Perpendikulyar Bölüm 3


Bütün həftə ödəyəcəyim məbləği düşünürdüm. Cərimə, öz maşınım bir də o öküzün maşınının xərci. Düşündükcə yaşananlar ağlıma gəlirdir lap sinirlərim gərilirdi. Heç özüm də bilmirəm necə baş verdi. Amma o anki hirsimi ondan ancaq elə çıxa bilərdim. Həyatımı rəsmən alt üst etdi. Aylardır hazırlandığım müsahibədən qovuldum.. o axmağın üzündən tıxılıb qaldım bu balaca ofisdə. Mənim imkanlarım bura üçün həddindən artıq çoxdur. Ərsəyə gətirdiyim hər iş hər zaman dəyişiklik edilmədən qəbul edilir. Əmin idim ki, o işi ala bilərdim. Evdəkilər bilsəydi ki, maşınımı vurmuşam hələ üstəgəl başqa bir maşını da vurmuşam sağ qoymazdılar məni. Atam Nemət olduqca sərt adamdır. Ailəsi, namusu üçün yaşayır. Mən maşını almaq istəyndə əvvəlcə qarşı çıxmış sonra bir şərtə razı olmuşdu qəza törətdiyim an maşınla vidalaşacam. Indi necə deyim ki, maşınımı vurmuşam hələ üstəgəl mənim səhvim olub bunun da üstünə başqa adamın maşının əzmişəm...hələ sonradan maşını bərbad hala salmağım isə...nə isə mən ən yaxşısı (Lili. sh)atam məsum bir yalan demiş olum. “Maşın servisdədir. əyləci yaxşı tutmur”... hə hə... anam ortamı yumuşaldar soruşmaz daha. Anam Xalidə evdaq qadındır. Əslində o da sərtdir, amma atamın yanında toya gediləsidir. Həm bizə o qədər bağlıdır ki, qıymır. Damarını tutmuşuq. Etriaz edirsə ağlamısımış kimi olursan, vəssalam. Təsir etmirsə gerçəkdən ağlayırsan işini özü həll edir. Mən də sulu göz. Səsimi çıxartmayım deyə anam hər dediyimi eləməyə razıdır. Ona da maşını yüngülvari qapıdan çıxardanda divara sürtüdüyüm dedim. (lili. sh)Yoxsaki törətdiklərimdən xəbəri olsa...başımda tük qalmaz. Gerçəkləri bir tək Güllüyə deyə bildim.
- Nəəəəəəəə?! Maşını vurdun?!
- Ay qız sus.. eşidəcəklər. Sakit ol
- Harasını vurdun?! Nə vaxt oldu?! Bir yerinə bir şey olmadı?!
- Sus..susss Allahın bəlası sus.. Şüvənsəneee..
- Ay qız dəlisən sən? Maşını vurmuşam deyirsən hələ bir susdurursan da...
- Ata eşitsə əlimdən alacaq qurban olmu sus.... bax görürsən sapasağlamam qarşındayam..
- Səni neynirəm maşını soruşuram...
- Alçaq...
- Bəs nə bilmişdin, maaşımdsan mən də pul verirəm onun kreditinə. Unutma söz vermirsən ərə gedən kimi mənə verəcəksən.
- Yuhhh. Qoyun can dərdində....
- Onu düz dedin.. qoyun...
- Güllü... danışığını bil.. mən səndən böüyəm.
- Allah allah get ma.şınımı vur divara hələ bir danışırsanda..
- Divara yox..
- Bəs hara?
- Şeyə...
- Şeyə? Yəni..
- Bşa mşa
- Nə? Nə mış bış salmısan? Hara vurmusan? İşıq dirəyinə?
- Yox. Bşa mşa..
- Ay qız hövsələdən çıxdım.. dilinin altında mırıldanma..gedib deyərəm atama
- Offf başqa maşına... rahatlaşdın?
- Hiiii başqa maşına.. Allahım. Bərk dəydi?
- Yox. Arxadan işığını sındırdı eşşək.
- Aaa səni vurublar?
- Hə, əslində yox.. yəni hə məni vurdu, amma mənim günahım imiş.
- Amma deyilmiş???
- Eee uzatma da... artıq sabah təmirdən çıxardacam..
