reklam
Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 4-kilidli otaq Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 4-kilidli otaq http://duz.az/uploads/posts/2018-03/1522143152_29087200_1443070715797236_7759405934064959488_n.jpg
❤Quen❤

❤Quen❤ Hekayələr 27-03-2018, 23:12

Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 4-kilidli otaq

Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 4-kilidli otaq
Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 4-kilidli otaq


Səbinə sevinirdi həbsxana hesab etdiyi hər gün qapalı qaldığı o klinikadan canını qutarmışdı, amma harda bilə bilərdi ki hələ daha betər günlər qabaqdadı. O Danielə bağlanmışdı heç kəsin ona inanmadığı zamanda Daniel ona inanırdı. Ağ atlı şəhzadəsi sanki hər şeyi qaydaya salmağa gəlmişdi. Dostunu itirdiyi zamandan bəri həyata küsmüş Səbinə indi həyata bağlanmışdı, dostunu xilas etməkdə bəlkə də elə Daniel ona kömək edəcəkdi. Elbəttə bütün bunların xəyalını quran Səbinə idi. Danielin kim olduğu birdən birə qarşılaşmaları, onun psixoloqunun belə o olması təəccübli idi? Bütün bunlar təsadüf idimi görəsən. Bunu söyləmək çətin idi. Səbinə isə tamam fərqli xəyallarla yaşadığı üçün bütün bunları düşünməmişdi belə. Səbinənin bir anlıq xəyallara dalıb bütün başına gələnləri unutması da sadəcə Danielin evinə çatmasına qədər sürmüşdü.
Səbinə - Artıq qurtuldummu bütün bunlardan Allahım yəni bitdimi hər şey. Daniel məni ordan çıxartdı. Allahım hələ də inana bilmirəm. Bu bir həqiqətdi. Doğma anam belə məni qoyub gedərkən o məni ordaca buraxıb getmədi. Cəhənnəmdən ağrı kəsicilərdən qurtuldum. Onun yanında hüzur sakitlik tapacağıma əminəm. Təkcə o mənə kömək edəcək. Bilirəm ona inanıram. O mavi gözlər o məni yanılda bilməz. Allahım deyəsən aşiq oluram. Ürəyim döyünür sanki bu an yerindən çıxacaq. Bu sevgidirmi bilmirəm, amma heç vaxt yaşamadığım hiss olduğuna əminəm. Sevincimi tam yaşaya bilməsəm də Jaləni tapdığım zaman ona deyəcəm mən də aşiq oldum deyəcəm. Həm də elə birinə ki həyatımı hər zaman qurtaran insana. Bütün yaşadıqlarımdan sonra Danielin gəlişi sanki qəlbimin qırıq parçalarını bir yerə toplamışdı. Onun dəniz mavisi gözləri ağlımı başımdan alırdı. Bu sirli məftun edici gözlər bəlkə də neçə qızı özünə məftun etmişdi. Bəlkə də mən onlardan nə birincisi, nə də axrıncısı idim. Amma ürəyim axrıncısı olması üçün çırpınırdı. Tanımadığım birinə bəslədiyim hislər niyə idi. İlk qarşılaşdığımız an göz- gözə gələrkən gözlərimi çəkə bilməmişdim.
Səbinə öz özünə düşüncələrə dalmış, yalnız Danielin: çatdıq düşə bilərsən, sözlərindən sonra ətrafa göz gəzdirib artıq gecənin düşdüyünü anlamışdı. Gəldikləri yer köhnə bir qəsəbəyə bənzəyirdi burda insanların yaşadığından belə xəbəri yox idi. Bu qəsəbənin adını belə bilmirdi. Etraf ürküdücü idi. Səbinə qorxuya düşürdü bir anlıq harda olduğunun fərqində belə deyildi. indi burda həqiqətənmi olmalıydım sualını beynində təkrarlayırdı tez - tez. İri bir darvaza vardı qarşılarında və Daniel darvazanı açaraq Səbinəni içəri dəvət etsə də, Səbinə yeyin addımlarla yavaş yavaş ona tərəf gəlirdi.
