Sənsizlik hokm edir qelbime menim,
Sən mənim sehirli,sirli aləmim.
Ayrılıq vaxtını unutmadim heç
Gözyaşı gecələr mənim həmdəmim.



Səni sevərdim


Sabahımın nurlu çırağısan sən,
Gecəmin o həzin sakitliyisən.
Payız xəzanısan,bahar çiçəyi,
Qışın çovğunusan,boranısan sən.




Vaxtsız gəlmişdin sən elə də getdin,
Neyləyim məni yox başqasın seçdin
Gözümün yaşına məhəl qoymadan
Arxana baxmadan məni tərk etdin.




Yaralı könlümü qurban verərdim,
Qəlbini qəlbimə möhürləyərdim.
Mənim bu sevgimə qiymət versəydin
Ömrüm bitənədək səni sevərdim.


Bahar Xəzan