- Dayanee başdan danış.. belə xilas ola bilmərsən.
Güllü məndən 3 yaş balacadır. Universitetdə oxuyur. Normal bacıları bilmirəm, amma biz həm bir birimizi qırırıq həm də bir birimizin tərəfini vermərik. (Lili. sh)Bütün olanları danışdım Güllüyə.. reaksiyası təbii idi..
- Az sənin başın xarabdır? Hansı gününə gedib təzədən maşını vurmusan?
- Qışqırmaaaaa eşidəcəklər.
- Oy eşitsinlər.. eşitsinlərdə görüsünlər manyak qızı neynir..
- Sənə demədim mənimlə düzgün danış?
- Ay qız bunu düzgünü qalıb? Maşını vurdun yolda başa düşdüm. (lili. sh) Ta gedib təzədən maşını arxadan xurd xaşıl eləmək nədir. Sən elə varlısan? Haradan alacvaqsan indi pulu..
- Offf Güllü.. çox sağol.. inana çox kömək oldun mənə?
- Nəyə kömək edəcəkdim. Eyni atamız eyni anamız var da.. Başqa varlı atam var?
- Güllü!!
- Nə qədər xərci var. Cərimə, öz maşınım və o öküzün maşını cəmi...1200 manat
- Yuhh... sən tank vurmusan?
- Bir az böyük idi..
- Pulu yığa bildin?
- Yoxe hardan... 500 manat çatmır.
- Adam pulunu istədi?
- Hə, mədəniyyətsiz.
- Az nə mədəniyyətsiz. Adamın maşını öndən arxadan əzmisən. Hələ bir sənə jest eləməli idi? Vallah mən olsaydım sənin maşının üstündən bir o yana bir bu yana şütüyərdim.
- Güllü mən sənin uşağın deyiləm! kömək edəcəksənsə elə. (lili. sh) Etməyəcəksənsə sus. Onsuzda bütün əsəblərim korlanıb. O axmağın üzündən işimdən də oldum.
- Hiiiiii işdən də çıxdın sən.
- Qışqırımaa!!yoxx. yəni təzə iş yerimi deyirdim.
- Bilirsən nə var? əcəb olub sənə. Indi get necə vurmusan elə də pulunu ödə..mənim maşınım... cann.. kim bilir nə günə düşüb.
Güllünün elə boşuna şüvənliyi vardı. Heç vaxt mənə qıymaz. Elə mən də ona. Səhər oyananda komotun üstündə 500 manat və bir də “Kərəmə deyəcəm gəlsin səni aparsın canımız qurtarsın” notu vardı..Kərəm... ah ah... gözümü könlümü oğurlayan şahzadəm. bir gəlsə... bir evlilik təklif etsə hə deyəcəm amma demir... sevdiyini deyir, evlənək demir. Kərəm 30 yaşındadır. Olduqca yaraşıqlı, romantik, mədəni, alicənab, zövqlü iş adamıdır. Yəni tam mənim arzuladığım tip. Onunla Kənanın vasitəsi ilə tanış olmuşdum. (Lili. sh)Kənan Leyla ilə ortaq dostumuzdur. Kərəm isə onun böyük qardaşı.. Tanış olandan sonra görüşüb danışırdıq. Təbii ki, atamdan gizlin. Sonradan Rusiyaya getdi. (lili. sh)Kənan qayıdıb o isə hələ də işinin başındadır. Hər gün telefonla danışırıq.. bax indi ondan bəhs etdim darıxdım.. off Kərəm nə olardı tez gəlsəydin..
Pulu ödəyib maşınımı götürmək üçün evdən çıxmaq istəyirdim ki, atamın zəhmli baxışları və zəhmli səsinin altında tərpənə bilmədim.
- Ata?
- Maşına nə olub?
- Hhhh..heeçççç
- Bəs hanı?
- Demişdim axı.. əyləciii
- əyləci düəzltdirmək bir həftəni aldı?
- Yox.. şey.. vermişkən bəzi hissələrini də dəyişdirmək istədim.
- Dəyişdirmək istədin deməli?
- Hə..
- Təzə maşının hissələrini dəyişdirisən, əyləci tutmur.. qızım biz onu sıfırdan almadıq ki, səni yolda qoymasın..
