reklam
HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 22 HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 22 https://duz.az/uploads/posts/2021-01/thumbs/1611257180_loading.az_20201125222842.jpg
ParadiseSark

ParadiseSark Hekayələr 21-01-2021, 23:30

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 22

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 22
22-ci bölüm.
---
Qapının dəstəyini aşağı endirdim. Bir insan necə bu qədər rahat ola bilərdi. Qapıları açıq saxlamaq nə demək idi? Evin işıqları sönülü olduğundan otağı aydın görə bilmədim. Kənanı çağırdım, Səs gəlmədi.. Yenə nəyəsə ilişib dizlərim üstdə yıxıldım. İlişdiyim xalçaya tərs baxış atdım. Sümüklərimin ağrısından inildədim. Ovuclarım yanırdı. Üzümü turşudub ayağa qalxdım. Bu mənə lazım idi? Yenə özümə hirslənib otağa keçdim. Qorxudan ürəyim tez-tez döyünürdü. Qapını açanda içkinin ağır qoxusu burnuma doldu. Kənan.. Sınan çarpayının yanında-yerdə oturub bir nöqtəyə baxırdı. Gəldiyimi hiss etməmişdi. Əlindəki içki şüşəsini başına qaldırdı. Şüşəni bitirib divara vurdu. Bunu gözləmirdim, qorxudan qışqırıb otaqdan çıxdım.. Həyəcandan əsirdim. Nə edəcəyimi bilmirdim. Bura gəlməklə səhv etmişdim. Qapıdan çıxanda Kənan məni səslədi. Gözlərimi bağlayıb olduğum yerdə dayandım. Dərin nəfəs alıb geri çevrildim.
Kənan: Gəlmisən.
Mən: Telefonun sönülü idi.
Kənan: Burada olduğumu necə bildin?
Mən: Bilmirəm.
Kənan: Ən asan cavabdır "Bilmirəm".. Belə deyib ikinci sualdan qurtulursan.
Mən: İçkilisən.
Kənan: Sadəcə 4 şüşə bitirmişəm.
Kənanın gülüşü otağa yayıldı. Gülsə də üzü ifadəsiz idi. Əynindəki köynəyi çıxarıb yerə atdı.
Mən: Nə.. Nə edirsən?
Kənan: İçki tökülüb köynəyimə. ( göz qırpdı)
Kənan özündə deyildi artıq bunu anlamışdım. Üstümə gəldikcə ondan bir addım geri getdim.
Kənan: Niyə Gəlmisən? Bu vaxt öz sevdiyinin yanında olmalısan axı?
Kinayə ilə dediyi sözləri anlamışdım. Cavabım nə olacaqdı?
Mən: Keçən gecə .. mən.. yəni..
Kənan sözümü yarıda kəsərək: Keçən gecə heç.. Mən sənə hisslərimi dedim.. səninsə mənə deyəcək sözün olmadı.. və artıq heç nə yoxdur..
Mən: Haqlısan. Heç nə yoxdur..
Getmək istəyəndə qolumdan tutdu. Bayaqdan saxladığım göz yaşlarım bu anı gözləyirmiş sanki.. Əli ilə yanağıma toxundu.
Kənan: Ağlayırsan..
Mən: Bura gəlməklə səhv elədim.
Kənan: Səni bura gətirən səbəb var, bəlkə də.
Kənan qollarını belimə dolayıb məni özünə çəkdi: " O gecə yaşanmasa, məni sevərdin?"
Qollarından qurtulmağa çalışdım. Ancaq bacarmadım.
Kənan: Bilirəm, başqası yoxdur. Bunu bilməyəcək qədər uşaq ya da axmaq deyiləm. Mənə qarşı heç nə hiss etmirsənsə,indi niyə yarpaq kimi əsirsən? Sənə məndən başqa heç kəs toxuna bilməz.
Mən: Özündə deyilsən. İkimizə də zərər verirsən. Eyni səhvi təkrarlama, Kənan.
Kənan: Özümdə deyiləm..Səndəyəm...
Kənanı var gücümlə itələyib özümdən ayırdım:"Bəsdir daha.. Uşaq deyilsən! Bu qədər olanlar sənə təsir etmir?"..Hər dəfə, hər dəfə qaçırsan. Qaçmaq çıxış yolu deyil anlamırsan??
Kənan donmuşdu, sanki.
Mən: Lənət olsun.. Təkəm. "Sevirəm" deyirsən ancaq sevginin nə olduğunu bilmirsən!
Kənan: Çox yara aldım inandığım, güvəndiyim "adamlardan". Ancaq sənin yaran sağalmaz qaldı ürəyimdə.. Başıma gələn heç nə Sənə yaşatdığım kabusdan qorxulu deyil..Vicdan əzabı çəkdim.. Səni sevdim. Sevməkdən də qorxdum.. Səninlə qalmaqdan da .. Getməyi seçdim.. İncitmək istəmirəm səni..
Mən: İndi mövzu bu deyil. Önəmli olan başqa məsələ var.. Özünə gəl, xahiş edirəm.
Kənan: Yaxşı. Sən nə desən onu edəcəm...
