
Mənə bu nağılın sonunu söylə...
-Sən nağıllara inanırsan?
-Mənim tək nağılım sənsən...
- Elə isə.... Mənə bu nağılın sonunu söylə...
Sevgi nağılımızın kitabı, eşqlə dolmalıdır bütün səhifələri... Bizim kimi...
Kitabın ilk səhifəsində mənim və sənin şəkilimiz olsun bir-birimizə baxan yerdə. Hər kəs görsün baxışlardakı sevginin nə demək olduğunu... Bir-birimiz sevgi ilə baxaq ömür boyu heç əskilməsin gözlərimizdəki eşq bağı...
Kitabın ikinci səhifəsində mənim səni nə qədər çox sevdiyim haqqında yazılsın... Bilirəm,bunu izah etməyə nə lekshikondakı sözlər yetəcək, nə də ki kitabın səhifələri... Amma qısaca yazılsın ONLAR BİR-BİRLƏRİNİ dəli kimi sevirlər deyə...
Kitabın üçüncü səhifəsində bizim xoş günlərimizin tarixi olsun...17,18,19,20,23,25,27........vəs. Bilirəm,bu səhifənin ucu-bucağı olmayacaq... Sənin yanında keçirdiyim hər saniyə mənə xoşdur... Bəlkə,bunun adı xoşbəxtlik deyil artıq bütün hisslərin zirvəsində olan bir duyğudur... Sevgi kimi...
Kitabın dördüncü səhifəsində artıq, sevgimiz uğrunda dözdüyümüz çətinliklərdən yazılsın...
Nə qədər qırmışıq bir-birimizi,nə qədər incitmişik amma nəticə eyni nə olur olsun biz həmişə birlikdəyik....
Kitabın beşinci səhifəsində yazdığımız smslər...
Kitabın altıncı səhifəsində danışdığımız dəqiqələr
Kitabın yeddinci səhifəsində tökdüyümüz yaşlar
Kitabın səkkizinci səhifəsində aldığımız hədiyyələr
Kitabın doqquzuncu səhifəsində qurudulmuş güllər
Kitabın onuncu səhifəsində gəzdiyimiz yerlər
Kitabın on birinci səhifəsində düşündüyümüz saniyələr
Kitabın on ikinci səhifəsində verdiyimiz sözlər.... və s...
Sonra bütün şəkillərimiz çap olunsun... Dəlilik edib çəkdirdiyimiz,artistlik edib pozlar verdiyimiz...
Oki qaldı kitabın son səhifəsinə... Bax onu verirəm sənə... Sonu xoşbəxtliklə bitsin nə olar... İndi olduğu kimi nağılın sonunda da sənin olum...
Xoşbəxt olaq,hamının yaşamaq istədiyi sevgini yaşayaq... Gücümüz heç tükənməsin, biz qalib olaq... Nağıllardakı kimi sonu ədalətlə bitsin...
Göydən üç alma düşərək bitir bütün nağılların sonu... Bəs bizim sevgi nağılımız necə bitəcək?
Mənə bu nağılın sonunu söylə...