- Maşındırda olur.. indi gedim.. axşama gətirəcəm. görəcəksən. Təptəzə olacaq.
- Hm.. sən deyən olsun.. əminəm ki, mənə yalan demirsən.
Atamın bu sözü məni öldürür... məhv edir. Hər dəfə belə deyəndə yerin dibinə girirəm elə bil.. yox heç vaxt yalan danışmıram, amma maşın və Kərəm zəif nöqtəmdir.. Allahım keç günahımdan...ya Allah başladıq.- “ əlbəttə ata.. heç mən sənə yalan danışaram” Yasəmən, sən cəhənnəmdə yanacaqsan..
- Yaxşı qızım.. sənə güvənirəm..
Nə isə ki, kiçik kiçicik, bapblaca yalanla qurtuldum.. (Lili. sh)Allahım bunu günahını o axmağın boynuna yaz. Görüm bütün işləri tərs gətirsin. Özü kimi.. öküz.. yadıma düşdü yenə cinnəndim... gedib tez pulu ödəyib maşını çıxartmalıydım ki, o sifəti yenə görməyim. Bir insan nə qədər kobud, nə qədər axmaq nə qədər mədəniyyətsiz ola bilər ki... Allah belələrindən saxlasın. Mərifətsiz.. maşını çıxarmağa gəldiyimdə pulun yarısını ödəndiyini eşitdim (lili. sh). Öz maşınını ödəyibmiş çoxbilmişş.. çox inad etdim, amma götürmədilər. Sonra özü gəldi yenə dalaşdıq və vidalaşdıq. Bir daha görüşməmək ümidi ilə.. hələ bir minnət də qoydum boynuna.. düzdür yenə əsəbilərimi korlamışdı....bir daha görməyəcəyim sifət üçün günümü bərbad etməyəcəkdim. Işə yollanıb Leyla ilə söhbətləşdik. Təbii ki, hər şeyi ona da danışdım. Güllüdən fərqli olaraq Leyla sadəcə gülürdü
- Gülmə....
- Ay öldümmm....
- Gülmə deyirəm sən.. ağlamalı vəziyyətdəyəm mən sən gülürsən. Necə dostsan...
- Ay qarnım ağrıdı...
- Leyla, vallah ağlayacam indi. Onsuzda əsəbiyəm. təsəvvür elə o adam məni alçaldıb işdən qovdu.. başa düşürsən. Hamısı da o axmağa görə...
- Həə o pis oldu.. Amma etriaf elə maşın məsələsi gülməli idi....
- Yenə gülüree.. dayan indi mən sənə göstərəm..
Leyla ilə universiteti bir oxumuşuq. Qiyabi olduğumzudan həm də öz sahəmiz üzrə praktikada başladığımız yerdə işə götürüldük.(Lili. sh) O mənim kimi yükəsk hədəfləri yoxdur. Sevdiyi ilə ailə qurub evdar xanım, evinin xanımı olmaq daha çox ona yaxın idi. (lili. sh)hə bu arada sevdiyi dediyim insan Kənan dostumuz olur, amma qızlara məxsus qürur bunu etriaf etməyə qoymur. Yazıq içində yaşaşıyr eşqini. Kənan isə Leyladan başqa bütün qızlara baxır.
- Hiii.
- Nə oldu?
- Kənan zəng vurur.
- Allah səni.. ürəyim düşdü.. vurur açda..
- Yox..
- Boy niyə?
- Yox.. nə danışacam.
- Leyla başın xarab olub sənin? Hər gün danışdığın adamdır necə yəni nə danışacağam..
- Nə bilim. Həyəcanlandım.
- Aç...öldürdü özünü orda
Leyla həyəcanlandım desə də hisslərini mahir şəkildə gizlədə bilən qızdır. (lili. sh)Onun kefi olmasa belə bəlli etməz. Yoxsa mənim kimi. Sifətimi beş qarış sallayıram.. .
- Nə oldu?
- Sabah bizi yeməyə dəvət edir.
- O hardan çıxdı? Nə münasibətlə?
- Nə bilim. Dedi yemək təşkil edirəm dostlarımı yığıram, siz də gəlin.
- Yad adamlarrrrrrr
- Yasəmən bəsdir sən Allah. Sənin bu dəxilsiz komlekslərin..
