reklam
Bütün düşünülənlərin əksini göstərən eksperiment Bütün düşünülənlərin əksini göstərən eksperiment https://duz.az/uploads/posts/2020-08/thumbs/1598443494_loading.az_image.jpeg
ÊLfidÂ

ÊLfid Maraqlı 26-08-2020, 16:11

Bütün düşünülənlərin əksini göstərən eksperiment

Bütün düşünülənlərin əksini göstərən eksperiment
Yale Universitetinin psixoloqu Stanley Milgram 1961-ci ildə çox maraqlı bir təcrübə həyata keçirir. O, elan vasitəsiylə 4,5 $ qarşılığında insanların bir eksperimentdə iştirak etməsini təklif edir.

Milgramın hər təcrübəsində 3 nəfər iştirak etməli idi:

1. Müəllim
2. Tələbə
3. Araşdırmaçı

Bunlardan “araşdırmaçı” və “tələbə” rolunda iştirak edən şəxslər əslində Milgramın öz adamları olurlar. Lakin təcrübəyə qoşulan könüllü şəxslər bunu bilmirlər. Hər şey təbii olsun deyə, təcrübədən əvvəl “Müəllim” və “tələbə” olacaq şəxsləri müəyyən etmək üçün püşk atılır. Könüllü olaraq müraciət edən şəxs püşkün nəticəsində “müəllim” olur. Əslində püşk atılarkən hər iki kağız parçasında "müəllim" yazılır. Buna görə də könüllü şəxs “müəllim” rolunu oynayacaq, Milgramın öz adamı isə “tələbə” rolunu oynayacaq.

Püşkdən sonra müəllim və tələbə ayrı-ayrı otaqlara yerləşdirilir. Təcrübəyə görə, müəllim tələbəyə suallar verir və düzgün cavab almadıqda ona cəza olaraq 15 volt elektrik şoku verir. Hər səhv cavabdan sonra elektrik cərəyanının gərginliyi 15 volt artırılmalıdır. Bu qayda ilə gərginlik 450 volt-a çatdırıla bilər.

Müəllim rolundakı könüllü vətəndaşın olduğu otaqda masada bir cihaz var və bu cihazın 15 volt-dan 450 volt-a qədər gərginlik buraxan 30 düyməsi var. Hər düymənin üzərində uyğun gərginlik dərəcəsi qeyd edilib. Tələbə səhv cavab verdikdə müəllim bu düymələr vasitəsilə digər otaqda oturan tələbəyə elektrik cərəyanı göndərməlidir. Əslində bu cihaz tamamilə saxtadır və heç kimə elektrik verilmir. Təbii ki, “müəllim” rolundakı könüllünün bundan xəbəri yoxdur və digər otaqdakı “tələbə” yalandan qışqırır və yalvarır.

Beləliklə, təcrübə başlayır və səhv cavablar verildikcə tələbəyə elektrik şoku verilir. Müəllim tələbəyə 150 volt gərginlik göndərəndə tələbə yalandan qışqırır və yardım istəyir. Bu zaman müəllim, yanındakı "araşdırmaçı"dan məsləhət istəyir. O, isə yalnız bu 4 cümlədən istifadə edir.

1. Zəhmət olmasa, davam edin!
2. Sizin davam etməyiniz eksperiment üçün vacibdir!
3. Siz davam etməlisiniz!
4. Sizin başqa seçiminiz yoxdur, davam etməlisiniz!


Əgər müəllim rolundakı könüllü bu 4 cümlədən sonra davam etmək istəməsə, təcrübə dayandırılır. Bundan əlavə, könüllünün tələbənin vəziyyəti ilə bağlı verdiyi suallara da hazır cavablar verilir:

Məsələn, “Elektrik şoku nə qədər ağrılı olsa da, ciddi bir ziyan görmür, narahat olmayın”, “Bu tələbənin xoşuna gəlsə də, gəlməsə də, o cavabları öyrənənə qədər davam etməlisən, xahiş edirəm davam edin”.

Əgər bütün bu olanlardan sonra “müəllim” rolundakı könüllü 3 dəfə ard-arda 450 volt–luq elektrik şoku verərsə (təbii ki, bu real baş versəydi, insan ölərdi) təcrübə dayandırılır.

Təcrübədən öncə Milgram universitet tələbələrinə və 40 psixoloqa anket doldurtdurur. Anketi dolduran 100 tələbədən demək olar ki, hamısı bir insanın kimsə əmr verir deyə başqasına bu dərəcədə yüksək elektrik şoku verəcəyinə inanmır. 40 psixoloq isə “müəllim” rolundakı könüllülərin 10-cu elektrik şokundan sonra əmrlərə tabe olmayaraq təcrübəni yarımçıq dayandıracaqlarını düşünürlər.

Lakin Milgramın təcrübəsi bütün düşünülənlərin əksini göstərdi. Belə ki, iştirakçıların 65%-i yəni 40 nəfərdən 26-sı əmrlərə itaət edərək 450 voltluq yüksək gərginlikdə elektrik şokunu tələbəyə veriblər. Təcrübə boyunca elektrik şokunu verən “müəllim” rolundakı könüllülər stress keçiriblər, tərləyiblər, dodaqlarını dişləyiblər və dırnaqlarını yeyiblər. Amma yenə də davam ediblər. Milgram eksperimenti müxtəlif vaxtlarda, başqa ölkələrdə də təkrarlanmışdı və çox oxşar nəticələr əldə edilmişdi - 65%.

Milgram təcrübədən 2 nəticə əldə edib:

1. Əgər fərd qərarvermə məsələsində bacarıqlı deyilsə, qərarı verməyi qrupa və ya iyerarxik qaydalara buraxacaq;

2. Əgər fərd başqasının əmrlərini yerinə yetirirsə, öz davranışlarına görə özünü günahkar hesab etmir.

Ümid edirik ki, bu yazını oxuduqdan sonra başqasının əmrlərinə tabe olarkən etdiyiniz hərəkətlərin nəticələrinin necə olacağı barədə bir daha düşünəcəksiniz.

Mənbə: Sage Journals, Harvard department of psychology

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
260 237 242 238 225 243

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.