Səbinə- İlk anda ordan qurtuldum dediyim an haqlıydımımmı bilmirəm. İnşallah yanılmaram. Danielin həyətinə girərkən bir itin düz üstümüzə gəlməsi məni qorxuya salmışdı. İt idi amma elə böyük idi ki sanki canavar böyükllüyündə. Bir jurnalda məqalədə oxumuşdum ki bu itlər cins itlərdən idi və çox da bahalı idi. İt gələn zaman Daniel onu sığallamağa başladı. Amma it birdən necə dönüb üstümə gəldisə mənə çox gözlənilməz gəldi və qorxdum. İt mənə elə baxırdı sanki bu dəqiqə parçalayacaq. Daniel isə onu sakitləşdirərək Vaska sakit ol qonağımıza belə davranma deyərək onu saxlamağa çalışdı. Çox təəccüblü idi. İt onun sözünə qulaq asırdı amma dişlərini qıcayıb mənə niyə elə baxırdı axı. Bu başlanğıc heç yaxşı olmamışdı. Danielin evi də çöldən çox böyük görünürdü. Daniel məni içəri dəvət edən zaman evinə nəzər gəzdirirəm. Ev qədimi olduöu kimi içində də antik əşyalara üstünlük verilmişdi. Evin tərtibatı göz oxşayır və bütün bunlar Danielin estetik zövqünün tam formalaşmasından irəli gəlirdi. Böyük bir zalın olmasını sevmişdim. 2ci mərtəbədəki zal isə nisbətən kiçik idi və çoxlu otaqlar var idi. Və 3cü mərtəbə dama çıxmaq üçün pilləkən vardı. Amma biz elə 2ci mərtəbədə dayanmışdıq. Eslində qalxmaq istəsəm də düzü utanıram. Bu arsızlıq olardı. Çünki nə də olsa qonağam. Amma 3cü mərtəbəyə qalxmaq istəyirdim çox istəyirdim ona görə Danieldən su istəyib mətbəxə getməsini gözlədim. Eləki getdi pilləkənlə 3cü mərtəbəyə qalxdım bu mərtəbədə yalnız bir otaq var idi o düz pilləkəna açılırdı və qapısın açmaq istəyən zaman kilidi gördüm və kilidin üstündə gördüyüm işarə məni təəccübləndirmişdi bu ki sklet üstündə isə x çəkilmiş kilid idi. Tam da buna baxarkən Səbinə sən orda neynəyirsən səsi ilə arxaya döndüm. Bu Daniel idi.
Səbinə düşüncələri - Daniel bu onun səsi idi. Arxama döndüyüm an gördüyüm o qəzəbli baxışlar. Görəsən bu baxışlar niyə alov püskürürdü. Danielin bircə baxışı səhv zamanda, səhv yerdə olduğumu anladırdı mənə. Aşağı düşməliydim, artıq anlayırdım. Bəs danışıq tərzi niyə bu qədər qəzəbli idi. Bu otaqda görməməli olduğum nə gizlənmişdi.
Daniel: məni buna görəmi göndərmişdin.
Səbinə: mənə sadəcə maraqlı.....
Daniel sərt tərzdə : maraqlı falan bilmirəm o otağa girməyəcəksən.
Səbinə : axı niyə
Daniel: axısı falan yoxdu. bir də heç zaman bu otağa qalxmayacaqsan.
Səbinə məyus olmuşdu Danielin ona bu qədər əsəbləşməyini gözləmirdi. Amma səhv etdiyini də başa düşürdü . Beynində cavabını tapa bilmədiyi çoxlu suallar dolaşırdı. Qadağaları sevmirdi və bu otağın sirrini açmağı indi daha çox istəyirdi. Səbinəyə görə yəqin ki otaqda hər nə varsa o qədər qiymətli olmalıdı ki Daniel onu gizlədir. Axı hardan bilsin ki bunu görmək onun üçün təhlükədən başqa bir şey deyil.