- Neynim sıxılıram..
- Hələ sıxılırsan diqqət çəkirsən hər yerdə sıxılmasan necə olar.
- O heç.. getdim yerdə gözəl görünməyi sevirəm. bilirsən.
- Həə kim bilmir. (Lili. sh)Amma gələcək qaynın orda olacaq, açıq saçıq geyinmə.
- Mən nə vaxt açıq saçıq geyinmişəm?
- Sən yenə də dediyimi nəzərdə tut. Sonra qardaşına deyər eliyər..
- Kərəm qısqanc deyil..ikincisi də o çox sevir mənim geyim tərzimi və hər zaman da qiymətləndirir.
- Nə vaxt gəlir?
- Bilmirəm.. off Leyla onun üçün darıxıram
- O da çox soyuqqanlı imiş..
- Yox elə demə.. özü elə davranır ki, mən lap da darıxmayım. (lili. sh)Yoxsa ki desə darıxıram hər halda mən burda ölərəm.
- Aman vermə tərəfini onun.
- Sənin kərəmlə nə dərdin var?
- Konkret heç nə, amma niyəsə bəyənmirəm onu, nəsə ona qarşı antipatiyam var.
- Səni başa düşürəm. bütün simatiyanı qardaşına yönəldəndə belə olur da..
- Yasəmən!
- Susdum..işləməyə həvəsim yoxduye.. səhər səhər öküz yenə əsəblərimi korladı..
- Doğrudanee... sən nə ağılla gedib maşının əzdin. Qorxmadın qayıdıb vurar ağır söz deyər.
- Yox bir.. Allah vurmuşdu onu ki qorxam.. onun kimiləri susuz aparıb susuz gətirərəm.
- Sən dəlisən həqiqətən. Başını bəlaya salmısan..
- Yoxx getdi nə bəla.. kaş əlimə fürsət düşə də intiqamımı alam.
- Yuhh hələ ürəyin soyumayıb.
- Soyumaq? Qızım onu bir qaşıq suda boğaram, uf da demərəm.
- Necə biriydi?
- Axmaq, kobud mədəniyyətsiz
- Yox görünüşünü deyirəm.
- Kvazimodaya oxşayırdı..
- Yaxşıda.. o qədər.
- Kvazimodaya ən azından esmeralda baxırdı bu bədbəxtə heç kim baxmaz.. öküz..
- Yaxşı yaxşı sakitləş. (lili. sh)Müdir bu gün yoxdur gəlməyib. Iş də yoxdur. Nahara çıxaq paltar alaq özümüzə..
- Hansı günümə. Olan qalan pulumu maşına qoydum.
- Caan.. mən nə günə qalmışam ki burda?
- Yox.. sağol.. kartlara yığılan borcu da ödəməliyəm hələ. Geyim zəif nöqtəmdir bilirsən eləmə bunu mənə
- Yaxşı da sən almarsan mən özümə alaram..
- Mən heç nə ala bilmərəm. mümkün deyil onsuzda
Bəli, biz həmişə bu adla çıxırıq alış verişə. Və nəticədə..
- Yasəmən, bu nədir?
- Neynim görmədin bir dənə qalmışdı. ona uyan köynək yoxum idi məcbur aldım.. o don da endirimdəydi, qaçırtsaydım o dünyada hesabını verə bilməzdim, qabaqdan payız gəlir, plaşım köhnəlmişdi.. tufli də ki, bilirsən bu rəngdə nə qədər axtarırdım tapa bilmirdim, buna uyğun çantam da yay üçündür payız üçün getməz..
- Sənə deyəcək sözüm yoxdur. (Lili. sh)Həmişə belə edirsən. Guya mənə almağa çıxırıq, bir də baxıram setkalarla üstümə gəlirsən. Yəni səni alan yandı..
- Kərəm də pul çox.. xərcələyəcək mənim üçün..
- Hə, hə.. mütləq. (lili. sh) O simic yediyinin pulunu verməz.
- Leyla bəsdirr.. əlinə düşən hər fürsətdə onu qaralayırsan. O anda üzərində pul götürməmişdi. Necə ödəyərdi.
- Nə isə.. yaxşı nəylə ödədin. Yenə kart?
- Gedəkk..
