yol boyu heç nə danışmadım.
Nazlı: Kənan, mənlə bölüş düşüncələrini..
Mən: Bilmirəm, Nazlı.. Hər şey o qədər qarışdı ki.. Ağlıma gəlməyən nə varsa başıma gəldi.
Nazlı: Mən də sənlə eyni haldayam. Ancaq, birlikdə hər şeyi həll edə bilərik. Axşam mənimlə gəl.
Mən: O qadın.. Bilmir onun oğluyam..Amma, mən bunu bilə-bilə necə üzləşəcəm onunla? Bəs Kərim? Qardaşımın birini torpağa verib acısıyla yaşayarkən, öz qanımdan olan bir qardaşımın varlığından xəbərim olmadan yaşadım.. Bəs onunla necə üzləşəcəm?
Nazlı bir söz deməyib aşağı endi.. Onu incitmək istəmirdim. Nazlı ilə birlikdə gedəcəkdim. Pəncərəni aşağı endirib Nazlının arxasınca qışqırdım : " Axşam 9-da hazır ol. Səni mən aparacam".
Sürətlə Nazlıdan uzaqlaşanda onun gülümsədiyinə əmin idim...
Gecə yatmadığım üçün evə gedib özümü çarpayıya atdım. Oyananda günortadan keçmişdi.. Otaqdan çıxıb mətbəxə keçdim. Atamla Anam söhbət edirdilər. Onların bu mehribanlığa heyran qalırdım. O qadını..həyatımıza geri gətirə bilməzdim.. Saat 7 olanda hazırlaşıb evdən çıxdım. Binanın yaxınlığında dayanıb Nazlıya zəng etdim.. Maşına söykənib onu gözlədim..
Yaxınlaşan addım səsləri ilə nəzərimi səs gələn tərəfə yönəltdim.. Nazlı.. Mənə çatana qədər onu ilk gördüyüm gündən bu gecəyə qədər olan hər şey gözlərim önündə canlandı. Mən bu qadına aşiq olmuşdum. Yaşadığım pis nə vardısa Nazlı onları belə gözümdə gözəlləşdirmişdi. Səsini eşidib üzünə baxdım.
- Yaxşısan, Kənan?
Nazlıya sarıldım: " Sən yanımda olduğun hər an Yaxşıyam".
Döyüntüsünü eşitdiyim O ürək təkcə Nazlını deyil, Məni də yaşadırdı...

23-cü bölüm sonu.
Müəllif-ParadiseSark.