Perpendikulyar Bölüm 2


Yaşadığım 27 illik heyatımda bu qeder terslik üst- üste gelmemişdi... Seher evden iş görüşmesi üçün çıxasan ve hansısa yol hereket qaydalarından bixeber qızcığaz seni yolundan ede... Hele üstelik hemin dikbaşa göre işinden de olasan... İlahi!!! Mene lazım idi bu? Ne günah işlemişdim ki, bu ters mensebi qarşıma çıxardın? Ne kiminse toyuğuna kişt etmemişem, ne bir yetimi incitmemişem, ne de haram yememişem... Bes niye? Hele üstelik maşınımı götürüb canımı qurtaracağımı sandığım zaman yaşanan olay... (Sabina Nur)
- Vurdu... Maşınımı darmadağın etdi...
- Oğlum, sakit ol!!!
- Ne sakit olmaq? He? Siz de gördüz ki, vurdu... - esebimden bu balaca qızı boğa bilerdim... Süretle maşınlara yaxınlaşmışdım... Qırmızı maşının qapısını açdığım anda üzüme qelebe qazanmış kimi gülümseyen bu balaca xanım beynimde damarların atılıb- düşmesine yol açmışdı...
- Düş!!! Tez ele!!! Düş!!! - esebimden ses tellerimi yırtarcasına bağırsam da, ele bil bu dikbaşa yox, maşına deyirdim sözleri...
- Demeli, düşmürsen? Gel!!!
- Aaaaaa... Vehşi!!! Kobud!!! Qolumu sındırdın!!!
- Dua et ki, başını yarmamışam!!! Bax!!! Görürsen?
- Kor deyilem!!!
- Men düşünürdüm ki, korsan!!! Özü de gözü açıq korlardan!!! Maşının arxasını ezdin!!! Hele şüşeler de sınıb!!! Ne etdiyini beynin alır?
- Eceb elemişem!!! Elime, maşınıma sağlıq!!! Senin üzünden iş görüşmesine gecikdim, hele üstelik neçe zamandır çalışdığım vezifeye layiq görülmedim!!!
- Bes men? Men hem işimden oldum, hem de maşınımdan!!!
- Eceb olub!!! Senin kimi birine az olub!!!
- Esteğfirullah!!! Deyir, gel meni öldür!!! İlahi!!! Allah senin yaxınlarına sebr versin!!! Ay dikbaş, ay ters, ay qız...
- Qız özünsen!!! Adım Yasemendir!!!
- Yaxşı, Yasemen!!! Qulaqlarını aç, meni diqqetle dinle!!! Senin bu tısbağan maşınımda hal qoymayıb!!! İndi maşını aparıram servise ve xerc hesablanır... Hamısını sen ödeyirsen...
- Ne? Men niye? Deli olmusan?
- Niyesini maşınımı bile- bile vurmadan önce düşünecekdin!!!
- Men heç ne ödemirem!!! Heç yere de getmirem!!!
- Ödemirsen ki?
- Yox!!!
- Yaxşı... - kenardan bizi izleyen reise yaxınlaşıb qolundan tutaraq maşınların yanına getirmişdim...
- Men boyda kişini ayağım boyda uşaqlar nece de oynadırlar...
- Reis, bu xanım maşınıma vurduğu zereri ödemekden boyun qaçırır... Siz şahidsiz... Bayaq maşınımı nece bilerekden vurduğunu gözlerinizle gördünüz... İndi bu xanıma başa salın ki, eger maşına deyen ziyanı qarşılamasa, onu polise vere bilerem...
- Xanım, bu oğlan doğru deyir... Gelin, razılaşın... Yoxsa, sizi polis bölmesinde saxlamağa mecburuq... Ya xoşluqla bu oğlan deyeni qebul edin, ya da veziyyet gergin hal alacaq...
- Offffffffffff... Yaxşı... İt aparan olsun... Gedek servise... Xerci ödeyecem... Onsuz da, öz maşınım da ezilib...
