

Dosluqda hər zaman möhkəm oldum,
Yaşamağımda sebebim oldum
Daim sənlə bir yerdə oldum
Sənə ehtiyacım var dostum.

Canim dediyim zaman canimi alir oldun,
Dost bilib sevdiym düşmənim oldu
Kor oldum görmədim mən bu dostluğu
Sənə ehtiyacım var dostum.

Sən məni dost kimi görə bilərsən,
Dost kimi xətrimi çox istəyərsən,
Nə badə bir daha dostum deyərsən,
Sənə ehtiyacım var dostum.

Dost olmaq bu deməkdir...








Dostum: “Ehtiyacım var”.
Mən: “Ey dost, nəyə ehtiyacın var?”.
Dostum: “Ehtiyaclarımı kiməsə deməyə ehtiyacım var. Varlığımın bütün zərrələri ehtiyac atəşində yanır”.
Mən: “Ey dost, bəlkə ehtiyaclarını deyəsən”.
Dostum: “Mənim ehtiyaclarım... Eşqə olan ehtiyac, xidmət etməyə olan ehtiyac,
yanmağa olan ehtiyac, fəda olmağa olan ehtiyac, Allaha çatmağa olan ehtiyac…”.
Mən: “Ey dost, başqa nəyə ehtiyacın var?”.
Dostum: “Bir məşuq tapmaq istəyirəm… Allahın xəlifəsi olsun.
Ehtiyaclarımı qəbul etsin. Və məni xidmət atəşi ilə yandırsın ki, Allaha çata bilim”.
Mən: “Ey dost, bu ehtiyaclardan başqa nə istəyirsən?”.
Dostum: “Bir məhbub tapmaq istəyirəm…
Allaha yaxın və məni Allaha yaxınlaşdıracaq bir məhbub…”.
Mən: “Ey dost, məhbubun sənin uçun nə edəcək?”.
Dostum: “Onun ətəyində göz yaşı tökmək istəyirəm…
Allaha təqdim olan, qəbul olmuş və Allah çatmış olsun...”.
Mən: “Ey dost, məhbubunun ətəyində göz yaşı tökdükdən sonra nə istəyirsən?”.
Dostum: “Yaralı ürəyimi ona təqdim etmək istəyirəm…
O, eşqi və mərhəmətilə onu qəbul edib müqəddəs blsin…”.
Mən: “Ey dost, ürəyini ona təqdim etdikdən sonra nə istəyirsən?”
Dostum: “Varlığımı onun yoluna sərmək istəyirəm…
Varlığımı ürəyində qəbul etsin və məni həyatın zəncirlərindən azat etsin…”.
Mən: “Ey dost, məhbubuna nə dərəcədə ehtiyacın var?”.
Dostum: “Quşun havaya, balığın suya və balanın anaya olan ehtiyacı kimi məhbubuma ehtiyacım var…”.
Mən: “Ey dost, ehtiyaclarını ödəyə bilməmək sənə neçə təsir edir ?”
Dostum: “Ehtiyaclarıma olan susuzluğum, varlığımdan alov kimi çıxır.
Eynilə günəşdən işığı alan şüanın bağrından göyə yüksələn hərarət kimi…”.
Mən: “Ey dost, bütün bu ehtiyaclarının içində ən çox nəyə ehtiyacın var?”.
Dostum: “Yanmağa, tüstü olmağa, səmada Allahın əbədiyyətində yox olmağa və itməyə ehtiyacım var…”.
Mən: “Ey dost, sənə bir sual da verə bilərəm?”.
Dostum: “Buyur”.
Mən: ”Əslində bu sualı bir dəfə vermişdim. Lakin yenə də verirəm.
Çünki sualımın cavabını hələ də tapmamışam. Ey dost, mən bilirəm sən adın
Mustafa Camrandır. Mən sənin barəndə qismən də olsa məlumatlıyam.
Lakin buna baxmayaraq, səni hələ də tanımıram. Sən kimsən, ey dost? Səni necə dərk edim?”.
Dostum: “Mən mənayam, mən aşiqəm, mən eşqəm, mən fədakarlığam, mən gözəlliyəm,
mən özüməm, mən kədərəm, mən ağrıyam, mən insanlığın tragediya tarixinin boya
aynasıyam. Mən əbədi təkamülün elçisiyəm… Və mən, Allahın xəlifəsiyəm”.
Mən: ”Ey dost, bilirsən mənim nəyə ehtiyacım var?”.
Dostum: “Nəyə?”.
Mən: “Səni dərk etməyə… səni anlamağa… sənin kimi olmağa…. Sənin dostluğuna layiq olmağa…
sənin kimi yaşamaq… sənin kimi Leylinin həsrətində olmağa….və sənin kimi….”