Daniel : sən ən yaxşısı aşağı düş. Sonra Daniel onu hansı sa otağa apardı. Başqa otaqlarda olduğu kimi bu otağında kilidi var idi. Təəccüblüsü bu idi ki, burda da eyni kiliddən var idi.
Daniel: bağışla üstünə qışqırmaq istəməzdim amma sən məni buna məcbur etdin. Mənim evimin bəzi qaydaları var onlara əməl etməlisən. Yoxsa sənə yardım edə bilmərəm. Anladın. Danışarkən səmimi bir şəkildə gözlərini Səbinənin gözlərindən ayırmayan Daniel sakit bir tərzdə fikirlərini çatdırdı. Səbinə isə başı ilə razılaşdığını bildirib otağa daxil olur.
Səbinə otağa keçdiyi zaman çox təəccüblənmişdi. Otaqda sanki yataq dəsti mebel hamısı onun istədiyi kimi təşkil olunmuşdu. Hər şey onun sevdiyi rəngdə sevdiyi üslubda idi. Hətta atasının kitablarından bəziləri də burda idi. Bütün bunlar Səbinəyə qəribə gəlirdi. Bu necə ola bilərdi axı. Hər şey təsadüf ola bilərdi bəs onun kitabları necə bura gəlmişdi. Təəccüblü şəkildə Daniellə bu barədə söhbət etməyə başladı Səbinə.
Səbinə: Daniel axı sən necə......
Daniel: anandan soruşdum sadəcə səni evdə müalicə edəcəyimi dedim. Nələri sevdiyini söylədimsoruşdum. Sənin üçün yeni geyimlər belə almışam. İstədiyin qədər var burda.
Səbinə: hə başa düşdüm icazənlə yatmaq istəyirəm.
Daniel : hə əlbəttə.
Səbinə düşüncələri- Allahım mənmi çox şübhələnirəm yoxsa Daniel mənim üçün göndərdiyin şəhzadədi. O bu qədər yaxşı olması məni artıq çaşdırır. Bir kişi bir qadın üçün bu qədər can fəşanlıq edirsə ya ondan nəsə bir məqsədi var, ya da onu sevir. O mənim üçün hər şey etsə də bu evə gəldiyimdən içimdə bir hiss var. Onda nəsə var, nəyisə gizlədir. Amma nəyi gizlədir bu adam axı. Bircə anlaya bilsəm.
*********
Gecə saat 1:00
Səbinə- yata bilmirəm fikrim o otaqdadı. Görəsən mənim ora keçməyimi niyə istəmədi ki, amma yoox mən o otağa baxmalıyam yəqin ki yuxulu olar indi gedib baxacam. Ayy Allah bu necə ola bilər qapını açan kimi qarşımda Daniel görürəm. O yatmayıbmış. Düz gözümə bacıb konkret və sakit tərzdə cavab verir bu dəniz gözlü yaraşıqlı.
Daniel: Səbinə o balaca beynində planlar qurma o otağa girə bilməzsən dedim sənə.
Səbinə isə qapını bağlayaraq içəri daxil olur. Sanki Daniel onun düşüncələrini oxuyurdu. Necə də onun o otağa girəcəyini bilmişdi. Səbinə isə bu gecə niyyətinin alınmayacağını bilib yuxulamışdı. Bəlkə də ilk gecə idi ki belə rahat yatırdı. Bir dənə belə canavar səsi yox idi. Elbəttə hər şeyin bir səbəbi olduğu kimi bunun da səbəbi var idi......
***********
Səhər 9:00
Səbinə - ah bu gecə nə qədər rahat yatdım heç oyanmaq istəmirəm. Amma bu qoxu yemək qoxusu məni durmağa vadar edəcək gözlərimi açmaq istəmirəm neçə gecədi rahat yatmıram və nəhayət bu gün istədiyim qədər yatacam. Amma aclıq hissi bir tərəfdən, bir tərəfdən də yemək qoxusu dəli edir. En yaxşısı durum. Amma bu nədir Danielin necə qapını belə döymədən içəri girə bilərəm. Həm də gh ənc bir qızın otağına. Bu həqiqətən nəzakət qaydalarına belə uymur. Axı eynimdə yalnız alt paltarlarım var başqa da heç nə. Amma deyəsən özü də utanmışdı. Mənim yatdığımı düşünmüşdü bəlkə də. Mən isə donub qalıram. Daniel axı qapını döyməmiş niyə içəri girmişdi.
