
Gecədir. Balaca Çiçəyi bayaqdan yatırtmış ana özü də yatmağa hazırlaşır. Bu vaxt Çiçək ağlaya-ağlaya otağa girir:
- Bayaqdan qorxulu yuxu görürəm. Gəlib məni yuxudan oyatmırsan. Özü də deyirsən, məni çox istəyirsən.
***
Qonşu xala Şahinə konfet verir.
Uşağına yaxşı bələd olan ana deyir:
-Rəşad, nə deyərlər?
-Salam, konfet!
***
Qapıçı qadın məktəbə hər gün hamıdan əvvəl gələn oğlanın adını öyrənmək istəyir. Oğlan fəxrlə:
-Adım babamın adı kimidir.
- Babanın adı nədir?
-O da mənim kimi. Hər ikimizin adımız eynidir.
-Bəs səni nejə çağırırlar?
-Məni heç vaxt çağırmırlar. Özüm hamıdan əvvəl gəlirəm!».
Balaca Azər kənddən atasına məktub yazır: «Ata, kəndə çıxanda hamı ilə salamlaşıram. Sən tapşırdığın kimi. Birjə maşınla keçənlərə çata bilmirəm ki, onlara da salam verim.
***
Blokun işığı yanmır. 4 yaşlı Çiçək nənəsinin əlindən bərkdən tutub pilləkənlərdən düşür. Bu vaxt pilləkənlə qalxan bir xala Çiçəyi danışdırmaq istəyir:
- Mən burda yaşayıram. Sən də burda yaşayırsan?
Çiçək qorxa-qorxa qadına baxıb deyir:
- Yox mən evdə yaşayıram.
***
4 yaşlı Seymur pul ilə oynayır.
Babası Seymura baxıb deyir:
-Belə getsə sən bankda işləyəjəksən, pulla oynamağı xoşlayırsan!
-Yox baba! Axı bankaya yerləşmərəm!
***
Bağçaya getmək üstündə Səbinəgilin evində həmişə mübahisə gedir. Anası qızını başa salmaq istəyir ki, bağçaya getmək vajibdir. Səbinə gözləri dolu ayaqqabılarını geyinərək deynir: «Səhər bağçaya get, axşam qayıt, səhər get, axşam qayıt, bəs mən nə vaxt yaşayacağam...
***
-Baba, gəl iks-sıfır oyunu oynayaq.
-Axı mən oynaya bilmirəm!
-Mən öyrədərəm!
-Onda uduzmağa hazır ol!
-Mən səni elə öyrədəcəyəm ki, sən uduzacaqsan!
*****
Çoxlu konfet yeyən Əli yenə konfet götürmək üçün əlini konfet qabına uzadır. Nənə bunu görür:
- Bəsdi, dişlərin xarab olar!
- Yemək istəmirəm, amma görürsən üstündə yazılıb «Ye məni».
***
Evə bikef qayıdan uşaq atasından soruşur:
-Ata bir adamı eləmədiyi bir şey üstündə cəzalandırarlar?
-Əlbəttə, yox!
-Bəs onda niyə qol vura bilmədiyimə görə mənə cəzalandırmaq istəyirlər?
***
Evə qonaqlar gəlir. 3 yaşlı Nadiri danışdırırlar. Şrek multfilminə çoxlu baxmış Seymur ağzına gələni danışır:
-Atam Şrekdir. Anam Fiona, mən isə onların dostu balaca eşşək.
***
Dondurmanı yeyib qurtarandan sonra anası balaca Rəşada acıqanır:
-Əllərini yalama! Get yu!
-Axı onlar çox dadlıdır... !
***
-Əliş, get yat!
-Yuxum gəlmir…
-Yaxşı, uzan, gözlərini yum!
-Axı onda yatıram…
***
-Sən əlifbanı yaxşı bilirsən?
-Əlbəttə!
-Deyə bilərsən, A hərfindən sonra nə gəlir?
-O biri hərflər.
***
Nəvəsini yatırtmaq üçün nənə mahnı oxuyur. Bir saat, iki saat… Uşaq əsnəyərək soruşur:
-Nənə, olar mən yatım,yoxsa sən hələ oxumaq istəyirsən?
***
Dovşan Canavara zəng edir:
-Alo Canavar, tez yanıma qaç, bizə on mandarin veriblər, hərəmizə səkkiz mandarin düşür. Gəl payıvı apar!
- O necə olur ki, on mandarindən hərəyə səkkizi düşür. Belə hesab olar?
- Bilmirəm, mən səkkizini yemişəm, özün gəl təzədən say!
Dovşan telefon dəstəyini asan kimi aradan çıxır.