reklam
Bacarıqsız şagird, yoxsa "damar tuta bilməyən" müəllim? Bacarıqsız şagird, yoxsa "damar tuta bilməyən" müəllim? https://duz.az/uploads/posts/2020-02/thumbs/1580536936loading.az_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Maraqlı 1-02-2020, 10:19

Bacarıqsız şagird, yoxsa "damar tuta bilməyən" müəllim?

Bacarıqsız şagird, yoxsa "damar tuta bilməyən" müəllim?
Hər bir insan – əqli və ruhi sıxıntıları yoxdursa – anadangəlmə bacarıqlı və yaradıcıdır. İnsanın bacarıqları əhatə olunduğu insanlara, ona verilən fürsətlərə və sahib olduğu imkanlara görə önə çıxa və ya gizlənə bilər. 

Tarix bunun nümunələri ilə doludur. Dahi fizik Tomas Edison 7 yaşında daxil olduğu məktəbdə 11 yaşında olan 38 şagirdlə eyni sinifdə oxumuş və səbirsiz müəllimi tərəfindən “küt” və “qabiliyyətsiz” uşaq damğası yeyərək, 3 ay sonra məktəbdən uzaqlaşdırılmışdı. Ancaq, anası ona sahib çıxmış və dərsləri ilə özü məşğul olmuşdu. Edison oxumağı, yazmağı və riyaziyyatı anasından öyrənmişdi. Atası da onu oxumağa təşviq edir və oxuduğu hər klassik əsər üçün oğluna 10 sent pul bağışlayırdı. Edison yazırdı:

“Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım”.

Edison valideynləri kimi ona inanan və oxumağı sevdirən insanların dəstəyi ilə sonradan elm dünyasının parlaq zəkalarından birinə çevrilir.

Bacarıqsız şagird, yoxsa "damar tuta bilməyən" müəllim?

Bənzər taleyi məşhur yazıçı Aqata Kristi də yaşamışdı. O, disqrafiya (yazı qabiliyyətinin zəif olması) və disleksiya (oxumaq qabiliyyətinin itməsi) xəstəliyindən əziyyət çəkirdi. Aqata uşaqlığında ailəsinin “ən ətalətli” üzvü sayılırdı. O, öz keçmişini belə xatırlayır:

“Bu, həqiqət idi və mən bunu bilir və qəbul edirdim. Yazı yazmaq və orfoqrafiya qaydalarına riayyət etmək mənim üçün dəhşətli şəkildə çətin gəlirdi. Yazılarımda orijinallıq görmürdüm. Mən hər zaman hecalamada çətinlik çəkmişəm və bu çətinlik indiyə kimi də qalır”.

İllər keçir, Aqata yazıçı olma xəyalına qovuşmaq üçün bu probelmlərinə meydan oxuyur, onların üstünə gedir və nəhayət, əsərləri Şekspirdən sonra ən çox dünya dillərinə çevrilən yazıçı kimi məşhurlaşır. Aqata Kristi özündən sonra 60 detektiv roman və 19 hekayə məcmuəsini miras qoymuşdur və onun əsərlərinin ümumi tirajının 2 milyard nüsxə olduğu bildirilir.

Bacarıqsız şagird, yoxsa "damar tuta bilməyən" müəllim?

Əziz müəllim, hər hansı bir şagirdi kütbeyinlikdə və bacarıqsızlıqda ittiham edərkən, lütfən iki dəfə düşün: sən onu qazanmaq üçün əlindən gələn hər şeyi etdinmi?


Öyrətməyin yolu sevməkdən keçir.


Qayğı göstərmədən və özünüzü sevdirmədən uşaqlara nəyisə öyrədə bilməzsiniz. Sevgi şərt və qərəz tanımır; “qavrama” qabiliyyətinə, xarici görünüşünə, ailəsinin zənginlik səviyyəsinə və s. fərq qoymadan sevəcəksiniz şagirdlərinizi. Qərəz, müqəddəs müəllimlik sənətinin önündəki ən qorxunc maneələrdən biridir.

İnsanları sevməyin ən təsirli yolu isə özünü – içindəki insanı sevməkdən keçir. İçindəki insanı anlamayan, tanımayan, inkişafına çalışmayan, ona şans verməyən, yeri gəldiyində bağışlamayan özünü sevə bilməz. Özü ilə sülh içərisində yaşamayanlar isə daim digələri ilə münaqişə içərisində olurlar. Əvvəlcə özünüzlə barışın, içinizdəki ÖZünüzü sevgi ilə qucaqlayın. Sonra isə sevgi qucağınızı kimliyindən asılı olmayaraq bütün şagirlərinizə açın. Buna nail olduğunuz zaman sevginin hansı möcüzələr yaradacağını özünüz görəcəksiniz!..