- İlahi!!! İndi deyecem itine ha!!! Ne ise... Sebirli ol, Azad... Tezlikle her şey evvelki normal veziyyetine geri dönecek... - hirsimi içimde basdırıb sükan arxasına kesmişdim... Reis maşını bu veziyyetde idare ede bileceyimize dair icaze kağızı vermişdi... Bölmeye yaxın olan servise gelib maşınları tehvil vermişdik... Bir hefte sonra ikimiz de eyni saatda maşınları götürmeye gelecekdik... Hesablanan mebleği ise Yasemen ödeyecekdi... Servisde bele dilini dinc saxlamamışdı... Eslinde, ne olursa olsun men bir xanıma hesab ödetmezdim... Ödetmeyecekdim de... Sadece, Yasemene ders vermekçün bunları edirdim... Sonunun hara gedeceyini bilmeden...(Sabina Nur)
- Qaqaş, sen idin?
- He, men idim, Azade xanım... - biz evde 3 uşaq idik... Böyük qardaşım Amal 30 yaşına keçirdi... 4 il evvel aile qurmuşdu... İndi 2 yaşında balaca qızı vardı... Azade ise 21 yaşında idi... Bu il universiteti bitirirdi...
- Mamanın balası... Ac olarsan... Yemek çekim sene? - anam esil evdar qadın idi... Bütün heyatını bizi böyütmeye serf etmişdi...
- Acımdan ölürem... Azade, gel mamaya kömek ele... Süfreni hazırlayın...
- Qızım, birinci mene çay ver, sonra süfre qur... - atam metbexe keçib masa arxasında yerini rahatlamışdı... Çox qürurlu insan idi... Neçe iller bankda işlemişdi... Son 2 ilde işden ayrılmışdı... Çalışdığı iller erzinde öz emeyi sayesinde bu 5 otaqlı heyet evini ve 2 otaqlı bina evi almışdı... İndi bina evinde qardaşımgil qalırdılar... Qardaşım da atamın yolu ile getmeyi seçmişdi... Bankın kredit şöbesinde çalışırdı... Maaşı da yaxşı idi...
- İş görüşmen nece keçdi?
- Ata, ne sen soruş, ne de men deyim... Bu günüm berbad keçib... Qısacası, işe qebul edilmedim...
- Başdan gerek gül kimi işinden çıxmazdın...
- Mama, neçe defe demeliyem... Müdir menim layihemi öz qohumunun adından teqdim etmişdi... Haqqımı menimsemişdi... Hele 3-5 min verib ağzımı yummağımı isteyirdi...
- Bu zamanede doğru insan var ki? Gerek dalaşıb işden çıxmazdın... İndi özüne uyğun iş tapa bilmirsen... Sendeki bilik kimde olsa, nazirin sağ eli olardı... Amma sen dikbaşlıqdan el çekmirsen... O boyda şirketde müdirin kömekçisi idin... İndi ele iş haradan tapacaqsan? Ele tutmusan doğruluq... Seni başa düşürem, oğlum... Amma senin dediyin doğruluq keçmişde qaldı... İndi sen deyen kimi insanlar nadir ele keçir... - anam düz deyirdi... Amma men pul ve ya vezife üçün öz haqqımı tapdatmazdım...
- Xanım, işin olmasın uşaqla... Men fexr edirem bele oğlum olduğuna göre... Kişi kimi haqqını güdür... Hem de insanın biliyi, bacarığı oldusa, gec, ya tez öz yerini tutacaq heyatda...
- Daimi işi olsa, toyunu ederdik... Hem yaşı keçir, hem de gül kimi qız elden çıxacaq... - anamın könlünde yatan şehzadeni bilirdim...
- Mama, demişem axı men öz istediyimi alacam...
- Bu yaşa kimi istediyim desen de, hele ortada heç kim yoxdur... Aynureden yaxşısını tapacaqsan? Ağıllı, terbiyeli, mehriban, evdar, Ali tehsilli...
- Mama, Aynure uşaqdır... Hem de Zaman menim sinif yoldaşım olub... Neçe ildir dost dediyim insanın bacısını ala bilmerem...
- Sen razı olsan, Feride Zamanı yola getirer... Hem qızın da sene üreyi var... Bir mehlede böyümüsüz... Gözümüzün qabağında yetişen ev qızıdır... Yad ne bilirsen nece çıxacaq?
- Qaqaş, mama düz deyir... Aynuşun da sene üreyi var...