Daniel əlində səhər yeməyi ilə içəri girmişdi. Səbinəni belə görüb onu aşağıdan yuxarı süzmüş gətirdiyi boşqabı çayı stolun üstünə qoyub çox sakit bir tərzdə bir iki cümlə ilə fikirlərimi ifadə etmiş sonra heç nə olmamış kimi sakitcə çıxmışdı.
Daniel: mən səhərlər yemək yemirəm bunları isə yalnız sənin üçün aldım ki səhər naharın edə bilərsən. Mən günortaya hətta bəlkə axşama qədər evdə olmayacam. Yeməyini ye sənlə bəzi şeyləri danışaq sonra mən çıxım.
Səbinə: yaxşı deyərək razılaşmışdı. Çox utanc verici gəlirdi, aslində Danielin bu hərəkəti də düzgün deyildi axı hər halda qapını döyə bilərdi. Amma bir tərəfdən də düşünürdü ki, o ancaq mənim üçün yemək gətirmək üçün bura gəlmişdi. Burda başqa niyyət axtarmamamlıyam. Paltarını geyinib bulkaları yeməyə başladı. O bulkaları çox sevirdi və o 3 gündü düz əməlli heç nə yeməmişdi. Xəstəxana da o qədər əzab və streslər içindəydi ki heç yemək yadına belə düşməmişdi. Bu gün isə təzə bişmiş bulkanın iyi iştahanı açmışdı . Yeməyini bitirib otağından çıxdı. Yenə də gözləri o pilləkanlara zillənmişdi. Yalnız Danielin sözləri yadına düşdüyünə görə fikrindəki planların baş tutmaycağını anladı. Aşağıya düşdükdə bayaqdan onu gözləyən hər zamankı kimi yaraşıqlı görünən Danieli gördü. Daniel pəncərənin qarşısında oturub həyəti izləyirdi. Səbinə onu izləyərək gələrkən ayağı ilişdi və pilləkənlərdən yerə yıxıldı. Daniel onu görüb yanına gəldi Səbinənin ayağının cızıldığını görüb üzünü çevirdi.
Daniel qışqıraraq: bax o tərəfə get hamam ordadı şkafda nə iləsə bağla tez ol.
Səbinə axsaya axsaya hamama getdi və qıçını bağladı. Danielin ona birdən belə davranmağını anlamamışdı. Daniel niyə üzünü çevirmişdi deyə düşünürdü. Bütün bu fikirlərlə beyni məşqul ikən gəlib zala çatdı. Danielin tam qarşısında durdu. Sanki o Səbinənin fikirlərini duymuş kimi onun suallarını cavablandırdı. Onlar oturdular və Daniel danışmağa başladı.
Daniel: qan görəndə özümü piss hiss edirəm. Ona görə belə davrandım buyur əyləş sənə bayaq danışacağımızı dedim və indi bunun tam zamanıdı. İlk əvvəl onu bildirim ki dünən də dediyim kimi bu evdə bəzi qaydalar var. Sən öz otağında zaldan başqa heç bir otağa girə bilməzsən.
Səbinə : axı niyə.
Daniel qaşlarını düyünləşdirib qəti bir tərzzdə düşüncələrini ifadə etmişdi. Danielin bu baxışları davranışı hər gün daha çox Səbinənin fikirlərini qarışdırır beynində çoxlu suallar meydana gəlməsinə səbəb olurdu.
Daniel:çünki bura mənim evimdi və qaydaları da mən qoyuram.
Səbinə əsəbləşib ayağa qalxdl. Danielin bu davranışını heç sevməmişdi. Sifətində qəti bir ifadə vardı. Elbette hem də Danielin davranışları da onu artıq əsəbləşdirirdi. Bu insanın gah qəti tərzdə kobud, gah da xeyirxah davranması ona anlaşılmaz gəldi. Səbinə sözlərində də öz əsəbini ifadə etmişdi.