- Yasəmən?
- Off neyniym bəs. Axşama geyinməyə sən dedin bir şeylər alaq.
- Ay sağol bir şey... bir neçə hətta mağazanı alıb çıxaq demədim.
- Mama danlamağın bitdisə qayıdaq.
- Sonra gəlib ağlama ki, kartlarımı ödəyə bilmirəm.
- Ağlamaram ağlamaram.
Hə, alış verişin sonu həmişə bu olur. Neynim, geyim ən zəif nöqtəmdir.
- Hiii
- Nə oldu..
- Odur!
- Kim!
- Öküz.
- Nə! Hardadır. Ay qız mən qırmızı geyinmişəm, cumar üstümə.
- Dəli! Gerçək öküz demirəm. maşınını vurduğum öküz.
- Aaa hanı?
- Ode gəlir. Dayan gizlənim görməsin. (lili. sh)Sifətini görmək istəmirəm.
- Hansıdır? Qısa boy olan.
- Yox yanındakı..
- Budur?
- Hə..baxma, aybıdır. Çön bu tərəfə..
- Ay qız sən buna kvazimoda deyirsən? Yazıq gül kimi oğlandır ki. Düzdür dünya yaraşığı deyil, amma Allah üçün yaraşığı var.
- Allah vurmuşdu onu. Ona yaraşıqlı deyirsən. Sənin gözlərin kor olub deyəsən. Gedək eynək alaq..
- Vallah pis oğlan deyil. Bizə doğru gəlirlər.
- Nə? Bizə doğru?.. gedək tez...
- Yanımızdan keçəcəklər, dar küçədir hara gizlənirsən. Həm eynək taxmısan nə biləcək sənsən. Özü də yanındakı ilə söhbət edir başı qarışıqdır.
- Tez gəl, cəld ol.
Yasəmən paketləri qaldırıb üzünü örtə örtə getməyə çalışırdı. (lili. sh)Təbiiki, yolunu görmürdü. Qaçmaq istəyərkən dar küçədə içıq dirəyinə çırpıldı və yerə yıxıldı..
- Yasəmən, yaxşısan..
- Xanım yaxşısınız?
Azad saçları üzünə dağılmış qızı görmədiyindən əlini uzadıb yardım etmək istədi
- Paketləri verin rahat qalxın.
- Istəməz çək əlini.
Bu kobud səs tonu tanış gəlmişdi ona..Yasəmən üzündən saçını yığınca Azad onu tanıdı.
- Sən? Sən məni güdürsən başa düşmədim.
- Allah vurmuşdu səni ki, güdəm hələ bir.
- Dilindən qalma yaxşı.. ilan..
- Hhiii nə?? Mərifətsiz. Sənin qarşında bir xanım dayanıb xanım!
- Xanım? Allah Allah hanı mən niyə görmürəm?
- Çünki korsan.. kor olduğun üçün də gəldin maşınımı vurdun.
- Ya səbr ya səbr!
- Azad nə olub.
- Dayan Elyar. Mənə bax ifritə axırıncı dəfə olsun qarşıma çıxırsan.. inan ki, əgər bir də səni görsəm əzəcəm. böcək kimi əzəcəm. qulağına sırğa elə.
- Ay Allah necə qorxum! əsirəm.. (Lili. sh)Aman qoymayın məni əzəcəkmişşş... (lili. sh) Əsl sən məndən qorx. Inan bir də qarşıma çıxsan baxmaram hardayıq başında bir tük qoymaram...
- Səni indi..
- Azad dayan. Neynirsən.
- Yasəmən, dəli olmusan? Sus.. hamı bizə baxır.
- Burax Elyar, öldürüm bitsin bu işgəncə, əminəm ki, bunu tanıyanlar mənə mükafat verəcəklər ki, canlarını qurtarmışam.
- Busan da sən. Barbar vəhşi.. meşədən qaçmışş
- Allahım öldürəcəm bu qızı..
- Azad dur..
- Elyar gedək burdan yoxsa həqiqətən əlimdə qalacaq. Cücə boğazı kimi üzəcəm boynunu..
- Barmağınla belə toxun gör bax dünyanı dar edirəm ya yox!.