1 saat idi ki, Kənanı normal halına qaytarmaq üçün çalışırdım.. Çaydan bir qurtum alıb sözə başladım: "Bu gün Kərimlə görüşdüm."
Kənan əsəbi şəkildə üzümə baxdı.
Mən: Məryəm xanım da..
Kənan: Onun adını eşitmək istəmirəm.
Mən: Dinləyəcəksən! Önəmli olmasa danışmaram. O da gəlmişdi Kərimlə. Mənə olanları danışdı.
Kənan: O öz həyatını seçib.. özünə həyat qurub.. məni tanımır.. varlığımdan xəbəri yoxdur..
Mən: Kənan, məni dinlə..Mənim üçün asandır?. Sənə mühüm söz deyəcəm...
Məryəm xanımın danışdığı hər şeyi Kənana danışdım. Kərimin doğma qardaşı olduğunu deyəndən bəri susmuşdu. Gözlərindəki parıltı məni sevindirmişdi. Azadı itirməyinin acısı indi dinmişdi, sanki. Otağa çökən sükut qulaqlarımda küy yaratmışdı... Yenə gecə.. Yenə səssizlik.. Yenə ikimiz..
Haradan başlamışdı yollarımız... Taleyimiz bizi haralara qədər sürükləmişdi.. Həm günahsız idik.. həm günahkar.. Gözlərim köhnə kitab rəfinin üstündəki gitaraya sataşdı.. Kreslonun küncünə çıxıb gitaranı götürdüm. Kənan sual dolu baxışlarla seyr edirdi məni. Gülümsədim: " Məktəbi bitirənə qədər gitarada ifa etməyi öyrənmişdim.. Atam çox sevirdi.. Amma... Məktəbi bitirəndən sonra başqasına verdim gitaramı.. Unutdum..İnsan sevdiyi bir şeyi unudarmış"..
Yanağım boyunca axan göz yaşlarımı sildim. Kənanın yanında oturub gitaranın üstündə gəzdirdim barmaqlarımı.. Uzun zamandır dilimdən düşməyən mahnı sözlərini zümzümə etməyə başladım...
Anlamam nedenini üzmüşler bebeğimi, ah.
Tam yüzüne dalmışken, çizmiş kendi resmini, ah
N'olursun kaç kurtar kendini bu diyardan yar
Güneşi ararken peşini bırakmaz ay
Sar bu şehrin başından yak! İyice yak!
Kim der ki: Bu rüyadan uyan? Ona uzat.
Ne yalnızlık, ne hüzün
Bu gecenin gündüzü var.
Sanma ki ölümsüzüm!
Bu şehrin duvarları dar.
N'olursun kaç kurtar kendini bu diyardan, yar
Güneşi ararken peşini bırakmaz ay
Sar bu şehrin başından yak..İyice yak
Kim der ki: Bu rüyadan uyan? Ona uzat.
... Bu gecə tək ağlamırdıq.. Birlikdə ağlayırdıq..Kənanın gözlərinə bu qədər uzun baxmamışdım.. Əllərindən tutdum.. Əllərimi ovucları arasına alıb möhkəm sıxdı..
Mən: Sanki heç buraxmayacaqsan.
Kənan: Heç buraxmayacam.
Mən: Həmişə gedişini izləmişəm..
Kənan: Daha getməyəcəm.
Mən: O qədər çox sevdiyini anladın, deməli.
Kənan: Elə-belə deyil.. Mənim kimi buz bir adamı əridib dəli edəcək sevgi ilə sevirəm səni.
Mən: Hələ məni demirsən..
Kənanın üzündən öpüb tez çəkildim. Ayağa qalxıb heyrətdən donmuş simasına baxdım. Masanın üstündəki suyu üzünə doğru atdım. Kənan "Öldürəcəm səni" deyib mənə tərəf qaçdı.. Divanın üstündən keçmək istəsəm də cəhdim uğursuz oldu. Kənan qolumdan tutub məni divana atdı.. İllərdir evdə salamat qalan son əşya artıq sınmışdı. Kənanın gülüş səsləri otağa yayıldı. Çarəsiz vəziyyətdə sınmış divanın ortasında uzanıb Kənanın sakitləşməsini gözlədim. Kənan divanın yanında əyləşib "sevirsən" dedi... Susub gözlərinə baxdım, dolayı yolla da olsa demişdim onu sevdiyimi.. necə də çətin idi bu sözləri söyləmək.. Mövzunu dəyişmək üçün yenə axmaq cümlə qurdum:" Kömək elə çıxım buradan."
Kənan: Cəzalısan..Bu evdə sındırmadığın bir şey qaldı?
Mən: Özün necə olduğunu gördün.
Kənan: Məni güldürməyi bacarırsan...
Gecənin sükutunu gülüş səslərimiz pozdu. O Gecə hər şeyin yaxşı olacağına inanaraq birlikdə mübarizə aparacağımıza söz verdik...

22-ci bölüm sonu.

Müəllif-ParadiseSark.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
317 312 291 296 350 302

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.