Cənnətin və Cəhənnəmin təbəqəlri və adları mövcuddur. Cənnətin adları
Ədn - "Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn cənnətidir". (əl-Beyyinə, 8).
Nəiym - "Məni Nəim cənnətlərini varislərindən et!" (əş-Şuəra, 85).
Xuld (Əbədiyyət) "De: "Bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən Əbədiyyət cənnəti?" (əl-Furqan, 15).
Məva - "Məva cənnəti onun yanındadır". (ən-Nəcm 15).
Darus-Səlam (Əmin-amanlıq yurdu) - "Onları Rəbinin yanında əmin-amanlıq yurdu (Darus-Səlam) gözləyir". (əl-Ənam, 127).
Firdovs - "İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs cənnəti olacaqdır". (əl-Kəhf, 107) və s.
Firdovs cənnəti Cənnətin ən üstün təbəqəsidir. Belə ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "...Allahdan (nə isə) dilədiyiniz zaman Fir­dovs cən­nətini diləyin! Çünki Firdovs, Cənnətin tam ortası və ən yüksək mər­təbəsidir". (əl-Buxari, 2790).
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Kim Allah yolunda bir kişi və qadının ehtiyaclarını ödə­yərsə, Cənnət qapılarından çağırılacaq: "Ey Allahın qulu, bu daha xeyirlidir!" Kim daha çox namaz qılanlardan idisə, (onu) namaz qapısından çağı­rarlar. Kim cihad əhli olub­sa, (onu) cihad qapısından çağırarlar. Kim daha çox oruc tutanlardan idisə, (onu) Rəyyan qapısından çağırarlar. Kim sədəqə əhli olubsa, (onu) sədəqə qapısından çağırarlar". (əl-Buxari, 1764).
Bildirili
r ki, Cəhənnəm haqda Uca Allah buyurur: "Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir. Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur". (əl-Hicr, 43-44).
Hutamə (odlanmış) - "Xeyr! O, mütləq Hütəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hütəmə nədir? Bu, Allahın qaladığı Oddur". (əl-Huməzə, 4-6).
Həviyə (uçurum) - "Kimin tərəziləri yüngül gələrsə, anası Haviyə olacaqdır. Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur!" (əl-Qariə, 8-11).
Nər (od) - "Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridirlər Onlar orada əbədi qalacaqlar!" (əl-Bəqərə, 39).
Cəhim (Cəhənnəm) - "Cəhənnəm də azğınlara göstərilər". (əş-Şuəra, 91).
Səqər (alov) - "Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar - günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik". (əl-Mudəssir, 40-43).
Ləza (alovu şölənən od) - "Xeyr! Bu, alovu şölələnən Oddur". (əl-Məaric, 15) və s.
Həmçinin, Cəhənnəmin ən alt təbəqəsində münafiqlər olacaqlar.



Dərc etdi: Kenan0001