Əhli-Beytdən (ə) gələn hədislərə əsasən, bərzəx aləmində ölülər maddi olmayan bədənə malikdirlər ki, onunla yaşayırlar. Bərzəx aləmində hər bir insanın öz yeri vardır ki, gecələri orada olur. Ancaq gündüzləri onların çox hissəsi Vadius-səlama göndərilir ki, bərzəx aləminin behişti orada yerləşir.

Biz dəstə isə Bərəhut vadisinə göndərilir ki, bərzəx aləminin cəhənnəmi oradadır.

Eyni zamanda, həm möminlər və həm də mömin olmayanlar Allahın izni ilə bəzi vaxtlar öz yaxınlarını görmək üçün dünyaya gələrlər.

İmam Sadiq (ə) buyurur: “Möminin ruhu öz ailəsini görər və o şey ki, onun xoşuna gələndir – onları görər. O şeyi ki, xoşuna gələn deyildir – ondan gizlədilər.

Kafir öz ailəsini görər və o şey ki, onun xoşuna gələn deyildir – onları görər. O şey ki, onun xoşuna gələndir – onlar gizlədilər.

Onların bəzisi öz ailəsini cümə günü ziyarət edər. Bəzisi isə əməlinin ölçüsünə görə ziyarət edər”.
(Hədənə)