Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə milli nağıllar qəhrəmanı Cırtdan Bakı Konqres Mərkəzində yeni ailəvi şou ilə uşaqların Yeni ilini təbrik etməyə gəlib.

Bu dəfə uşaqların sevimlisi "Cırtdan və Sehrli xalat" adlı meqa-şousunun daha da maraqlı və əlvan olacağını, interaktiv quruluşu, gözəl kostyumları və maraqlı süjeti ilə tamaşaçıların ürəklərini yenidən fəth edəcəyini vəd edir.

Budəfəki şouda 210 nəfər əməkdaş çalışır - kostyumları yaradan Moskva və yerli mütəxəssislər, yaradıcı qrup, təşkilati qrup, inzibati işçilər və Bakı Konqres Mərkəzinin əməkdaşları. Meqa-şounun ssenari müəllifləri həmişə olduğu kimi İlham Qasımov və Tural Sevdimalıdır, şounun bəstəkarları və aranjımançıları Ülviyyə və Bəbir Bəbirlilər ailəsidir. Şouda iştirak edən aktyorlar Azərbaycan teatrından yığma truppadır, uşaq kollektivi isə əsasən "Oyuq" teatrın aktyorlarından ibarətdir.

Meqa-şouda "Mirvari" rəqs qrupu da iştirak edir.

Quruluşçu rejissorlar, dekoratorlar , kostyum üzrə rəssamlar da Azərbaycanın yığma kollektivindən ibarətdir.

Xatırladaq ki, Azərbaycanda ilk ailəvi meqa-şou Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ötən ilin sonunda və 2019-cu ilin əvvəlində baş tutdu. "Cırtdan nağıllar aləmində" adlı ən birinci ailəvi meqa-şouya 43 min tamaşaçı baxdı. Bu misli görünməyən şouda uşaqlarla yanaşı valideynlər də özlərini çox xoşbəxt hiss etdi.

Üstəlik, bu şou xeyriyyə xarakteri də daşıyır. "Cırtdan nağıllar aləmində" xeyriyyə şousunun rekord 22 sayından əldə olunan bütün gəlir - 397.000 AZN - Respublika Talassemiya mərkəzinə köçürüldü.

Novruz bayramı günlərində keçirilən "Cırtdan Novruz macərası" meqa-şousundan əldə olunan vəsaitə isə Milli Onkologiya Mərkəzinin uşaq şöbəsinə uşaqların müalicəsi üçün dərman preparatları alındı, müalicə alan uşaqların əylənməsi üçün kompüter oyunları, oyuncaqlar, yataqda olan uşaqlar üçün xüsusi oyun konsolları əldə olundu.

Bu hədiyyələri Leyla xanım Əliyeva xalq nağılının qəhrəmanı, öz dostları ilə hamıya əl uzadan , kömək edən, öz xoş əməlləri ilə dara düşənlərin harayına çatan milli nağıl qəhrəmanı Cırtdanla birgə şəxsən özü müalicə alan uşaqlara baş çəkib təqdim etdi.

Biz çox şadıq ki, artıq ənənəvi olan ailəvi meqa-şou həm uşaqlar, həm valideynlər tərəfindən sevilməklə yanaşı, öz xeyirxahlığı ilə sağlamlığa ehtiyacı olanlara əl uzadır.

Qeyd etmək lazımdır ki, "Cırtdan və Sehrli xalat" şousundan əldə olunan gəlirin bir hissəsi Respublika Talassemiya mərkəzinə köçürüləcək.

Leyla Əliyevanın təşəbbüsü ilə "Cırtdan və Sehirli xalat" meqa-şousu təqdim edildi - FOTOLAR

Leyla Əliyevanın təşəbbüsü ilə "Cırtdan və Sehirli xalat" meqa-şousu təqdim edildi - FOTOLAR

Leyla Əliyevanın təşəbbüsü ilə "Cırtdan və Sehirli xalat" meqa-şousu təqdim edildi - FOTOLAR

Leyla Əliyevanın təşəbbüsü ilə "Cırtdan və Sehirli xalat" meqa-şousu təqdim edildi - FOTOLAR

Leyla Əliyevanın təşəbbüsü ilə "Cırtdan və Sehirli xalat" meqa-şousu təqdim edildi - FOTOLAR

Leyla Əliyevanın təşəbbüsü ilə "Cırtdan və Sehirli xalat" meqa-şousu təqdim edildi - FOTOLAR