- Sen heç danışma... Qızın beynine bu isteyi kimin saldığını men yaxşı bilirem... Amma bu iş olmaz... Bir de tekrarlamayacam... - Azade Aynure ile eyni mektebde paralel sinifde oxumuşdu... Sonra tesadüfen eyni universitete qebul olmuşdular... Özü de eyni ixtisas üzre... Evde hamı Aynureni almağımı isteyirdi... Amma men mehlede gözümün önünde böyüyen uşağa başqa gözle baxa bilmezdim... Buna göre de qarşı çıxırdım...
- Xanım, deymeyin uşağa... Özü kimi istese, onunla da evlener...
- Nazim, senden güc alır oğlun... Yoxsa, men onu evlendirmeyi bacarardım...
- Men de seni sevib almışam da... 32 il olacaq evliliyimiz... Aramızdan su sızmayıb... Uşaqlar da kimi isteseler, onunla geleceklerini qursunlar... Yetkin ferdlerdir... Bax, Amal istediyini aldı... Hamı onlara hesret aparır...
- Ne deyim? Sene söz yetirmek menim işime gelmez... Teki xoşbext olsunlar... Amma Aynure menim üreyimcedir... Oğlum da anasının sözüne gelecek bir gün... - eyni söhbetleri dinleyerek qarnımı doyurub evden çıxmışdım... Her zaman olduğu kimi Elyarla görüşmüşdüm... Elyar menim en yaxın dostum idi... Mektebde eyni sinifde oxumuşduq... İkimiz de öz biliyimiz sayesinde universitete qebul olmuşduq... Elyar çox çalışqan idi... İndi yaxşı şirketlerin birinde kompyuter mühendisi vezifesinde çalışırdı... Bizim evden aşağı mehlede qalırdılar... ( Sabina Nur)
- Gülme... Onsuz da, esebim hele de keçmeyib... Qız deyildi, başa bele idi... Dır- dır- dır... Qız olasan, bele dilli olasan... Hele etdiyi hereket... Sen onun dikbaşlığını görerdin... Eceb elemişem deyirdi... Az qaldım tutub boğum... Amma yaxşıca dersini verdim... İndi 1 hefte pulun derdini çeker...
- Bu güne kimi eşitdiyim en maraqlı ehvalat idi... Demeli, geldi senin maşınını vurdu? Hele ikiniz de eyni şirketde işe düzelecekdiz ve qovulduz?
- Tam da bunlar yaşandı... Mene maraqlı olan budur ki, yol qaydalarını bilmeyen insana niye vesiqe veribler? 15 metre dili ile az qalırdı meni yesin... Görmüşük, qız dediyin mülayim olar, xanım- xatun olar... Bu esil ters idi...
- Tesevvür edirem sizin halınızı... Sen ters, o ters... Yaxşı ki, sağ- salamat qala bilmisiz... Cana gelince, mala gelsin...
- Bu da heyatımda xatireye çevrildi... Ömrümde görmediyim xasiyyetde qızla qarşılaşdım... Hele bunu qoy kenara... Mamagil Aynure deyib durublar...
- Hele o söhbet bağlanmayıb? - Elyarın üzü bir anda deyişmişdi...
- Hara bağlanır? Her gün eyni mövzudur...
- Bes sen ne düşünürsen?
- Menim düşüncemi bilirsen... Aynure gözümde uşaqdır... Hem de Zamanın bacısı menim de bacımdır... Başqa söhbet ola bilmez... Amma bunu anama başa salana eşq olsun... Hele bir deyir ki, sevdiyin olsa, anlayaram istememeyini... Sevdiyimi haradan tapım? Yaxşı qız var ki sevmeye? Mene lazım olan sakit, mülayim, mehriban, ailecanlı qızdır... Bu gün gördüyüm kimi dikbaş biri elimde qalar , yoxsa...
- Azad, Kenan yadındadır? Qrup yoldaşım vardı ha... Yaraşıqlı oğlan idi...
- He... Yadımdadır... Neçe il evvel görmüşdüm onu... Oğlanda qız gözelliyi vardı... Hem de özünden razı idi... Xoşuma gelmemişdi...
- Sene Kenan lazımdır ki xoşuna da gelsin? Demeli, keçen defe Kenan xaricden gelende bununla görüşdüm... Yanında iki dene qız vardı... Biri ailevi tanışlarının qızı idi... O biri hemin qızın refiqesi...
- He... Bundan mene ne?