Səbinə: lap yaxşı bu evin bu sən mən gedirəm.
Daniel: hara gedirsən yenə o klinikaya aparılmaq istəyirsənsə buyur.
Səbinə bayaqdan öz güvənlə davransa da yalnız indi olanları xatırlayıb burda qalmaqdan başqa çarəsinin olmadığını gördü. Yenidən yerini əyləşdi. Hər halda burda yaşamaq o iynələrlə dərmanlarla yaşamaqdan yaxşı idi. Həm də bura gəldiyi gündən canavar da görməmişdi.
Səbinə :deyəəsən haqlısan səni eşidirəm.
Daniel: bax belə olsan ziyan çəkməzsən. Bu otaqların heç birinə girə bilməzsən.
Səbinə: bəs hamama ehtiyacım olsa?
Daniel: sənin otağında sol tərəfdə pərdə var onu qaldırsan orda bir qapının olduğunu görəcəksən al bu açarı kilidi açıb ora girə bilərsən istədiyin vaxtda bağlaya bilərsən.
Səbinə: axı niyə burada bütün otaqlarda kilid var.? İndiki vaxtda özdə.
Daniel: bu ev mənə ulu babamdan qalıb o zamanda bu evi belə tərzdə tikiblər. mən də əşyaların bəzilərində dəyişiklik etsəm də başqa heç nə etməmişəm. İndi isə uşaqlıqdan bu günüünə qədər yaşadığın hər şeyi danış. Bunları bilməliyəm ki sənə kömək edim.
Səbinə : əslində 7 yaşımdan əvvəli xatırlamıram. 7 yaşımda atamı itirmişəm və anamdan eşitdiyim qədər də bu mənə çox təsir edib...... Və nəhayət sən məni bura gətirdin.
Daniel: əslində məncə hər şeyi 7 yaşında axtarmaq lazımdı. Heyif ki sən heç nə xatırlamırsan, amma mən çalışıb səni 7 yaşına geri götürəcəm.
Səbinə: bunun mənə kömək edəcəyinə inanırsınız, Səbinə bu sözləri deyərkən balaca pişik balalarının şirin məsum baxışı ilə baxırdı Danielə. Sanki inanırdı həqiqətən ona kömək edən şəxsin yanında olmasına.
Daniel o maviş gözləri və mirvari tək parıldayan o dişləri ilə gülümsəmiş Səbinəni əmin etmişdi.
Daniel: əmin ol alınacaq. Amma tək bir şeyi öyrənməliyəm.
Səbinə: nəyi?
Daniel: atanın öldüyünə əminsən.
Səbinə: əlbəttə əminəm.
Daniel: atanın qəbrin ziyarət edək onda.
Səbinə: amma mən qəbirstanlığı tanımıram.
Daniel: bu necə ola bilər axı.
Səbinə atamın ölmə səbəbi qəza keçirməyimiz idi. Mən günlərcə koma da qalmışam və həkimlər məni günlərcə aylarca xəstəxanada saxladılar. Heç nə xatırlamırdım. Ayılandan sonra hər şeyi öyrənsəm də məni onun qəbrini ziyarət edə bilmədim. Çünki anam heç vaxt atamın məzarının yerini mənə söyləmədi. Hələ də öyrənməyə çalışsam da anam yerini demir.
Daniel: səncə anan bunu etməkdə haqlıdımı.?
Səbinə : anam sadəcə 7 yaşımda keçirdiyim qəzanı xatırlamağımdan qorxur. Bu mənim üçün ağır olacağını düşünür.
Daniel: amma məncə sən hər şeyi unutmaq istədiyin üçün unutmusan. Hardasa bir yerlərdə hər şeyi xatırlayırsan amma üzləşməyi bacarmırsan, sən bunu bacarmalısan, yoxsa həyatın boyu bunun əzabın çekəcəksən.
Səbinə: səncə mən bunu bacararam, üzləşə bilərm.