Leyla əli ilə ağzımı tutmağa çalışsa da var gücümlə itələyib deyinirdim. O öküz yenidən qaşrıma çıxıb məni hamını içində pərt elədi. Dostu çəkib aparmasaydı daha betər sözlər deyərdim..
- Ay qız sənin başın xarab olub?
- Mərifətsiz, qanacaqsız.. öküz..
- Sus suss qurban olum sus.. biabır olduq.. aman Allahım tanışlardan görən oldusa.. sən dəlisən vallah billah dəlisən. (lili. sh)
- Mədəniyyətsiz meşə adamı.. yox yox.. ayısı.. yoxx heyvanı təhqir etməyim. Səni... səni... meşə odunu..
- Nə meşə odunumu?
- Hər nə isə.. adam deyil o. Ürəyim necə döyündüye əsəbdən. Qan beynimə vurdu rəsmən.
- Vallah mən sənə bir şey deyim. Onun yerində kim olsaydı səni əlindən ala bilməzdik..
- Yaxşı da sən də .. nəynindən qorxursan.. o elə dik dik danışmağı bilir. Səfehh..
- Indi neynədi ki o guya. Özün getdin dəydin dirəyə də. Yazıq kömək edirdi..
- Yazıq onu ilan vursun. O harda qarşıma çıxır bütün bədliklər məni tapır.
- Sənə deyəcək sözüm yoxdur.
Beləcə bütün əsəblə günü yola verdim. (lili. sh)Yeməyə getməkdən imtina etmişdim. Necə stress keçirmişdimsə yorğunluqdan halım qalmamışdı. Amma leyla dilə tutmuş, anamla atamdan əvəzimə icazə almışdı. Saat 10 da isə evdə olmalıydım. Yoxsa atam qapıda qoyardı. Aldığım sadə qara düz donu əynimə keçirdib saçımı yuxarıdan yığdım. Donun yaxası olduqca maraqlı quruluşdua olduğu üçün aksesuara ehtiyac qalamdı. Şık idi. əsas odur. Məkana gəldiyimizdə təkcə Kənanı görüb təəcübləndik. (Lili. sh)Söhbət əsanasında heç kimin gəlmədiyini görüb ikimiz də Kənandan maraqla soruşduq ki, millət hanı
- Nə millət. Iki dostum gəlir eləcə.
- Iki dost? Oğlanlar?
- Hə..
- Kənan başın xarab olub. Oğlanları çağırıdan üstəgəl bizi də bonus olaraq.
- Nə var ki burda.. Sən də o saat reaksiya verirsən.
- Verərəm də.. bizi burda 3 oğlanla görən nə düşünər. Qalx Leyla gedirik.
- Amma
- Qalx dedim..
- Yasəmən, dayan hara..
- Kənan səndən heç gözləməzdim. Ya qardaşın eşitsə nə deyər.
- Qardaşımın nə əlaqəsi?
Upssss unutmuşdum k, Kərəm də mən də eşqimizi hər kəsdən gizli yaşyırdıq. Hətta Kənandan belə..
- Şeyy yəni.. ayıbdır mənasında.. yəni deyəcək sən necə iki gənc xanımı dostlarını yeməyinə çağırmısan..ayıb deyilmi..
Vəziyyətdən çıxmağa çalışdıqca batırdım.. bunu görüb Leylaya baxdım ki, bəlkə kömək əli uzadar. Leyla isə ağzı açıq şəkidlə Kənanı seyr edirdi.
- Yasəmən, oturun.. qardşaım heç nə deməz. (lili. sh) Mən uşağam?. Siz də uşaq deyilsiniz.
- Yox biz gedirik. Çox sağol restoran, ortam, yemək əla idi, amma getməliyik. Sən dostlarınla diz dizə otur və birdə belə şey etmə.. dostuq deyə sənin də dostlarına tanış olmalıyıq kimi qayda yoxdur.
- Elyar burdyaq.
Kənan arxamızdan baxıb kimisə səslədi.
- Elyarmı? O da kim..
- Hii...
- Leyla? Nə oldu? Rəngin niyə ağardı?
- Yasəmən o...
- Kim o?
- O..
- Ay qız nə oldu sənə..
- Dön bax...
Dönüb baxdım.....baxmaz olaydım.....
- SƏN?!

REDAKTƏ- ESMERALDA