- Nece yeni sene ne? O refiqe dediyim qız esil sene layiq idi... Kenan menimle tanış etmek isteyirdi... Sadece, men istemedim... Hem gözel, hem şirin, hem ağıllı... Özü de sakit, mülayim qız idi... Bax, uzağı bir hefteye Kenan hemişelik Bakıya qayıdır... Belke, deyim görüş teşkil etsin... Hemin qızlar da gelsin... Sen qıza bir bax... Xoşuna gelse, yene görüşerik... Yaxınlaşarsız...
- Elyar, men uşağam? Bu ki uşaq işidir...
- Azad, sen demedin ki, sevmeye qız tapmırsan? Men tapdım da sene... Kenan dedi ki, qızın terbiyesine söz ola bilmez... Hem sizde alınsa, Xanım xala Aynure sözünü ağzına da almayacaq...
- Yaxşı... Meni uşaq oyununa saldın... Halal olsun sene... Belke, qızın artıq sevgilisi bele var...
- Her ne ise... Sınamağa deyer... Men Kenana deyecem... Qız subaydırsa, görüşeceyik... Bu qeder asan... - heyatın suprizlerinden xebersiz qerar qebul edirdik... Amma neyle qarşılaşacağımı bilsem, esla Elyarın fikrine uymazdım...
Bir hefte geride qalmışdı... Bu gün maşınımı servisden götürmeye gedirdim... 2 gün evvel temir pulunu aparıb vermişdim... İstemirdim sonradan bu meseleye göre mübahise edim ters xanımla... Bu günü yola verib maşınımı sağ- salamat servisden çıxarsam, daha onunla qarşılaşmayacaqdım...
- Nece yeni pul ödenib? Tez olun menim verdiyim pulu götürün!!! Maşın sahibinin pulunu özüne qaytararsız!!! - servise çatıb içeri keçen kimi uzaqdan bele Yasemenin sesi qulaqlarıma çatmışdı... Bu deqiqe işçini öldüreceyinden ehtiyyat edib onlara yaxınlaşmışdım...
- Şükür, maşın sahibi de geldi... Xahiş edirem, bu xanıma başa salın ki, pulu ödemisiz... Xanım yalnızca öz maşının xercini ödemelidir... Men neçe deqiqedir anlada bilmedim...
- Pulu men ödemişem... İndi de maşınımı götürüb gedirem...
- Nece yeni ödemişem? Menimle oyun oynayırsan? Keçen defe menim ödeyeceyimi boynuma yıxan kim idi?
- O da sene ders olsun!!! Birde sehvin olduğu halda qabaqdan gelmişlik etmersen...
- Nece- nece? Menim sehvim vardı? Fil boyda maşınınla önüme çıxan sen idin!!! Sonra dilini xanımın önünde udmayan da sen idin!!! Eceb edib vurdum!!! İndi de pulunu ödeyecem!!! Ya da ele pulu sen götüreceksen!!!
- Ya Sebir... Balaca qızdakı dillere bax... Ters xanım, sene deyildi ki, pul ödenib... Bu qeder sade... İndi sen öz tısbağanı götürüb yoluna gedirsen, men de öz maşınımı...(Sabina Nur)
- Tısbağa senin maşınındır!!!
- Bir qerar ver sen de... Tısbağa, yoxsa fil?
- Ele her ikisi!!! Üstelik Dinozavor!!! Anakonda!!!
- Yox bir deve...
- He... Lap bu yadımdan çıxmışdı... Düz deyirsen... Deve boydadır!!! Sahibine oxşayıb...
- Menim sene söz çatdırmağa vaxtım yoxdur... Buradan tezlikle ayrılmaq isteyirem... Bir de qarşılaşmamaq ümidi ile...
- Heç menim de gözüm atmırdı senin kimi kobud, vehşi, hele üstelik deveni görmekçün...
- Gözünün atıb- atmadığını sen bilersen, ters xanım... İndi ise xudafiz...
- Sağ ol!!! Pulu da yaxşı edib ödemisen... Sehvini anladığınçun sevindim...
- Sene baş qoşmayacam... İnşallah, bir daha senin kimisi qarşıma çıxmaz... Sağ ol... - ikimiz de öz maşınlarımıza eyleşib sıra ile servisden ayrılmışdıq... Tebii ki yeniden qarşılaşmamaq dileyi ile... Amma Allahın yazısını heç birimiz bilmirdik...


Yazar: Elif Duygu ve Lili Sh_Va



Sayta dərc etdi: Kənan0001