reklam
"EVLİLİYİ SEVGİ ZƏNN EDİB, BÖYÜKLƏRİN GÖSTƏRİŞİ İLƏ EVLƏNƏNLƏRİN SONU AYRILIQDIR” "EVLİLİYİ SEVGİ ZƏNN EDİB, BÖYÜKLƏRİN GÖSTƏRİŞİ İLƏ EVLƏNƏNLƏRİN SONU AYRILIQDIR” https://duz.az/uploads/posts/2021-01/thumbs/1610712202_loading.az_aile-640x400.jpg
Bumerang

Bumerang Evlilik 15-01-2021, 23:00

"EVLİLİYİ SEVGİ ZƏNN EDİB, BÖYÜKLƏRİN GÖSTƏRİŞİ İLƏ EVLƏNƏNLƏRİN SONU AYRILIQDIR”

"EVLİLİYİ SEVGİ ZƏNN EDİB, BÖYÜKLƏRİN GÖSTƏRİŞİ İLƏ EVLƏNƏNLƏRİN SONU AYRILIQDIR”
Ekspertlər yeni ailə qurmağa hazırlaşan cütlüklər haqqında müxtəlif fikirlər irəli sürürlər.

Onların fikirlərinə görə ailə quracaq şəxslər kursa getməli və ya buna hazır olmaq üçün psixoloji hazırlıq keçməlidirlər.

Psixoloq Vəfa Əkbər bildirdi ki, həyatda niyə evləndiyini və qarşı tərəflə olan münasibətini sağlam analiz edən bilən insanlar sağlam ailə qururlar:



“İşlədiyim cütlüklərin problemlərini nəzərə alaraq onu deyə bilərəm ki, gənclər ilk öncə öz üzərlərində işləməlidirlər. Sağlam təfəkkürlü, öz sərhədlərini, həyatda nə istədiyini, niyə evləndiyini bilən insan, qarşı tərəflə münasibətini sağlam şəkildə analiz edə bilirsə, doğru insan seçib sağlam ailə quracaq. Məntiqlə evliliyi sevgi zənn edib, ehtirasla və böyüklərin göstərişi ilə evlənənlərin sonu ayrılıqdır.



Əgər münasibətlərdə problem varsa, bunu məsələdən anlayışı olmayan dostlarına və tanışlarına danışaraq daha da bərbadlaşdırmaqdansa, psixoloqa müraciət edərək, bu problemi çözməyi öyrənsələr daha yaxşı olar. Bundan başa belə bir problemin həqiqətən də gələcəkdə ailəni dağıdacaq bir məsələ olmasını aydınlaşdırmaq üçün psixoloqa müraciət etmək vacibdir və bunun faydasını da görərlər. Düzdü, evlənmədən öncə cütlüklər psixoloji konsultasiyadan keçməlidirlər. Psixoloq boşanarkən dağılmış və tükənmiş bir münasibəti bərpa etməkdənsə, yaxşı olardı ki, evlənmədən öncə cütlüyün bir-birinə uyğunluğunu onların nəzərinə çatdırıb seçim şansı versin”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
246 219 266 253 209 206

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.