Uşaqlar nə üçün oxumaq istəmirlər?


Siz öyrətməyin, qoyun özləri öyrənsinlər. Düşünərək öyrənsinlər. Ancaq düşünən, sorğulayan, müqayisə edən, mühakimə edən beyinlər inkişafa çata bilərlər. Uğurlu müəllim olmaq istəyiriksə, düşüncəni deyil, düşünməyin yollarını öyrətməliyik şagirdlərimizə.

Ən faydalı və uzunömürlü biliklər istəyərək, əylənərək və sevərək əldə olunanlardır. Məcburiyyətlə ancaq əzbərləmək olar, öyrənmək isə mümkün deyil. Əzbərçiliklə əldə olunan biliklər də bir müddət sonra unudulmağa məhkumdur. Dərsinizin təsirli və yaddaqalan olmasını istəyirsinizsə, standartları və şablonları aşın, tədris metodunuzu yeniləyin, ona orijinallıq və yaradıcılıq qatın. Şagirdlərinizdə elə maraq oyadın ki, onların öyrəndikləri sizin dərsinizlə məhdud qalmasın və əlavə mənbələrə müraciət etmə ehtiyacı hiss etsinlər. Belə olduqda, onlar öyrəndiklərini illər sonra təbəssümlə xatırlayıb, sizi – dəyərli müəllimlərini minnətdarlıq hissi ilə yad edərlər. Dünyanın Fin təhsil sisteminə marağının kökündə məhz bu dediklərimiz yatmırmı?

Təhsildə uğur qazanmaq istəyiriksə, əvvəlcə beynimizdə yaranan şablonları və inancları yıxmalıyıq. Öyrətmək üçün insanı – arzularını, xəyallarını, bacarıqlarını düzgün anlamaq lazımdır. Ədəbiyyata marağı olan şəxsə riyaziyyatı sevdirə bilməzsiniz. Hər kəs öz sevdiyi sahədə uğurlu ola bilər.

Bacarıqsız şagird, yoxsa "damar tuta bilməyən" müəllim?

İnsanlar fərqlidir və fərqli yanaşmalar tələb edirlər.

İnsana münasibət fərdi yanaşma əsasında olmalıdır. Bir insan digərinə bənzəmədiyinə görə, biri üçün ortaya qoyulan həll digəri üçün aktual olmaya bilər. İnsanların hər şeyi – barmaq izləri, üz quruluşları, həyata baxışları, daxili dünyaları, arzuları, xəyalları, günahları, savabları – bir-birindən fərqlənir. Bu fərqləri düzgün tanımadan, anlamadan, kəşf etmədən, insana doğru yanaşma mümkün olmaz.

Bacarıqlı və ya bacarıqsız olma nisbi məhfumlardır. Bu məhfumlar bizim şəxsi baxış bucağımıza və dəyərləndirmə kriteriyalarımıza görə dəyişə bilər. Mənim iki övladım var. Hər ikisinin fərqli istiqamətlərdə bacarıqları var. Birinin bacardığını digəri bacarmır. Biri riyaziyyatda bacarıqlıdır, digəri isə yaradıcılıq işlərində. Mənə görə onların hər ikisi qabiliyyətlidir və onları heç vaxt bir-birləri ilə müqayisə etmirəm.

Eynşteyn demişkən, hər bir şəxs dahidir. Ancaq, balığı ağaca çıxabilmə bacarığına görə mühakimə etsəniz, o bütün ömrünü özünü axmaq zənn edərək yaşayar.

Bacarıqsız şagird, yoxsa "damar tuta bilməyən" müəllim?

Sonuncu mesaj

Adi müəllim – tərif edir,
Yaxşı müəllim – izah edir,
Əla müəllim – göstərir,
Dahi müəllim – ilham verir.

Bu mesajın şərhini dəyərli müəllimlərimizin özünə buraxıram. Yatmadan əvvəl bu sualı özümüzə versək, faydalı olar: Mən necə müəlliməm?

P.S. Mən də bir müəlliməm. İllərdir iş adamlarına və universitet tələbələrinə şəxsi inkişaf mövzularında müxtəlif təlimlər və dərslər verirəm. Yuxarıdakı mesajlarım şəxsi təcrübələrimin məhsuludur və təlimçilik fəaliyyətimdə həssaslıq göstərdiyim mövzulardır. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
219 271 225 233 253 234

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.