Daniel: məncə sən güclü qızsan. Amma burda bir məqamıda gözdən qaçırmamaq lazımdı.
Səninə : nə barədə danışırsan.?
Daniel: düşünmürsənmi anan nəyisə səndən gizlədir?
Səbinə: anam yox anam məndən nəyi gizlədə bilər ki
Daniel: atanın ölümü barəsində məsələn, bəlkə atan sağdı?
Səbinə : əslində düşünürdüm. Amma anam mənə onun meyidini öz gözü ilə gördüyünü deyir.
Elə söhbətin ən vacib yerində Danielin telefonuna zəng gəldi. Danieli teleonu açdı və işlə bağlı onu klinikaya çağırdılar.
Daniel: mən indi gedirəm. Axşama gələcəm dediklərimi nəzərə al bu evin qaydalarına riayət elə.
Daniel qapıdan çıxdıqdan sonra Səbinə elə hey düşünürdü görəsən bu otaqlar niyə kilidlidi. Onun içindən bir səs bu qapıların arxasında gizli bir şeyin gizləndiyini deyirdi.
Səbinə- görəsən o otaqlarda nə var ki Daniel ora girməyim istəmir əsas da dam pilləkənin üstündəki otaqda. Mən otağa necə girə bilərəm görəsən bir yolu olsa keşkə. Daniel ora girməməyimi istədi və bu evin sahibi odu onun qərarlarına əməl etməliyəm. Yox sadəcə bircə dəfə baxıb çıxacam. Başqa heç nə etməyəcəm. Baxan kimi qapını bağlayaram. Bəlkə sancaqla aça bilərəm. Başımdakı sancağı götürüm açacam.
Səbinənin düşüncələri - budur açıram açıldı indi biləcəm bu otaqda nə var.
Səbinə qapıdan içəri girmək üçün əlcəyə əlini yaxınlaşdırmışdı ki, dünən həyətdə gördüyü it arxadan gəlib ona hücum etdi. Səbinə qorxuya düşmüşdü amma kimsə arxadan iti zəncirindən tutdu və Vaska sakit ol dedi.
Səbinə düşüncələri- o it üstümə gələndə çox qorxdum köpək dişləri az qala ayaqlarıma toxunurdu. Bu adam bir az gec gəlsə bəlkə qıçımdan bir parça artıq Vaskanın ağzında idi. Amma görəsən bu kimdi səsi tanış gəldi. Amma artıq o qədər hadisələrlə rastlaşdığımdan artıq arxaya çevrilib arxamdakı insanı görmək məni qorxudur. Ürəyim bərk bərk döyünür. Qorxma Səbinə bu insan qorxulu biri olsa idi sənə kömək etməzdi. Yaxşı dərindən nəfəs alıb bir iki üç deyib çevrilirəm. Yox qorxuram bacarmıram bu dəfə nə ilə qarşılaşacam. Qorxumla üzləşməliyəm elə bu gündən başlayaraq gözümü yumub çevrilirəm... Aa bu ki Stefandı nə yaxşı ki ürəyimdə dediklərimi eşitmədi.
Stefan : Səbinə bu otağın qabağında nə edirsən yoxsa evin qaydaların Daniel sənə izah etməyib.
Səbinə artıq özünü toplayıb 3cü piləkənda olduğunu xatırladı və Stefana cavab vermək üçün doğru dürüst belə cümlə qurmadan özü də onu sual atəş inə tutdu.
Səbinə: mən əslində əslində mən... Amma de görək sənin burda nə işin var?
Stefan : Məgər evimə gəlmək üçün səndən icazə almalıyam.
Səbinə: bu evdə yaşayırsan?
Stefan: əlbəttə
Səbinə : Daniellə nə əlaqən var?
Stefan : qardaşımdı
Səbinənin telefonuna zəng gəldi. Gizli nömrədən gələn zəng onu təşvişə salmışdı. Səbinə telefonda eşitdiklərindən sonra üzü bəmbəyaz oldu.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
462 512 514 450 487 468

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.